şənbə günü, 14 noyabr 2026
     

Çavuşoğlunun bəyanatı Ermənistanda zəlzələ effekti yaratdı…

Image


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəsi  və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcəklərini açıqlaması erməni tərəfində şok effekti yaradıb. Müxalif qüvvələr bu fonda hakimiyyəti növbəti dəfə Ermənistanın maraqlarına xəyanət etməkdə ittiham edir.

Hazırda bu məsələ ilə bağlı hakimiyyət və müxalifət arasında ciddi qarşıdurmanın hökm sürməsi müşahidə edilir. Hakimiyyəti təmsil edən erməni deputat Eduard Ağacanyan məsələ ilə bağlı bildirir: “Biz heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq. Söhbət Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin başlamasından gedir. Bu, heç bir halda Ermənistanın dövlət maraqlarından imtina etməsi demək deyil. Əksinə, biz əminik ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması Ermənistanın dövlət maraqlarından irəli gəlir”. Bu arada o da məlum olub ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Rusiya vasitəçilik edib. Belə ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Moskvada XİN müavinlərinin "3+2" formatında keçirilən görüşündən dərhal sonra baş verdi. Amma erməni müxalifəti Rusiyanın da maraqlı olduğu bu prosesə qarşıdır. Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan bu məsələyə “Dostlarınızı özünüzə yaxın, düşmənlərinizi isə daha da yaxın tutun” sitatı ilə münasibət bildirib: “Təbii ki, ilkin şərtsiz dialoqa başlamaq istəyi həmişə olub. Amma Türkiyə ilə uzun müddətdir ki, dialoq yoxdur. Danışıqların hansı gündəmdə aparılacağını bizim Xarici İşlər Nazirliyinin başa düşməsi çox vacibdir”. O qeyd edib ki, həm Ankaranın, həm də Bakının hədəfləri hamıya məlumdur: “3+2” formatının neytrallaşdırılmasından və ATƏT-in Minsk Qrupunun həmsədrliyinin formatına kölgə salmaq cəhdinin ola biləcəyindən ehtiyatlanıram. Biz Ankaradan müsbət siqnallar deyil, daimi tələblər görürük. Mən çox çaşqınam və “3+2” formatının əslində hansı məqsədi güddüyünə şübhə edirəm”. Parlamentdə “Hayastan” fraksiyasının deputatı Qeqam Manukyan isə qeyd edir ki, Türkiyə və Ermənistan liderləri harmonik və sinxron işləyirlər: “Türkiyənin xarici işlər naziri Çavuşoğlu Ermənistanla münasibətləri yaxşılaşdırmaq üçün xüsusi nümayəndənin təyin olunduğunu, İrəvan isə bunu etməyə hazır olduğunu açıqlayıb. Çavuşoğlu ikitərəfli xüsusi nümayəndələrin təyin olunduğunu elan etdi, bu da Ermənistanın davranışını əvvəlcədən bildiyinə işarədir. Buradan belə məlum olur ki, artıq razılıq əldə olunub, lakin hakimiyyət Ermənistan ictimaiyyətini xəbərdar etməkdən çəkinib. Artıq Türkiyənin ilkin şərtləri qəbul edilib, ona görə də Ankara işləməyə hazırdır və nəhayət, Çavuşoğlunun sözlərinə görə, onlar Bakı ilə birgə işləyirlər, bu yəqin Əliyevi qane edib. Ermənistanda hazırkı hakimiyyətin tələb etmədiyi və səssizcə Ankaraya və Bakıya güzəştə getdiyi, eyni zamanda şərti sülh yalvarışları. Suallar, milli kimlik və təhlükəsizlik məsələləri, problemlər masadadır, lakin taleyüklü qərarlar verən insanlar qrupu müstəsna olaraq antimilli arzuları çərçivəsində hərəkət edir”. “Hayastan” fraksiyasının digər deputatı Andranik Tevanyan isə bir qədər də irəli gedərək bildirib ki, Paşinyan kreslosunu qorumaq üçün geosiyasi fahişəliklə məşğuldur. O deyib  ki, bu hakimiyyət Türkiyə və Azərbaycana faydalı olmaqda davam edir. Parlamentin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan da məsələyə sərt mövqe sərgiləyib: “Növbəti qapalı, gizli xarakterli prosesin üstü açıldı. Aylar əvvəl Ərdoğan Paşinyanın Gürcüstan baş naziri vasitəsilə müsbət siqnallar verdiyini açıqlamışdı. İndi Ankara Bakı ilə istəyinə nail olur.

Erməni siyasi şərhçi Ruben Abramyan isə bildirir ki, müxaifətin çığır-bağır salmasına baxmayaraq, Ankara ilə İrəvan pərdəarxası danışıqlar aparır: “Türkiyənin xarici işlər naziri bəyan edib ki, Ankara və İrəvan ikitərəfli münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəliblər. Belə çıxır ki, Ermənistan Türkiyənin ilkin şərt kimi Zəngəzur dəhlizinin verilməsi məsələsini ön plana çəkdiyi zaman prosesə başladı. Ermənistan-Türkiyə münasibətləri ilə bağlı təfərrüatın Türkiyə tərəfdən açıqlanmasını nəzərə alsaq, pərdəarxası danışıqlar məsələsi və xüsusi nümayəndələrin təyin edilməsi tamamilə real görünür. Yeri gəlmişkən, bir neçə həftə əvvəl Ermənistanın xarici işlər naziri etiraf etdi ki, Ankara iki ölkəsi arasında formalaşmaq üzrə olan dialoq siyasətində ilkin şərt kimi Zəngəzur dəhlizi məsələsini irəli sürür. Buna dayanaraq əminliklə deyə bilərəm ki, növbəti gizli prosesə start verilib, onun dağıdıcı nəticələrini də sonra görəcəyik”. Erməni politoloq Qaqik Hambaryan isə “Facebook” səhifəsində yazıb:  “Alqışlayın: Qarabağ müqabilində Nikolun dövründə dayandırılmış İstanbul-İrəvan uçuşları yenidən açılacaq. Türkiyənin xarici işlər naziri Çavuşoğlunun bəyanatından da təxmin edildiyi kimi, torpaqsız Nikol başda olmaqla, Ermənistan hakimiyyəti Ankara ilə gizli danışıqlar aparıb və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediləcəyi barədə razılığa gəlib. Türkiyənin xarici işlər naziri “İstanbuldan İrəvana beynəlxalq çarter reyslərinin açılacağını” bildirib, Ankaranın bütün addımlarını Bakı ilə razılaşdırdığını xatırladıb”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ