şənbə günü, 14 noyabr 2026
     

Bakı və Ankara İrəvandan istədiklərini alır…

Image


“Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndələr təyin olunacaq”. Belə bir açıqlama ilə qardaş Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində 2022-ci ilin plan və büdcə komissiyasının müzakirələri zamanı çıxışında bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanla aparılan məsləhətləşmələr və razılıq əsasında Ermənistanın paytaxtı İrəvanla İstanbul arasında çarter reysləri açılacaq: “Can Azərbaycanla birgə Qafqazda daimi sülhün bərpası üçün sıx diplomatik əlaqələr içərisindəyik”. Qeyd edək ki, daha əvvəl Türkiyənin Ermənistanda səfirlik açacağına dair məlumatlar da gündəmə gəlmişdi. Lakin Mövlud Çavuşoğlu bunu təkzib edib: “Türkiyənin Ermənistanda səfirlik açacağı haqqında yanlış anlaşılma olub. Mən son çıxışımda belə bir fikir səsləndirmədim”. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında birbaşa dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin etməlidir: “Hətta Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq. Bir daha bildirirəm ki, xüsusi nümayəndə təyin edəcəyik, səfirlik açmırıq”. Bu mövzuda Azərbaycanla sıx danışıqlar aparıldığını vurğulayan nazir bildirib ki, Ermənistan son yaşananlardan dərs alıb düzgün nəticə çıxararaq Qafqazda sülhün, rifahın bərqərar olmasını tərcih edərsə, Türkiyə ilə əlaqələrinin normallaşması mümkündür: “Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək”. Bu açıqlama əslində normallaşma prosesində Ankaranın İrəvan qarşısında şərt kimi Bakının gündəliyini qoyması deməkdir. Bakının gündəliyi isə bəllidir - Ermənistan ərazi iddialarından əl çəkməli, Azərbaycanla sülh sazişini imzalamalıdır.Türkiyə bu şərtləri əvvəldən gündəmdə saxlayır. İndi qarşılıqlı olaraq xüsusi nümayəndələrin təyin edilməsinə hazırlıq İrəvanın şərtləri qəbul etməsinin mümkünlüyündən xəbər verir. Proses hələ başlanğıc nöqtəsindədir, lakin Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılmasının prioritet olduğunu nəzərə alsaq, yekunda Bakının tələblərini qəbul etməli olacağını hesab etmək olar.

Bu arada Ermənistanın Xarici İşlər Nazirliyi Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib. XİN sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək: “Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu mənada, Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq”. Beləliklə, regionda olduqca maraqlı proseslər baş verir. Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini normal məcraya gətirməyə hazırlaşır. Proseslərin qeyd edilən səpkidə inkişafı isə Bakı və Ankaranın istəklərinə uyğundur. Çünki bu fonda Ermənistan tədricən Qarabağ istəyindən, Azərbaycan və Türkiyəyə qarşı iddialarından vaz keçir.  Daha bir maraqlı məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycan və Türkiyə ilə əməkdaşlıq şəraitində İrəvan bu dəhlizin açılmasına hər hansı əngəl yaratmayacaq. Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bunu vacib məqam hesab edir. O bildirib ki, Zəngəzur dəhlizi və Naxçıvan tranzit yolu vasitəsilə əlaqələr daha da möhkəmlənəcək. Qeyd edək ki, bu ilin sentyabrında prezident Rəcəb Tayyib Ərdoğan bildimişdi ki, baş nazir Nikol Paşinyan ona Gürcüstanın baş naziri vasitəsilə görüşmək istədiyini çatdırıb. Lakin Ərdoğan demişdi ki, belə bir görüşün baş tutması üçün İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalıdır. Bunun ardınca bəlli olmuşdu ki, İrəvan Ankara ilə münasibətlərinin normallaşdırılmasında Moskvadan vasitəçilik xahiş edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda bildirib: “Mən təsdiqləyə bilərəm ki, Ermənistan İrəvanla Ankara arasında münasibətlərin normallaşması üçün Moskvaya müraciət edib. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır və dəfələrlə bu barədə bəyan edib. Rusiya, hətta iki ölkənin münasibətlərinin normallaşması prosesinə səy göstərib. Bizim ölkə bundan sonra da yardım etməyə hazırdır. Bu prosesə başlanılması, şübhəsiz ki, bütün regionda cəmiyyətin sağlamlaşmasına və mehriban qonşuluq və etimad mühitinin formalaşmasına kömək edərdi. İndi bu xüsusilə aktualdır”. Rusiyada “3+3” formatı ilə bağlı keçirilən görüşlərdən sonra İrəvanın istəyinə çatdığı müşahidə edilir. Amma o da sirr deyil ki, bunun üçün İrəvan Bakı və Ankaranın şərtlərini yerinə yetirib. Türkoloq Suren Manukyan məsələ ilə bağlı qeyd edir: “Pərdəarxası danışıqlar baş verir, Ermənistan və Türkiyə rəhbərlərinin sinxron bəyanatları da bundan xəbər verir. Məsələnin problemli tərəfi ondadır ki, Ermənistan əsasən iqtisadi faydalar haqda danışır, halbuki, bizin üçün bu gün siyasi dialoq çox vacibdir. Türkiyə isə məsələnin siyasi tərəfini qaldırmağa üstünlük verir. Amma mən hesab edirəm ki, Türkiyə Ermənistanla münasibətlərdə, siyasi ritorikasına baxmayaraq, məhz iqtisadi faydalarda maraqlıdır, bu nə qədər qəribə səslənsə də. Ermənistan iqtisadi nöqteyi-nəzərdən çox da maraqlı deyil, amma Türkiyəni, yalnız Azərbaycanla yox (onunla İran vasitəsilə əlaqəsi var), həm də Mərkəzi və Orta Asiya ölkələri ilə bağlaya biləcək tranzit zona kimi vacibdir. Türkiyə ehtimal edir ki, Orta Asiyadan bütün enerji resursları Azərbaycan və Ermənistanın cənubundan Türkiyəyə axacaq, oradan da Avropa üzrə paylanacaq. Bu layihə Qərb üçün də sərfəlidir, çünki indi Orta Asiyadan gələn resursların bir hissəsi Rusiya vasitəsilə nəql olunur”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ