şənbə günü, 14 noyabr 2026
     

Bakıdakı diversant ermənilər Azərbaycandan sığınacaq istəyə bilər...

Image


10 noyabr bəyanatı imzalandıqdan sonra Azərbaycan-Ermənistan sərhədində təxtibatlar, terror aktları törətdiklərinə görə hərbiçilərimiz tərəfindən zərərsizləşdirilərək saxlanılan Ermənistanın hərbi qulluqçuları Rusiyanın vasitəçiliyi, xahiş-minnəti nəticəsində Ermənistana qaytarılır. Amma Ermənistanın baş nazirindən tutmuş parlament sədrinə qədər Azərbaycan ordusuna təslim olan Ermənistan əsgərlərini satqın, fərari adlandırırlar.

Artıq Ermənistanın daxilində belə rəy formlaşıb ki, Bakıdakı diversant ermənilər  İrəvana qayıtmaqdan imtina edə bilər, bunu siyasilər də vurğulayır. Bu barədə “Ermənistan” fraksiyasının üzvü, deputat Ripsime Stambulyan bildirib ki, Ermənistan hakimiyyətinin münasibətinə görə erməni hərbçiləri bu ölkəyə qayıtmaya bilər: “Ermənistan hakimiyyətinin məhbuslarla bağlı bəyanatı onların Bakıdan Ermənistana qayıtmaq istəməməsinə səbəb ola bilər”.

Bildirilənə görə, sonuncu dəfə Azərbaycandan Ermənistana qaytarılan 10 əsirdən 4-nə cinayət işi açılıb, onlar həbs olunub. Onlar fərarilikdə təqsirləndirilirlər.

  • “Erməni diversantlarının İrəvana qayıtmaq istəyib-istəməməsi barədə qoy Paşinyan hakimiyyəti və  ermənilər düşünsün”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın daxilində “əsirlər” məsələsindən sui-istifadə etməyə çalışırlar. A.Nağının fikrincə, vəziyyət elədir ki, onlar nədən sui-istifadə etmək istəyirlərsə o onların özlərinə qarşı qayıdır və özlərinə qarşı çevrilir. “Bunlar hamısı da onların haqq yolunda olmadığından, ədalətsizliyindən xəbər verir. Ermənilər yanlış mövqedə olduqlarını və bu yanlış mövqedən uzaqlaşmalı olduqlarını anlamırlar. Ermənistan “hərbi əsirlər” məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirdi və bütün beynəlxalq təşkilatlarda bu qondarma məsələni qaldırmağı bacarmışdılar, ayrı-ayrı ölkələrin rəhbərləri səviyyəsində bu məsələni gündəmə gətirmişdilər. Hamısı müəyyən mövqe bildirirdilər ki, Azərbaycan “bu məsələni həll etməlidir”. Məlumatlara görə, Prezident İlham Əliyevin, Nikol Paşinyanın və Avropa İttifaqının Prezidenti Şarl Mişelin iştirakı ilə bu gün Brüsseldə keçirilən üçtərəfli görüşün gündəliyinə “humanitar məsələlər” adı altında bu məsələ də salınıb. Bununla da ermənilər bu cəfəngiyyatı yenidən gündəmə gətirmək istəyirlər. Əslində, bu məsələni qoymaqda da onlar yanlış mövqedə idi. Çünki özləri də bilirlər ki, onlar hərbi əsir deyillər, terrorçudurlar. 10 noyabr Bəyannaməsindən sonra onlar silahlı dəstələr yaradıb Azərbaycana qarşı terror hərəkətləri törətməyə cəhd göstəriblər. Bu diversantlara terrorçulara göstərilən münasibət olmalı idi və Ermənistan özü də bu şəxslərə terrorçu kimi yanaşmalıdır. Ermənistan azdan-çoxdan obyektiv olmaq istəyirsə belə etməlidir. Azərbaycanın mövqeyi düzgün və obyektiv mövqedir və bu mövqeni də dünyaya çatdırırdı ki, bunlar hərbi əsir deyillər, terrorçudurlar, terrorçuya qarşı necə hərəkət etmək lazımdırsa o cür də hərəkət edirik. Onların konkret cinayətləri var və bu cinayət onların konkret ifadələri ilə sübut olunub, Azərbaycan məhkəmələrinin bununla bağlı qərarı var”.

A.Nağı təəssüflə qeyd etdi ki, dünyanın bəzi ölkələri, beynəlxalq təşkilatlar Ermənistanın yalanlarını daha çox dəstəkləyir və burada eyni zamanda bir xristian təəssübkeşliyi də var. “İndiki şəritdə Azərbaycan dövləti humanistlik göstərərək cinayət, terror hərəkəti törətmiş erməni hərbçilərinin bir qismini Ermənistana qaytarır. Bilirsiz ki, bu məsələ cəmiyyət və müxalifət tərəfindən Ermənistan hakimiyyətinə qarşı bir təzyiq kimi istifadə olunur ki, hakimiyyət “əsirlərin” hamısını geri qaytara bilmir. Bakıda saxlanılan erməni diversantlarının valideynləri də aksiyalar keçirir, hakimiyyətin qarşısına bu tələbləri qoyur, müxalifət parlamentdə hakimiyyətə qarşı tələblə çıxış edir. Hakimiyyət bu təzyiqi bir azca səngitmək üçün hər yerdə bunu deyir. Azərbaycan da humanistlik edərək diversantları İrəvana qaytarır, sonuncu dəfə də 10 nəfər qaytarılıb. Onlardan da, bildiyim qədər, 5 nəfəri barədə cinayət işi açılıb. Bu, dediyimiz kimi, bumeranq reaksiyasıdır. Onların Azərbaycana qarşı təzyiq kimi istifadə etdikləri məsələ indi özlərinə qarşı çevrilib. Ermənistanda “əsirlər” dedikləri diversantlara cinayət işi açırlar, açmalıdırlar da. Çünki mən Ermənistanın istintaq komitəsinin məlumatını oxudum ki, onlar həm 44 günlük müharibə dövründə, həm də 16 noyabr 1 günlük hərbi qarşıdurma zamanı Azərbaycan ordusunun, əsgərlərinin qarşısında tab gətirmədilər, heç müqavimət də göstərmədilər, nizamnamə qarşısında borclarını yerinə yetirə bilmədilər, buna cəsarətləri çatmadı. O ifadəni də istintaq komitəsinin məlumatında işlədirlər ki, mövqelərini qoyub qaçdılar. Özləri deyir ki, əsgərlər də, zabitlər də Azərbaycan ordusuna müqavimət göstərməyib qaçıblar. Bu gün Ermənistan hakimiyyəti “hərbi əsirlərə” qarşı cinayət işi açırsa, bu, ölkə müxalifəti tərəfindən kəskin tənqid olunur, açmırsa, onlar cəzadan kənarda qalırlar. Ona görə də Paşinyan höküməti dilemma qarşısında qalıb. Erməni diversantlarının İrəvana qayıtmaq istəyib-istəməməsi barədə qoy Paşinyan hakimiyyəti və  ermənilər düşünsünlər. Onlar diversantdılar və bütün hallarda törətdikləri təxribatlara görə cəzalandırılmalıdırlar. Məsələ burasındadır ki, ola bilsin,  ermənilərin “hərbi əsirlər” adlandırdığı terrorçuların, cinayətkarların bir qismi heç Ermənistana qayıtmaq istəməsin, bu tam mümkündür. Bu diversantların Ermənistana getməkdən imtina edib ya Azərbaycanda qalmaq, ya da üçüncü bir ölkəyə getmək istəməsi gözləniləndir. Amma Azərbaycan onları üçüncü ölkəyə təhvil verməli deyil, terrorçular cəzalarını Azərbaycanda çəkməlidirlər. Yəni maraqlı nüanslar ortaya çıxa bilər, Bakıda saxlanan diversantlar geri qayıtmaqdan imtina edə bilər, yaxud onların valideynləri, yaxınları Azərbaycan tərəfə müraciət edib “onları Ermənənistana qaytarmayın” deyə bilərlər. Ermənistan çoxbilmişliyindən özünü növbəti dəfə çətinə salıb. Belə bir situasiya yaranıb və hesab edirəm ki, Azərbaycan rəhbərliyi də bu situasiyadan kifayət qədər istifadə edib düzgün mövqe tutur. Belə də olmalıdır, başqa cür olmamalıdır. Əks tərəfdən çıxılmaz bir vəziyyətdə qalır, hara addım atırsa qarşısına uğursuzluq çıxır. Bu reallıqdır. Bu o vaxta qədər davam edəcək ki, onlar Azərbaycanın regionda lider dövlət olduğunu qəbul etsinlər, Azərbaycanın və Türkiyənin bir yerdə güc mərkəzi olduğunu bilsinlər, bu güc mərkəzinin qarşısında təslim olsunlar, real kapituliyasiya sənədi imzalasınlar və Türkiyə ilə Azərbaycanın bir yerdə dedikləri ilə oturub-dursunlar. Onlar üçün çıxış yolu bundan ibarətdir”- deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ