şənbə günü, 14 noyabr 2026
     

Zəngəzur dəhlizi: süni maneələr, yalan iddialar... - FOTO

Image


İkinci Qarabağ müharibəsindən sonra populyarlıq qazanan “Zəngəzur dəhlizi” ideyası Ermənistanda ciddi müzakirələrə və populist çıxışlara səbəb olub. Bütün erməni cəmiyyətinə və hakim dairələrinə yalnız bir fikir hakim kəsilib: “Zəngəzur Ermənistan ərazisidir, oradan Naxçıvana dəhliz vermək yolverilməzdir”. Ermənilərin “Zəngəzur tarixi erməni torpaqlarıdir” deyimindən boylanıb ən yaxın tariximizə belə nəzər salanda Zəngəzurun ermənilərə heç bir aidiyyətinin olmadığı görünür.

Tarixən heç vaxt Zəngəzur ərazilərinin ermənilərə heç bir aidiyyəti olmayıb. Rusiyanın işğalına qədər ermənilərin mövcudluqlarına, heç bir izlərinə belə rast gəlinmir. Son 100 ildə Zəngəzurda  da, Qarabağda olduğu kimi ermənilər tərəfindən mütəmadi olaraq azərbaycanlılara qarşı talanlar, qarətlər, qətllər, soyqrımlar törədilib ərazi etnik təmizləməyə məruz qalıb.  Beləki, Erməni millətçiləri birinci Qarabağ müharibəsindən xeyli öncə, indiki Ermənistan ərazisində öz mövcudluğunu qoruyub saxlayan Zəngəzurun 100-dən çox inzibati yaşayış mərkəzlərinin, onlarla inzibati binaların və yaşayış evlərinin, tarix və mədəniyyət abidələrini və monumental heykəltəraşlıq nümunələrinin, şose və dəmiryol infrastrukturlarını tamamilə dağıdıb yararsız hala saldılar. Zəngəzur “bizimdir” deyən əhalinin, bu dağıntıları nəyə görə etdiklərinin isə indiyədək izahını  verə bilmirlər.

1828-ci il Rusiyanın işğalından 33 il sonra, məhz Rusiyanın təşəbbüsü ilə Zəngəzur vilayəti Zəngəzur qəzasına çevrildi. Qəzanın əmlakının qiymətləndirilməsi üçün Mokritski Andrey,   Orlov İvan, İskəndərov İvan, Ağasarov Cahangirdən ibarət qiymətləndirmə komissiyası yaradıldı. Təbii ki bu komisiyada da bir erməni soyadına rast gəlmək olmur. O zaman sual olunur, əhər ərazi ermənilərə aid olubsa nədən belə məsul bir iş üçün yaradılan komisiyanın tərkibində bir nəfər də olsun erməni olmayıb?

1861- ci ildə yaradılan Zəngəzur qəzası: - Şimali Azərbaycan torpaqlarında Rusiyanın yaratdığı ilk inzibati ərazi vahidlərindən biri olmuşdur. Zəngəzur qəzası Azərbaycan ərazisi kimi, 1867-ci ildə Azərbaycanda yaradılan Yelizavetopol (Gəncə) quberniyasının tərkibinə verildi və Zəngəzur Rusiyada Sosialist İnqilabının qələbəsinin ilk illərinə qədər yəni (1920-ci ilə qədər) Gəncə Quberniyasının tərkibində qaldı. Yəni Zəngəzur 1920-ci ilə qədər Azərbaycan ərazisinə daxil idi. O dövrdə  Zəngəzurda 149 türk kəndi, 91 kürd kəndi və məskunlaşdırılmadan sonra yeni yaradılan 81 erməni kəndi var idi. Bu tarixi həqiqətlər erməni anlamından çox uzaqdır. Ermənilər bu faktları eşitmək belə istəmirlər.

Azərbaycanda 1920-ci ildə Sovet Hakimiyyəti qurulduqdan sonra Zəngəzurun Qafan, Mehri, Gorus  və Qarakilsə bölgələri yenicə yaradılan Ermənistan vilayətinə birləşdirildi. Ruslar tərəfindən İranın Gorus əyalətindən gətirilib Zəngəzurda «müvəqqəti» məskunlaşdırılan fars mənşəli ermənilərin toplum halda yaşadıqları Gorus adlı qəsəbə, Zəngəzur qəzasının mərkəzi elan edildi. Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə əslən indiki Laçın rayonunun Əhmədli kəndindən olan Ocaqqulu Musayev  təyin edildi.

Ocaqqulu Musayev, 1896-cı ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1918-ci ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib və Zəngəzur qəzasının ərzaq komissarı kimi fəaliyyət göstərib. 1920-ci ildə Zəngəzur qəzası yaradılanda,  Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilib. Ocaqqulu Musayev 1922-ci ildə ömrünün gənc çağlarında Gorus şəhərində vəzifə başında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Bu hadisə Azərbaycana azərbaycançılığa, türkə türkçülüyə qarşı ədavətdən, kindən, nifrətdən, düşmənçilikdən  irəli gəldiyini göstərirdi. İrandan gətirilib Zəngəzurda məskunlaşdırılan gəlmə bir toplumun nümayəndələri Sovet Hökumətinə meydan oxuyaraq, hökumətin yüksək vəzifəyə təyin etdiyi qanıyla canıyla torpağına bağlı olan tanınmış bir şəxsi vəzifə başında qətlə yetirirlər və cəzasız qalırlar. Məhz bu cəzasızlığın nəticəsi idiki ermənilərin torpaq iddiaları, törətdikləri soyqrımlar bitib tükənmək bilmirdi. İndi “Zəngəzur dəhlizi” layihəsinə etiraz edən ermənilər, hətta öz ağsaqqallarından soruşsalar belə bilərlərki 1936-cı ildən 1992-ci ilə qədər Zəngəzur dəhlizi Ermənistanın deyil Azərbaycanın nəzarətində olub.

Yeni tariximizdən bizə məlumdur ki, Mehri rayonu Sovet dövrü Azərbaycanın Ermənistan üzərindən nəqliyyat dəhlizi rolunu oynayıb. Beləki 1936-cı ildə Bakıdan çıxan ilk qatar Mincivan – Culfa dəmir yolu xətti ilə Qafanın mis mədənlərinə gəldi. Bundan sonrakı dövrlərdə Bakı – İrəvan, Moskva – Naxçıvan – Tehran marşrutları ilə sərnişin və yük qatarları bu dəhliz vasitəsi ilə müntəzəm olaraq SSRİ-nin süqutuna qədər fəaliyyət göstərdi.

İndi bütün erməni vətəndaş cəmiyyəti  və  Ermənistan rəhbərliyi  Zəngəzur dəhlizinin Ermənistana məxsusluğunu iddia edir.  Lakin Ermənistanın və Rusiyanın Dövlət Arxivləırində olan sənədlər sübut edir ki,  hətta Sovet dövründə belə, Mincivan – Ordubad nəqliyyat dəlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğuna görə, bu əraziyə ermənilər xüsusi icazələri olmadan buraxılmırdılar. Ermənilər heç vaxt bu dəhlizə sərbəst şəkildə girib çıxa bilmirdilər. SSRİ Xüsusi Xidmət Orqanları  yalnız xüsusi buraxılışı olanlara Mehriyə gəlməyə icazə verirdilər.

Zəngəzur dəhlizi bütün tarixi boyu Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus idi.  Qatarların hərəkət cədvəlini və stansiyaların iş qrafikini Bakı təşkil edirdi. Dəhlizin təhlükəsizliyini SSRİ Sərhəd qoşunları həyata keçirirdi.

Dəhlizdə Qatarların fəaliyyəti 1991-ci ilə qədər davam etdi. 1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr qatarların hərəkətinə mane olmağa başladılar. Beləki bu silahlı dəstələr sərnişinlərə xəsarət yetirir onları soyur, yüklərini əllərindən alaraq mənimsəyirdilər. Son yük qatarı bu dəhlizdən 1992-ci ildə Arazboyu keçərək öz fəaliyyətini sona çatdırdı. Naxçıvan blokadaya düşdü.

Dəhlizdə hərəkət dayandırıldıqdan sonra, dəhliz boyu Azərbaycana məxsus stansiyalar və depolar qarət olunaraq yandırıldı. Erməni seperatçıları Mincivan – Culfa, Ağdam – Əsgəran – Xankəndi dəmir yolu  magistralındakı dəmiryol reyslərini, dəmir dirəkləri, məftilləri və hətta bütöv vaqonları İranın İsfahan və digər şəhərlərdəki metaləritmə zavodlarına satırdılar.                    

 Mehri stansiyasından tapılan biletlər, stansiyanın aylıq, illik hesabat sənədləri göstərir ki bu stansiyada aparılan işlərin Ermənistana aidiyyatı olmamışdır. Nəqliyyat dəhlizində  yerləşən bütün infrastrukturlara Azərbaycan cavabdehlik daşımışdır. İndi Zəngəzur Dəhlizinin açılmasına maneçilik törədən erməni başbilənlərinə belə bir sual ünvanlayıram: Zəngəzur dəhlizi Ermənistan ərazisidirmi? Elə isə bəs onda niyə dağıdıb xarabalığa çevirdiniz?

Faiq İSMAYILOV
AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ