şənbə günü, 14 noyabr 2026
     

Heydər Əliyevin anım günündə İtaliyanın akademik, mədəniyyət və diplomatiya nümayəndələri onun haqqında yerli mətbuata danışdı

Image


Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Anım Günü münasibətilə İtaliyanın akademik, mədəniyyət və diplomatiya aləminin nümayəndələrinin İtaliya mətbuatında fikirləri yer alıb.

Roma Sapienza Universitetinin tədqiqatçısı Azərbaycanla bağlı çoxsaylı məqalə və kitabların müəllifi, professor Daniel Pommier bildirib ki, tarix zaman-zaman elə şəxsiyyətlər yetişdirir ki, onlar gözlənilməz və çətin vəziyyətləri rasional şəkildə idarə etmək bacarığı ilə rəhbərlik etdikləri institutları və cəmiyyəti formalaşdırmağı bacarırlar. İtalyan professor vurğulayıb ki, Azərbaycana gələn hər kəs Heydər Əliyevin ölkənin ictimai həyatında irsini əyani şəkildə görür. “Mən tələbələrə Azərbaycan tarixində Heydər Əliyevin rolunu izah edəndə tez-tez Türkiyənin Mustafa Kamal Atatürkünü misal çəkirəm. Mustafa Kamal kimi Heydər Əliyev də başqaları tərəfindən uduzulmuş müharibənin sonunda, ölkənin ərazi bütövlüyünə təhlükə olan, eləcə də vətəndaş müharibəsinin astanasında olan bir dövrdə ölkənin rəhbəri oldu. Mustafa Kamal kimi Heydər Əliyev də müasir Azərbaycanı yenidən qurmaqla institusional, iqtisadi və sosial modernləşmə üçün fövqəladə səy göstərmişdir. Mustafa Kamal kimi Heydər Əliyev də dərin institusional dünyəviləşməni təbliğ edirdi ki, bu da Azərbaycanın bu gün bütün İslam dünyasının bəlkə də ən dünyəvi ölkəsinə çevrilməsinə gətirib çıxardı. Aydındır ki, İtaliyanın postsovet məkanında ən mühüm tərəfdaşlarından biri olan bugünkü Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında qurulub” - deyə Daniel Pommier bildirib.

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin jurnalisti Emanuel Pietrobon isə bu fikirləri qeyd edib: “Müasir Azərbaycanı soyuq müharibə dövründən etibarən xalqın taleyində böyük rolu olan və Birinci Qarabağ müharibəsindən sonrakı çətin dirçəlişin memarı olmuş Heydər Əliyev şəxsiyyətindən danışmadan başa düşmək olmaz. Heydər Əliyev həm rəhbər, həm də yol göstərən olub.  Biz, xüsusən də İtaliya, illər sonra Azərbaycanla strateji tərəfdaşlığın yaranmasına səbəb olan o bünövrəyə görə məhz Heydər Əliyev borcluyuq. Həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin o zamankı qərarları onun davamçısı İlham Əliyevin təbii sərvətlərdən sosial və geosiyasi məqsədlər üçün istifadədən başlayaraq, İtaliya ilə münasibətlərin gücləndirilməsinə qədər qərarlarına təsir etmiş oldu”.

İtalyan jurnalist  Domeniko Letizia isə bildirib ki, Prezident Heydər Əliyev İtaliyaya səfər edən, siyasi və iqtisadi qurumlarla görüşən, bu gün daha da güclənən mövcud siyasi və diplomatik əlaqələri birləşdirən ilk Azərbaycan prezidenti olub.  “Heydər Əliyev 1997-ci ildə İtaliyaya səfər etmiş, Azərbaycanın İtaliyada səfirliyinin açılmasına qərar vermiş və sonradan daha da gücləndirilmiş əlaqələrin əsasını qoymuşdur. İki ölkə arasında münasibətlər davamlı və artan iqtisadi və mədəni mübadilələr və strateji layihələrin təşviqi ilə inkişaf etmiş, yaxın dostluq səviyyəsinə yüksəlmişdir”, deyə jurnalist fikirlərini tamamlayb.

2001-2005-ci illərdə İtaliyanın Azərbaycanda səfiri olmuş, hazırda isə Azərbaycan Respublikasının İtaliyanın Genuya şəhərində Fəxri konsulu olan Marqarita Kosta Ümummilli Liderlə bağlı fikirlərini bölüşərək bildirib: “Heydər Əliyev: mərdlik, zəka, həssaslıq, qayğıkeşlik, xeyirxahlıq. Prezident Heydər Əliyev bütün bu xüsusiyyətlərə malik idi”, deyən səfir Ulu Öndərin siyasi baxışının “Əsrin Müqaviləsi”ndə necə ortaya çıxdığını və bu baxışın Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə səbəb olduğunu bildirib. “Heydər Əliyevin multikulturalizmə münasibəti 2002-ci ildə Papa II İohann Pavelin Azərbaycana səfəri zamanı özünü büruzə verdi, belə ki, həmin səfər zamanı Ulu Öndər  katolik kilsəsinin tikinti üçün torpaq sahəsi ayırdı və həmin tikintiyə dəstək göstərdi. Onun bu münasibəti bütün dinlərə son dərəcə hörmətlə yanaşan bütün Azərbaycanın təzahürüdür”, deyə səfir vurğulayıb. Margarita Kosta əlavə edib ki,  30 il ərzində Ermənistanın işğalı altında olmuş Azərbaycan əraziləri ötən ilin payızında Vətən müharibəsi nəticəsində azad olunmuşdur, məhz Heydər Əliyev vaxtikən bildirmişdir ki, Qarabağ Azərbaycana qayıdacaq. “İnsanlar arasında təmasları asanlaşdıran hər şeyi Heydər Əliyevin Azərbaycanında tapdım, bu münasibətlər bu gün İlham Əliyevin rəhbərliyi dövründə də davam etməkdədir”, deyə Margarita Kosta fikirlərini tamamlayıb.

Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariush Rahiminia da fikirlərini bölüşərək bildirib: “Azərbaycanın küçələrində gəzərkən xalqın Ümummilli Lider Heydər Əliyevə bəslədiyi rəğbətin şahidi olursan”. Heydər Əliyev Mərkəzi, Bakı Beynəlxalq Hava Limanı kimi Azərbaycanda çoxsaylı yerlərin Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirən italyan tədqiqatçı əlavə edib ki,  tarix  Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və milli iqtisadi rifahına nə qədər böyük töhfə verdiyini, eləcə də azərbaycanlıların bu gün də Heydər Əliyevin şəxsiyyətinə bağlı olduğunu göstərir”.

İtaliyada Azərbaycanla bağlı çoxsaylı kitablar nəşr etmiş Sandro Teti isə qeyd edib ki, “Heydər Əliyev bütün azərbaycanlıların ona verdiyi ada tam layiqdir: Azərbaycan millətinin atası, Vətənin atası. Heydər Əliyev Azərbaycan dövlətinin qurulmasına, güclənməsinə və uzunmüddətli inkişafına əvəzsiz töhfələr verib”. İtalyan naşir vurğulayıb ki, "1993-cü ildə ölkə ümidsiz vəziyyətdə idi, ərazisinin təxminən beşdə biri Ermənistan qoşunları tərəfindən işğal edilmiş, yoxsulluq həddinə çatmış, müxtəlif problemlərlə zəifləmişdi. Məhz həmin ildə Heydər Əliyev prezident  oldu və dəmir iradə, fövqəladə zəka və parlaq intellekti ilə mümkün ola bilməyən bir missiyanı həyata keçirməyi bacardı.  Həqiqətən də Heydər Əliyev iqtisadiyyatı bərpa etmək üçün müvafiq iqtisadi resurslar tapmağa, hərbi işğaldan və ağır iqtisadi çətinliklərdən əziyyət çəkmiş milyonlarla azərbaycanlının mənəvi durumunu yüksəltmək üçün etik, mənəvi və vətənpərvərlik resursları tapmağa nail oldu. Dahiyanə “Əsrin müqaviləsi” dövlət idarəçiliyinin, təhsil, tədqiqat, tikinti, infrastruktur və hərbi sektorun maliyyələşdirilməsi üçün ilk konkret addım idi. Heydər Əliyevin ölkənin inkişafı ilə bağlı uzunmüddətli baxışlarının, dövlətin inkişafı konsepsiyasının reallaşması onun gözlənilməz və vaxtsız ölümündən sonra dayanmadı”, deyə S.Teti bildirib. O, əlavə edib ki, Sovet dövründə Heydər Əliyev SSRİ-nin aparıcı dövlət xadimlərindən biri olub və həmin dövrdə Azərbaycan üçün Moskvadan infrastruktur, universitetlər, elmi-tədqiqat mərkəzləri, fabriklərin tikintisinə böyük resursların ayrılmasına nail olub. “Azərbaycanın böyük dostu və Heydər Əliyevin pərəstişkarı, onu şəxsən tanıyan fizika üzrə Nobel mükafatı laureatı Jores Alferovun bir gün mənə dediklərini xatırlatmaq istəyirəm, “Qorbaçov Heydər Əliyevin böyük xarizmasından qorxduğu üçün onu uzaqlaşdırdı”, deyə S.Teti fikirlərini bölüşüb.

“Heydər Əliyevin müəyyənləşdirdiyi yolda Prezident İlham Əliyev, onun hökuməti, bütün Azərbaycan xalqı məharətlə, əzmlə hərəkət edib və etməkdə davam edir. İyirmi ildən az bir müddət ərzində Azərbaycan fövqəladə iqtisadi yüksəlişə nail oldu, ölkə bütün sektorları əhatə edən fövqəladə modernləşmə prosesi yaşayır və bu proses 30 ilə yaxın müddətə Ermənistanın işğalı səbəbindən itirilmiş ərazilər üzərində suverenliyin bərpası ilə kuliminasiya nöqtəsinə yüksəlib”, deyə S.Teti fikirlərini tamamlayıb.

 İtaliyanın akademik, mədəniyyət və diplomatiya aləminin nümayəndələrinin müvafiq fikirlərini əks etdirən məqalə İtaliyanın “Kmetro0” analitik xəbər portalında dərc olunub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ