şənbə günü, 14 noyabr 2026
     

Heydər Əliyev Mərkəzində "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib - FOTO

Image


Dekabrın 13-də Heydər Əliyev Mərkəzində "İşğaldan azad edilmiş ərazilərdə mədəni irs abidələrinin bərpası üzrə layihələr: hədəflər, çağırışlar, xüsusiyyətlər, perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov tədbirdə çıxış edib. Bildirib ki, otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan ərazilərimiz Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində azad edildikdən sonra burada genişmiqyaslı quruculuq-bərpa işlərinə start verilib. Bölgədə infrastruktur layihələri ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin inventarlaşdırılması, mühafizəsi, o cümlədən bərpası istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməkdə olduğunu deyib.

“Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib.

Heydər Əliyev Fondunun işğaldan azad olunan ərazilər üzrə layihəsinin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Bununla bağlı beynəlxalq təcrübə öyrənilir və abidələrin bərpası, konservasiyası və yenidən qurulması üzrə işlərdə, həmçinin mütərəqqi üsullar tətbiq edilir”, - deyə Anar Ələkbərov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.

Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Bu ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və kompleks istifadəyə verilib. Kompleksdə işlər Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlayıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Ötən müddət ərzində, həmçinin dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli Fondun dəstəyi ilə yenidən qurularaq Şuşa şəhərində ucaldılıb.

Prezidentin köməkçisi işğaldan azad olunan ərazilərdə bərpa prosesində iştirak edən Azərbaycanın özəl sektoruna, o cümlədən “Pasha Holding”ə, bərpa-yenidənqurma işlərini işıqlandırdıqlarına, dünyaya çatdırdıqlarına görə media nümayəndələrinə təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, Heydər Əliyev Fondu ötən illər ərazində dünyanın müxtəlif ölkələrində-Bolqarıstan, Vatikan və digər ölkələrdə tarixi-dini abidələrin bərpasında iştirak edib. Qazanılmış bu təcrübə hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində tətbiq olunmaqdadır.

Sonra Avstriyanın “Wehdorn Architekten” şirkətinin icraçı direktoru Manfred Vehdornun videomüraciəti olub. O, işğaldan azad olunan ərazilərdəki bərpa işlərinin kompleks şəkildə həyata keçirildiyini və bərpa işlərini bu bölgəyə yenidən həyatın qayıtması kimi səciyyələndirib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərin tarixi görkəminin bərpası üzrə qısa müddət ərzində böyük işlər görülüb. Şəhərin tarixi abidələr yerləşən hissələri zonalara ayrılıb. “Bildiyimiz kimi, təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası bizim üçün xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurması xüsusi həssaslıqla aparılır”, - deyə Aydın Kərimov bildirib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Heydər Əliyev Fondu apardığı bütün bərpa işlərində inklüziv yanaşmadan istifadə edir, bu işlərə xarici mütəxəssislər cəlb edilir. Bu tamamilə doğru yanaşmadır. Çünki, bərpa olunan abidələr təkcə Azərbaycanın deyil, bütün dünyanın mənəvi sərvətidir. İşğaldan azad edilmiş ərazilərdəki abidələrin bərpası Qarabağ Dirçəliş Fondu üçün ən prioritet məsələdir. Fond bu işlərdə daim Heydər Əliyev Fondu ilə əməkdaşlıq edir.

“Uni Construction” şirkətinin bərpaçısı, italiyalı mütəxəssis Luigi Scrinzi bildirib ki, Qarabağdakı maddi-mədəni abidələr inanılmaz dağıntılara məruz qalıb. "Qarabağ" "böyük bağ", "yaşıllıqlarla zəngin olan, abad məkan" deməkdir. Lakin bu məhfumlardan heç birinə Qarabağda rast gəlinmir. Bu gün Qarabağın yenidən dirçəldilməsi, həyata qaytarılması istiqamətində böyük işlər görülür. Bu yerlərin abadlaşdırılması həm də müqəddəs mahiyyət daşıyır.

“Uni Construction” şirkətinin layihə rəhbəri, türkiyəli mütəxəssis Əli Ünlü Şuşadakı abidələrin Azərbaycan xalqı üçün çox böyük əhəmiyyətə malik mədəni irs olduğunu deyib. Lakin bu irs işğalçılar tərəfindən demək olar ki, tamamilə dağıdılıb. “Dağıdılmış abidələrin bərpası istiqamətində böyük işlər görülür. Bu işlər şəxsən Prezident İlham Əliyevin nəzarəti ilə aparılır. İşğaldan yenicə azad ediləndə Şuşadakı abidələrin dağıntılara məruz qaldığı müşahidə olunurdu. Aşağı Gövhər Ağa məscidinin həyətindəki mədrəsə də bu qəbildəndir. Bu kimi tarixi tikililərin bərpası son dərəcə həssaslıqla aparılır”, - deyə Əli Ünlü bildirib.

Avstriyanın "PARTNER Consulting+Projects" şirkətinin bərpaçısı Roman Brugger Ağdam cümə məscidinin bərpa konsepsiyası barədə danışıb. Bildirilib ki, məscid Qarabağın tarixi baxımından çox önəmli abidədir. Aparılan işlərdə əsas məqsəd məscidin əvvəlki görüntüsünü özünə qaytarmaq və onu tarixi abidələr sırasına qazandırmaqdır. Erməni işğalı dövründə məscidin demək olar ki, bütün tarixi elementləri dəyişdirilib. Hazırda tikilinin əvvəlki tarixi görkəmini özünə qaytarmaq üçün işlər görülür.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, mühafizəsinə ehtiyac olan tarixi abidələrlə iş xüsusi həssaslıqla görülür. Şəhərin baş planının hazırlanması istiqamətində xarici mütəxəssislərlə birgə müzakirələr aparılır. Şuşalıların doğma şəhərlərinə mütəmadi səfərləri təşkil olunub, eyni zamanda, onların köçürülməsi və şəhərdə çalışan insanların yerləşdirilməsi istiqamətində də işlər həyata keçirilir.

Şuşa şəhərində Mehmandarovlar malikanə kompleksinin bərpası ilə bağlı danışan "Cronos” şirkətinin baş bərpaçısı Uğur Miralay bildirib ki, digər tarixi abidələrimiz kimi, bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə dağıntılara məruz qalıb. Hazırda burada da bərpa işləri aparılır, abidənin əvvəlki görkəmi özünə qaytarılır. Aparılan işlər zamanı tarixi mənbələrdəki fotolardan istifadə edilir.

Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun Restavrasiya şöbəsinin rəhbəri Salome Guruli və Gürcüstan Milli Muzeyinin Konservasiya Elmi İnstitutunun rəhbəri Nino Kalandadze "Tarixi binaların konservasiyası, yeni əlavələrin işlənməsi və onlara qulluq – Gürcüstan Milli Muzeyinin örnəkləri” mövzusunda çıxışlar ediblər.

Latviyanın "Buvtelnieks” şirkətinin layihələr üzrə baş meneceri Sandis Cvetkovs və şirkətin ortağı Janis Meroza "Buvtelnieks” şirkətinin bərpa və restavrasiya sahəsində təcrübəsi ilə bağlı fikirlərini bölüşüblər.

"Simmetrico” şirkətinin baş memarı Françesko Giordano “Yeni Şuşa məscidi layihəsi – konsepsiya və yanaşma" mövzusunda çıxış edib. Bildirib ki, memarlıq nümunəsinin müasirliyinə baxmayaraq, məscidin tikintisində həm daş və ağac kimi yerli materiallardan istifadədə, həm də bir sıra üslub elementlərində Şuşanın ənənəvi tikililərinə bağlılıq olacaq. “Şuşa - dəyər, tarix, irs, mədəniyyət və təbii gözəllik olan bir məkandır. Şuşa şəhəri həm qorunmalı, həm də gələcək nəsillərə ötürülməlidir. Reallaşdırdığımız layihə şəhərin identifikliyini vurğulayır, eyni zamanda, ətraf mühiti xatırladır. Layihədə Şuşaya xas olan elementlər yer alıb. Bu layihə həm də Şuşanın azad olunması tarixini əks etdirəcək”, - deyə Françesko Giordano əlavə edib.

Azərbaycan Respublikasının əməkdar memarı Ədalət Məmmədov “Zəngilan şəhəri məscid kompleksinin tikintisi" mövzusunda çıxış edib. Bildirilib ki, Zəngilan şəhərindəki məscid kompleksi XIX əsrdə inşa edilib və memarlıq abidəsi kimi inventarlaşdırılıb. Ermənistanın işğalı dövründə məscid düşmən qüvvələri tərəfindən dağıdılmış və ilkin görkəmini demək olar tamamilə itirmişdi. XIX əsrin memarlıq abidəsi mövcud vəziyyətində konservasiya edilib və ərazidə yeni məscid inşa olunur.

Böyük Britaniyanın "Mangera Yvars Architects” şirkətinin direktoru Ali Mangera “Mangera Yvars Architects” şirkətinin bərpa və restavrasiya sahəsində təcrübəsindən danışıb. “Azərbaycanın tarixi və Qarabağ haqqında məlumatlıyam. Qarabağın inkişafı Azərbaycanın ümumi inkişafına böyük töhfə verə bilər. Gənclərin Qarabağa qayıdışının təmin edilməsi olduqca vacibdir. Bu ərazidə layihələr reallaşdırmaqla Azərbaycan dünyaya ekoloji dayanıqlılığın təmin edilməsinin önəmini nümayiş etdirə bilər. Qarabağ həm mədəniyyət beşiyidir, həm iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir, həm də turizmin inkişafı üçün vacib regiondur. Biz Qarabağda dəhşətli dağıntıların şahidi olduq. İndi buradakı binaların, abidələrin necə bərpa və restavrasiya edilməsi üzərində düşünürük”, - deyə Ali Mangera vurğulayıb.

Daha sonra Bolqarıstanın “EKSA” şirkətinin icraçı direktoru Konstantin Nedkov Pee “Xristian dininə aid sadalanan bina və komplekslərin tədqiqi, dizaynı və bərpası və onların ətraf mühitlə sosiallaşması üçün ən yaxşı təcrübələr” mövzusunda çıxış edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ