şənbə günü, 14 noyabr 2026
     

Putin SSRİ-nin dağılmasını faciə adlandırdı, ancaq Qorbaçovu göz üstündə saxlayır - şübhəli məntiq...

Image


“Rossiya-1” kanalının efirində “Rusiya. Yaxın tarix” proqramında Rusiya prezidenti Vladimir Putin SSRİ-ni “tarixi Rusiya torpaqları” adlandırib və deyib ki, “SSRİ-nin dağılması faciədir”.

O, SSRİ-nin dağılmasının şəxsən onun üçün nə demək olduğu barədə suala cavabında “Ölkə vətəndaşlarının böyük əksəriyyətinin faciəsi ilə eyni faciədir. Axı Sovet İttifaqının dağılması nədir? Bu, Sovet İttifaqı adlanan tarixi Rusiyanın dağılmasıdır”.

Putin onu da bildirib ki, min il ərzində toplananlar böyük ölçüdə itirilib.

Rusiya prezidentdinin etirafından belə anlamaq olur ki, Rusiyanın son min ildə işğal etdiyi torpaqlar, ölkələr əlindən çıxıb və bu, SSRİ-nin dağılması ilə baş verib.

Açıq görsənən odur ki, Putin SSRİ-nin xiffətini çəkir, amma SSRİ-ni dağıdan M.Qorbaçovun da xətrinə dəymir. Qəribə yanaşmadır, deyilmi?

Ekspertlər qeyd edir ki, Rusiya prezidenti bu fikirləri söyləməklə keçmiş SSRİ-nin tərkibindən ayrılan ölkələrə qarşı ərazi iddiası irəli sürüb. Onların sözlərinə görə, Rusiya liderinin “SSRİ yaradıldığı zaman bir çox ölkələr Rusiyadan torpaqlar alıb” iddiası buna açıq işarədir. Dediyimiz kimi, bu torpaqları Putin “ənənəvi tarixi rus torpaqları” adlandırıb və iddia edib ki, həmin ölkələr SSRİ-nin tərkibindən çıxanda o torpaqları da öz ərazilərində saxlayıb.

  • “Rusiya prezidenti indiki Rusiya imperiyasını da çar Rusiyasının və SSRİ-nin aqibətinin gözlədiyini bəlkə bundan sonra başa düşə bilər”

AVCİYA-nın vitse-prezidenti, siyasi şərhçi, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Putinin bu çıxışı və eyni zamanda rusiyalı kinorejissor Aleksandr Sakurovun ona verdiyi suallara cavabları Putinin özünü Rusiya imperiyasının rəhbəri kimi apardığını göstərir. “O, SSRİ-ni “böyük Rusiya ərazisi” adlandırır, amma başa düşmür ki, bu ərazi çar Rusiyasının işğalları nəticəsində yaranan Rusiya imperiyasının ərazisi idi. Bu müharibələr haqda Rusiya tarixində də, Qafqaz ölkələrinin tarixindı də yazılıb. Bu tarixi Putinin yenidən oxumasına ehtiyac var. Rusiya lideri başını qaldırıb görsün ki, hansı mübarizələr gedib, hansı müharibələr nəticəsində çar Rusiyası bu əraziləri əldə etmişdi, nəyə görə bu torpaqlar itirildi? Rusiya prezidenti indiki Rusiya imperiyasını da çar Rusiyasının və SSRİ-nin aqibətinin gözlədiyini bəlkə bundan sonra başa düşə bilər. Yəni Rusiya tarixinə baxsaq, özləri yazırlar ki, 1652-ci ildə Yermakın dəstəsi Volqaboyunda olan Kazan xanığını, sonra isə 1656-cı ildə Həştərxan xanlığını işğal edib, sonra Sibir xanı Kutumun dəstəsini məğlub ediblər. Yəni özləri öz tarixlərində bu əraziləri işğal etdiklərini yazılar. Bu gün Putinin iddia etdiyi və  “SSRİ ərazisi” adlandırdığı ərazilər rusların olmayıb. Əgər XVII əsrin ortalarına qədər Rusiyanın olmayıbsa, bunlar işğal nəticəsində tutulubsa və bütün dünya xalqları işğalı pisləyirsə, niyə Putin həmin işğallara rəğmən “tarixi Rusiya ərazilər”indən danışır? Mənə belə gəlir ki, artıq Rusiya imperiyasının da sonu çatdığına görə Rusiya öz müttəfiqi olan Qazaxıstana da, başqa Orta Asiya respublikalarına qarşı da ərazi iddiaları ilə çıxış edir. Qazax xalqı artıq öz tarixini yenidən yazmağa məcbur olub ki, bu cür əsassız iddialardan yaxa qurtara bilsin. Yəni Şərqi Qazaxıstana iddia edən Rusiyanın sözünü kəsmək üçün bunlar əsl tarixlərini yazırlar. Çünki Rusiya onların tarixini Qazax xanlığından götürür, onlar isə deyirlər ki, bizim qədim tariximiz var, bu, qədim saq tayfalarının yaratdığı dövlətdir, Qızıl Orda bizim dövlətdir, biz Qızıl Ordanın varisləriyik və sair”.

M.Zülfüqarlının sözlərinə görə, indi Rusiyanın özündə müasir düşüncəli, obyektiv tarixçilər meydana gəlib və onlar tatar-monqol işğalının olmadığını, Rusiya tarixinin İvan Qroznının vaxtında saxtalaşdırıldığını ortaya çıxarıb, sonra isə Nikolay Karamzin tərəfindən də saxta tarix yazılıb. Alimin fikrincə, Rusiyanın tarixinin tərsinə yazılması, yalan yazılması Romanovlar sülaləsinin imperiyapərəst davamçısı olan qüvvələrin irəli sürdüyü yalan bir fərziyyənin əmələ gəlməsinə səbəb olub. M.Zülfüqarlı deyir ki, bu işğallar tarixinə nəzər salanda bundan ən çox rus xalqının əziyyət çəkdiyi görsənir. Rus xalqı çox səmimi xalqdır, bizim dediklərimiz də rus xalqına aid deyil, şovinist siyasət yürüdənlərə aiddir. “IX əsrdən indiyə qədər Azərbaycan ərazilərinə və digər ərazilərə hucumlar təşkil etmiş çar Rusiyasının qoşunları və indiki Rusiya qüvvələri nə uğrunda mübarizə apardıqlarını da dərk edə bilmirlər...”

M.Zülfüqarlı hesab edir ki, bu gün SSRİ-nin dağılmasını faciə adlandıran Rusiya liderinin apardığı siyasət rus xalqının özünün ziyanına işləyir. İmperiyapərəst siyasətin ən çox rus xalqına ziyan vurduğunu deyən M.Zülfüqarlı qeyd edir ki, rusiyalı kinorejissor da Putinə ünvanladığı suallarla ictimaiyyətin narahatlığını ifadə etmək istəyib: “Rusiyalı kinorejissor Aleksandr Sakurovun Putinə ünvanladığı açıq suallar mənə Mixail Qorbaçovun 1985-ci ildən sonra SSRİ-də yaratdığı mühiti, ortaya çıxan məlum prosesləri xatırladır. Rusiya televiziyasında Putinə bu cür suallarla müraciət edən rus ziyalıları tapılırsa, demək gələcəkdə bu deyilənlərin həyata keçməsi üçün artıq zəmin yaranır. Mənə elə gəlir ki, Rusiya imperiya siyasətindən əl çəkərsə və başqa xalqlara təzyiq, hədə dolu siyasətindən əl çəkərsə bundan ən çox qazanan rus xalqı olar, onun firavanlığı təmin olunar, digər xalqlar da gələcəkdə əməkdaşlıq, dinc qonşuluq şəratində firavan yaşaya bilərlər”.

M.Zülfüqarlı hesab edir ki, Putinin SSRİ-nin dağılmasını faciə adlandırması ilə davranışları arasında ciddi ziddiyyətlər var. “Putin bir tərəfdən SSRİ-nin dağılmasını “faciə” adlandırır, o biri tərəfdən Qorboçovsayağı siyasət aparır. Yəni onun apardığı siyasət Qorbaçovun SSRİ-ni dağıtmaq üçün apardığı siyasətə bənzəyir. Televiziyada rejissor ona sual verir. Qorbaçov da belə başlamışdı, aşkarlıqdan, demokratiyadan danışırdı, amma nəticədə SSRİ dağıldı. Burada bir məqam hiss etdim - onlar rejissora belə danışmağa şərait yaratmışdılar. Qorbaçov da elə başlamışdı. Guya burada prezidentlə rejissor arasında fikir mübadiləsi aparılır. Özü deyə bilmədiyini rejissorun dili ilə deyir və yavaş-yavaş bu prosesə başlanır. Mənə elə gəlir, Putin Rusiyada olan qapalı rejimi saxlaya bilmədiyinə görə bir az “par” buraxmaq istəyir. Bununla da gələcəkdə adda demokratiya verilməsi ilə bu rejim çökəcək. Putin Qorbaçovun siyasətinə bənzər siyasət yürüdür, bu da Rusiya imperiyasını çöküşə aparır. Putinin həm SSRİ-nin dağılmasını “faciə” adlandırması, həm də Qorbaçova bənzər siyasət yürütməsi ziddiyyət təşkil edir”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ