şənbə günü, 14 noyabr 2026
     

ABŞ-ın “Demokratiya Sammiti”nin real nəticəsi - Ermənistan Rusiyanı qəti şəkildə ABŞ-a dəyişir…

Image


Ermənistan mediası və cəmiyyətində son dövrlərdə Rusiyaya qarşı səslənən ittihamların sayı daha sürətlə artır. Bu hal Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya mediasına müsahibəsində “Qarabağın təhvil verilməsini” bu ölkə ilə əlaqələndirməsi isə prosesi daha da qızışdırıb.

Xatırladaq ki, məsələyə Rusiya sərt reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi dərhal bəyanat yayaraq, erməni spikerin “Qarabağı Rusiya təhvil verdi” iddiasına etiraz edib: “Bəzi erməni siyasətçilərin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı təhvil verməsi kimi cəfəng fikirləri təkzib etməməsi və mahiyyət etibarilə belə əsassız mülahizələrlə həmrəylik nümayiş etdirməsi dərin təəssüf hissi doğurur”. Belə halların ikitərəfli münasibətə zərəri vurğulansa da, Ermənistanda anti-Rusiya isteriyası genişlənir. Erməni siyasi şərhçi Qalust Qriqoryan məsələ ilə bağlı bildirir: “Ermənistanda, demək olar ki, hamı Rusiyaya və bu ölkə ilə bağlı hər şeyə nifrət edir. Polislərinin arağı rüşvət kimi götürdüyü bir ölkə bu gün özünü super dövlət kimi göstərmək istəyir. Ermənistanın Qərbin timsalında əsl müttəfiqi var. Onlara biz lazımıq, bizə isə onlar. Qərb artıq başa düşdü ki, biz Rusiyadan bezmişik. Müvafiq olaraq, Qərb üçün Rusiyanı həm siyasi, həm də iqtisadi baxımdan neytrallaşdırmaq şərəf işidir. Onların valyutasının hansı sürətlə ucuzlaşdığına fikir versək, deyə bilərik ki, bu proses artıq start götürüb. Ermənistana qarşı xəyanətin qiyməti belə olacaq”. Belə bir vaxtda İrəvanda Milli Demokratik cinahın rəhbərliyi ilə millətçilərin məşəl yürüşü keçirilib. Məsələnin maraqlı tərəfi odur ki, rusların strateji tərəfdaşı və “sadiq dost” olan Ermənistanda məşəl yürüşündə əsas fəallıq nasistlərə məxsus olub. Yürüşdə Rusiya əleyhinə şüarlar səslənib, həmçinin plakatlarda Rusiyanın prezidenti Vladimir Putinin şəkli qaniçən obrazında təqdim olunub. Yürüşdə anti-Rusiya mövqeyi və çıxışları ilə tanınan “Sasna Tsrer” radikal qruplaşmasının üzvü Vahe Qasparyan başda olmaqla bir sıra şəxslər iştirak edib. Mitinq Rusiya əleyhinə olmaqla yanaşı, iştirakçılar Putinin portretini Ermənistanın digər keçmiş liderləri ilə bərabər şəkildə təsvir ediblər. Bunlar fonunda ortaya digər maraqlı məqamlar da çıxıb. Belə ki, Rusiyanın maraqlarının birbaşa əleyhinə olaraq ABŞ Ermənistanda hərbi cəhətdən də möhkəmlənməyə hazırlaşır. ABŞ Silahlı Qüvvələrinin Mühəndislər Korpusunun bəyanatında bu xüsusda qeyd olunur ki, ABŞ Gürcüstan və Ermənistanda müdafiə fəaliyyətini dəstəkləmək üçün yeni obyektlərin tikintisinə vəsaitin ayrılmasını istisna etmir. Məlumata görə, Amerika tərəfi ABŞ-ın müdafiə fəaliyyətinə dəstək məqsədilə Gürcüstan və Ermənistanda yeni obyektlərin layihələndirilməsi və tikintisində, eləcə də köhnə obyektlərin bərpası və təmirində iştirak etməyə hazır olan şirkətlərlə iki ayrı müqavilə bağlamaq niyyətindədir. Bundan başqa, ABŞ-ın sözügedən işlərdə iştirak edən şirkətlərə 45 milyon dollar ayırmaq planının olduğu bildirilib.

Qeyd edək ki, Ermənistanda ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirildiyi bildirilən biolaboratoriyalar mövcuddur. Rusiya dövləti bu laboratoriyaların mövcudluğundan narazılığını bildirsə də, Ermənistan hər hansı tədbir görmür. Rusiyanı narahat edən fakt Ermənistanda bu tipli laboratoriyaların Pentaqonun proqramları ilə maliyyələşdirilməsidir. Burada söhbət tibb sahəsində hərbi fəaliyyətdən, bioloji silahın yaradılmasından gedir. Digər tərəfdən, ABŞ-ın İrəvan səfirliyi dünya üzrə ikinci ən böyük diplomatik müəssisəsidir və burada 500-dən çox əməkdaş işləyir. Rus mediası bu xüsusda ona diqqət çəkir ki, MDB məkanının ən yoxsul respublikalarından biri olan Ermənistanda iqtisadi marağı olmayan və ən yaxın perspektivdə də görünməyən Amerika təsəvvürəgəlməz dərəcədə bir bina inşa edib. Əslində, amerkalıların İrəvan civarında səfirliyi deyil, bütöv bir “şəhərciyi” var. Vaşinqtondakı məlumatlı şəxslərdən başqa içəridə nə baş verdiyini heç kim bilmir. Bu gen-bol, böyük kompleksin hər otağında heç olmasa bir əməkdaş əyləşdirilsə, ABŞ-ın Ermənistandakı diplomatik korpusu öz sayına görə bir neçə postsovet respbulikasının heyətini artıqlamasilə geridə qoya bilər. Burada, əslində, klassik anlamda ABŞ-ın Ermənistanda səfirliyi deyil, kəşfiyyat mərkəzi, spesifik obyektlər kompleksi var. Orada amerikalılar üçün maraq doğuran məlumatların gen-bol toplantısı, işlənməsi və kəşfiyyat mərkəzinə ötürülməsi gedir. Bundan başqa, erməni hakimiyyətində yenə xeyli sayda ABŞ və Qərbə bağlı şəxslər yer alır. Soros Fondu həmişəki kimi aktivdir. Rusiyalı politoloq Sergey Markov isə qeyd edir ki, bunlar fonunda ABŞ-ın Demokratiya Sammitinə yalnız Ermənistanın dəvət edilməsi də təsadüfi deyil: “Demokratiya Sammiti daha çox demokratik dövlətlərin deyil, ABŞ-a tabe olan və Vaşinqtonun göstərişlərinə əməl edən dövlətlərin toplantısıdır. Ermənistan üçün bu sammitdə iştirak vacib idi. Belə ki, İrəvan Rusiyanı ABŞ-a dəyişmək istəyir. Ermənistanın iştirak etdiyi forumda səslənən demokratiya çağırışlarına heç kim inanmayacaq”. Qeyd edək ki, Demokratiya Sammitinin başlıca məqsədi sadəcə olaraq digər ölkələri sıxışdırmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir. Bu, bir növ parçala və hökm sür siyasətinin təzahürüdür. Dövlət səviyyəsində terroru dəstəkləyən Ermənistanın sammitə dəvət olunması fonunda azad siyasət yürüdən Macarıstan, Azərbaycan və Türkiyənin sözügedən sammitə dəvət olunmaması iştirakçıların hansı meyarlara uyğun gəldiyi barədə aydın təsəvvür yaradır.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ