Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Ulu Öndərin ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayakdır

Image


XX əsrin sonu Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövrdür. Azərbaycanın daxilində və ətrafında yaranan siyasi vəziyyət həmin dövrdə hakimiyyətdə olanların şəxsi keyfiyyətlərinin aydın mənzərəsini yaradır.

Dövlətçilik təcrübəsi olmayan, səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin hakimiyyətdə olmasının hansı çətinliklərə, faciələrə gətirib çıxardığı tariximizin qara səhifəsində öz əksini tapıb. Müstəqilliyimizin yenidən bərpasının ilk illəri məhz belə xarakterizə olunur. Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa etsə də, o dövrdə hakimiyyətdə təmsil olunanların siyasi çəkişmələri, vəzifə davaları ucbatından ölkədə vəziyyət getdikcə mürəkkəbləşirdi. Azərbaycan parçalanma, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb vəziyyətdə Vətənin və xalqın taleyinə biganə qala bilməyən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ümummilli Lider məsuliyyəti öz üzərinə götürərək Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilasının yollarını açıqladı. Dahi şəxsiyyət “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm” söyləyərək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə mövcud siyasi gərginliyi aradan qaldırdı, sabitliyi təmin etdi. Xalqının sevgisini, ona olan inamını və etimadını isə Ümummilli Lider belə dəyərləndirmişdir: “Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.”

Ümummilli Lider Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq Ona olan ümidləri, etimadı doğrultdu. Məhz bu inama, xalqın dəstəyinə söykənərək 1993-cü ilin iyunundan 2003-cü ilədək olan dövrdə Azərbaycanın gələcəkdə ən yüksək zirvələri fəth etməsi üçün möhkəm təməl yaradıldı. Ölkəmizin sabitlik diyarına çevrilməsi hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslarına görə dünyanın diqqətində olan Azərbaycana marağın daha da artmasına, 1991-1993-cü illərdə mövcud siyasi gərginliyə görə ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinin aradan qaldırılmasına səbəb oldu. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə xarici şirkətlərlə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla da iqtisadi inkişafın, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu.

Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası, ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayak rolunu oynayır. Bu gün hər birimizin qürurla bəhs etdiyimiz uğurların təməli məhz həmin dövrdə qoyulub. Müasir müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin xidməti olmasın. Ümummilli Lider Azərbaycanın ilk Konstitusiyasının müəllifidir. Amma qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev əvvəl Ali Qanunumuzda qeyd olunan müstəqil Azərbaycan dövlətini yaratdı, bütün sahələrdə təməllərini müəyyən etdi və bu fikri xüsusi vurğuladı ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Milli Konstitusiyamız ölkəmizin inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə yol açdı. Ali Qanunun qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsini şərtləndirdi. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv sərəncamları imzalandı, Amnistiya aktları qəbul olundu. Bu sənədlərə əsasən minlərlə vətəndaşımız azadlığa qovuşub.

Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkib. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşəkarlığının artırılması və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılıb, tədbirlər həyata keçirilib. 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

Məhz qurulan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycan siyasi müstəqilliyini də təmin etdi. Ümummilli Lider müstəqillik yollarında ilk addımın atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ilk olaraq xaricdə varlığını önə çəkərək ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın prioritetlərini açıqlamışdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar, genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla yanaşı, ölkəmizin dünya birliyində yeri və mövqeyini möhkəmləndirdi. Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunalarından eşidilməyə başladı, diplomatik uğurlara imza atıldı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il noyabr 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirmişdir: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik.” Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid ideya ətrafında sıx birləşdirdi, Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini vermək üçün səylərini birləşdirməyə çağırışlar etdi. Bir mühüm məqamı da nəzərə alaq ki, azərbaycançılıq milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, konfessiyaların birliyini təcəssüm etdirir. Azərbaycan tolerant ölkədir, müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin- amanlıq, dostluq şəraitində yaşayırlar. Ümummilli Lider Azərbaycan əhalisinin çoxmilli tərkibini sərvətimiz, üstünlüyümüz kimi dəyərləndirirdi.

İqtisadi və siyasi islahatların vəhdətliyi, dünya azərbaycanlılarının bir ideya ətrafında sıx birliyi, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi proseslərində fəal iştirakı, həqiqətlərimizin təbliğinə verdikləri töhfələr, həmçinin real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatımız nəticəsində diplomatik mübarizədə qələbəmiz o dövr üçün yeganə problemimiz olan, amma hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllinə yol açırdı. Ümummilli Lider diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu quruculuğuna da xüsusi diqqət yetirdi. Bir mühüm məqamı qeyd etmək istərdik ki, müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsində o illərdə nizamsız ordumuzun torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi əsas rol oynadı. Ulu Öndərin hakimiyyətə qayıdışı bu sahədə də uğurlara yol açdı. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, eyni zamanda, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda keçirdiyi VII qurultayında qəbul etdiyi yeni qərarlarının icrası istiqamətində mühüm addımlar atır. Fəaliyyətini daim yeni dövrün tələblərinə uyğun quran YAP dövlətimizin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə özünün sanballı töhfələrini verir. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının təbliği istiqamətində fəallığını daha da artırır.

Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası genişdir, əvəzsizdir. Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Onun fəaliyyətinin hansı dövrünə nəzər salsaq bir çox araşdırma, tədqiqat mövzusudur. Hələ dahi şəxsiyyətin fəaliyyətinə həsr olunan neçə-neçə kitablar yazılacaq. Çünki hər yeni nəşr Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha bir istiqamətini ortaya qoyur, bizlərə çatdırır. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dahi şəxsiyyətin xidmətlərinin, Onun ideyalarının daim yaşayacağını və Azərbaycanın gələcək inkişafına işıq salacağını özündə ehtiva edir. Bu baxımdan Onun xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Bugünkü müstəqil, müasir, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən, həmçinin böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycan Onun şah əsəridir.

Ulu öndər Heydər Əliyev 2003-ci ildə müasir müstəqil Azərbaycanın davamlı inkişafını, xalqımızın uğurlu gələcəyini təmin etmək üçün ən böyük töhfəsini təqdim etdi. 1 oktyabr 2003-cü ildə xalqa müraciətində Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının inamın və etimadın növbəti ünvanı olduğunu bildirdi. Son 18 ildə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni-yeni hədəflərin müəyyənləşdirilməsini və onlara çatmaq imkanlarını təmin edir. Bu reallıq hər bir Azərbaycan vətəndaşını qürurlandıraraq sabaha daha inamla addımlamasına əsas verir ki, vaxtilə yeni, müstəqil Azərbaycan barədə düşünüb xəyallar qururduqsa, artıq ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində artıq əldə edilənlərlə kifayətlənməyərək daim irəli baxmağa çağırışlar edilir, yeni-yeni hədəflər müəyyənləşdirilir, onlara çatmaq üçün birgə səylər göstərilir. Prezident kimi fəaliyyətə başladığı gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək, bu vədini əməli işi ilə təsdiqlədi. Məhz sözlə əməlin birliyi onun 2008, 2013 və 2018-ci il prezident seçkilərində inamlı qələbəsini şərtləndirdi. Ölkə Prezidenti daim bu fikri bildirir ki, sosial-iqtisadi göstəricilər Azərbaycanın hərtərəfli inkişafı barədə aydın təsəvvür yaradır.

Bu gün ölkəmizin sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və regionda lider dövlət olduğunu, dünya birliyinin fəal üzvünə çevrildiyini təsdiqləyir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması uğurlu, təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Azərbaycan uğurları ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Bugünlərdə Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı Azərbaycanın malik olduğu iqtisadi imkanların bir daha təqdimatı oldu.

Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin, rolunun artmasında da ifadə olunur. Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər malik olduğumuz imkanların, ən əsası Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olaraq formalaşmış inkişaf modelimizin təqdimatında və dəstəklənməsində mühüm rol oynayır.

Son 18 ilin uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə 30 ilin işğalına son qoydu, Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Bu gün hər bir Azərbaycan vətəndaşı qalib ölkəsinin daha da qüdrətlənməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə səy göstərir. Vətən müharibəsində nümayiş etdirdiyimiz birliyimiz sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini də uğurla başa vuracaq, soydaşlarımızın Böyük Qayıdış sevincinə qatılacaq, Qarabağımızın, Şərqi Zəngəzurun inkişafına dəstək olacağıq. Son bir ilin statistikası onu deməyə əsas verir ki, ölkə Prezidenti artıq sahibinə qovuşmuş ərazilərimizi müasir tələblərə uyğun bərpa edib qısa zamanda sakinlərinin ixtiyarına verməyə çalışır.

Xalqımız tam əmindir ki, Heydər Əliyev siyasəti hələ bundan sonra Azərbaycanımıza daha möhtəşəm uğurlar qazandıracaq. Təbii ki, Azərbaycanın bu uğurlarında, Heydər Əliyev irsinin təbliğində onun adını daşıyan Fondun böyük rolu vardır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına verdiyi töhfələrində öz aydın ifadəsini tapır. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsilə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fondu ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilib. Bircə faktı qeyd etmək kifayətdir ki, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayan informasiya müharibəsinə Heydər Əliyev Fondunun töhfələri böyükdür. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müxtəlif dillərdə kitablar nəşr olunub. Bu vəsaitlərdə Qarabağın tarixi, Ermənistanın işğalçı, terrorçu dövlət olması, Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törətməsi, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türklərə qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ermənilərin əsl simasını görməklə yanaşı, bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıdı.

Uğurlarımız yeni-yeni hədəflərə, təkmilləşməyə, yeniləşməyə çağırışlar edir. Keçmişlə deyil, daim gələcəklə yaşayan Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Bu əminliyə əsas verən Heydər Əliyev ideyaları və onları həyata keçirən ölkə Prezidenti İlham Əliyevin xalqına arxalanaraq qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər, daim təkmilləşdirdiyi islahatlardır. Xalqımızın ulu öndər Heydər Əliyevə məhəbbəti onun özü kimi əbədidir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Vüqar Rəhimzadə,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ