şənbə günü, 14 noyabr 2026
     

İtaliya mətbuatında erməni tərəfinin dezinformasiyalarına cavab verilib

Image


Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin son hərbi təxribatları ilə bağlı erməni tərəfinin sifarişi ilə İtaliya mətbuatında dərc olunmuş və İtaliya ictimaiyyətini aldatmaq məqsədi daşıyan dezinformasiya xarakterli yazılara münasibətdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli tərəfindən cavab verilib.

Azərbaycan diplomatı İtaliyanın “Tempi” qəzetinin redaksiyasına göndərdiyi məktubunda həmin qəzetdə italyan jurnalist Leone Grittonun dərc olunmuş və erməni tərəfinin dezinformasiyasını təşviq edən məqaləsinə cavab verib. M.Əhmədzadənin həmin qəzetdə dərc olunmuş cavab məktubunda 16 noyabr tarixində və ondan bir neçə gün öncə baş vermiş erməni təxribatları barədə oxuyuculara geniş məlumat verilib. Ermənistanın bu təxribatlarının Azərbaycanın həyata keçirdiyi tədbirlər nəticəsində uğursuzluğa düçar olduğunu qeyd edən diplomat insan tələfatı ilə nəticələnən hərbi qarşıdurmaya görə məsuliyyətin tamamilə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Məktubunda diplomat, habelə sərhəddəki hərbi avantüraya paralel olaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin ölkəmizə qarşı qarayaxma kampaniyası apardığı barədə də danışıb. Azərbaycanın oxşar insidentlərin təkrarlanmaması üçün Azərbaycan və Ermənistan arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası prosesinin başlanması mövqeyindən çıxış etdiyini vurğulayan diplomat Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğunu bəyan etdiyini, lakin Ermənistanın müxtəlif bəhanələrlə və sərhəddə qarşıdurmaları qızışdırmaqla bundan yayınmağa çalışdığını qeyd edib.

Məktubunda Azərbaycan tərəfinin mövqeyinin aydın və birmənalı olduğunu bildirən M.Əhmədzadə əlavə edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyduğunu, “münaqişə” məsələsini gündəmdə saxlamaq, “qlobal həll yolu”nun vacibliyini vurğulamaq əslində Ermənistanın revanşist iddialarına və bu ölkənin əsassız siyasi illüziyalarını davam etdirməsinə xidmət edir.

Diplomat, habelə 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayan, 1 milyon azərbaycanlını öz yurd-yuvasından didərgin salaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur edən, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan kimi bir ölkənin deziformasiyasına hələ də mətbuatda yer verilməsinin anlaşılmaz olduğunu qeyd edib. Ötən ilin payızında Vətən müharibəsi zamanı Azərbaycanın BMT-nin TŞ-nın Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən müvafiq qətnamələrini icra edərək öz ərazilərini işğaldan azad etdiyini,  həmin ərazilərdə dramatik bir mənzərənin şahidi olduğumuzu və bu ərazilərimizin təxminən 30 illik işğal zamanı Ermənistanın sistemli dağıntılarına məruz qaldığını xatırladıb. Bundan əlavə, diplomat bildirib ki, Ermənistan işğal illərində bu ərazilərə çoxlu sayda mina yerləşdirib ki, onların partlaması münaqişənin bitməsindən bu günə qədər yüzlərlə qurbana səbəb olub. Diplomat həm ərazilərin dağıdılması, həm də mina problemi səbəbindən məcburi köçkünlərin azad olunmuş ərazilərdə öz evlərinə qayıtmasının mümkün olmadığını, Azərbaycanın öz resursları hesabına və tərəfdaş ölkələrin, o cümlədən İtaliyanın şirkətlərinin cəlb edilməsi ilə bərpa və yenidənqurma işlərini həyata keçirdiyini deyib.

Diplomat, habelə Azərbaycanın Ermənistan tərəfinə suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsini imzalamağı, habelə bütün kommunikasiya yollarının açılmasını təklif etdiyini, ağır iqtisadi və sosial çətinliklər içində boğulan Ermənistanın bu vəziyyətdən faydalana biləcəyəni, lakin Ermənistan hələ də bu təkliflərə cavab vermədiyini vurğulayıb.

Ermənistanın dövlət səviyyəsində apardığı siyasətə görə monoetnik ölkəyə çevrildiyini deyən diplomat Azərbaycanın isə müxtəlif dinlərin dinc yanaşı yaşadığı multikultural ölkə olduğunu və ölkəmizdə mövcud olan müxtəlif konfessiyalara məxsus çoxsaylı dini abidələrin, o cümlədən sinaqoqların, pravoslav, katolik, evagelist kilsələrinin və Bakının mərkəzindəki erməni kilsəsinin bunun sübutu olduğunu vurğulayıb.

İtaliyanın “İnterris” analitik-xəbər portalında isə Roma Sapienza Universitetinin professoru Daniel Pommier Vinçelli həmin portalda dərc olunmuş məktubu ilə erməni əsilli tədqiqatçı Qriqor Qzaryanın məqaləsinə cavab verib. Daniel Pommier Vinçelli məktubunda  ilk öncə Azərbaycanın başqasına məxsus əraziləri ələ keçirmək niyyətində olmadığını, 44 günlük Vətən müharibəsi zamanı bütün əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində aparıldığını vurğulayıb. O bildirib ki, erməni əsilli tədqiqatçının “Artsax respublikası” kimi təqdim etdiyi separatçı qurum beynəlxalq hüquqa görə qeyri-qanunidir. Bu xüsusda o, yalnız Dağlıq Qarabağın deyil, Ermənistanın işğal etdiyi digər ərazilərin də Azərbaycana məxsus olduğunun bütün dünya tərəfindən tanındığını diqqətə çatdırıb. Müəllif siyasi-hüquqi cəhətdən paradoksal olsa da hətta Ermənistanın belə o ərazilər üzərində Azərbaycandan başqa heç bir suverenliyi tanımadığını bildirib. Azərbaycanın öz ərazi bütövlüyünü qorumaq üçün tam şəkildə hüquqa uyğun hərəkət etdiyini qeyd edib.

Daniel Pommier Vinçelli yazısında erməni müəllifin Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonu Ermənistanla ərazi davamlılığını təmin etmək üçün taktiki məqsədə xidmət edən bufer zona adlandırmasına münasibətdə bildirib ki, tarixən erməni mövcudluğu olmayan həmin ərazilərdə hər zaman azərbaycanlılar yaşamış və azərbaycanlılar həmin ərazilərdən 1992-94-cü illərdə ermənilər tərəfindən zorakılıqla qovulmuşlar və onların oradan qovulması XX əsrin etnik təmizlənməsi hesab edilir. Həmin illərdə bir milyona yaxın azərbaycanlının evlərini və əşyalarını itirdiyini qeyd edən Daniel Pommier Vinçelli onların öz evlərinə qayıtmağa haqqının olduğunu vurğulayıb. Yazısında Daniel Pommier Vinçelli erməni müəllifin Azərbaycanı 9 noyabr 2020-ci il tarixli üçtərəfli sazişi pozmaqda ittiham etdiyini lakin elə həmin müəllifin sazişin bəndlərindən biri olan Azərbaycanla Naxçıvan arasındakı dəhlizin tikintisini pisləməsini paradoksal hal kimi qiymətləndirib.

Son olaraq Daniel Pommier Vinçelli erməni müəllifin “cihadistlər, neo-osmanlılar və soyqırım” kimi iddialarına münasibətdə isə bunların hamısının erməni təbliğatının məhsulu olduğunu diqqətə çatdırıb. Azərbaycanlıların müsəlman olduğunu, eyni zamanda bütün müsəlman Şərqində ən dünyəviləşmiş xalqlardan biri olduğunu xatırladan italyan tədqiqatçı Azərbaycanda yüksək səviyyədə dini birgəyaşayışın mövcudluğundan bəhs edib. Bu xüsusda, Daniel Pommier Vinçelli Azərbaycanla cihadçılıq və ya İŞİD arasında əlaqəni düşünməyin belə reallıqdan kənar bir fantaziya olduğunu, ermənilərin neo-osmanlılıq ittihamlarının və ya “soyqırım” üçün üzr istənilməlidir kimi istəklərinin isə xəyalpərəstlik olduğunu deyib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin və italyan tədqiqatçı Daniel Pommier Vinçellinin “Tempi” qəzeti və “İnterris” analitik-xəbər portalında dərc olunmuş yazıları ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür.

https://www.tempi.it/lettera-di-replica-dellambasciatore-mammad-ahmadzada/

https://www.interris.it/glocal-news/conflitto-armenia-azerbaijan-3-punti-chiarezza/



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ