şənbə günü, 14 noyabr 2026
     

Vüqar Rəhimzadə: "Zəfər paradı tarixi Qələbəmizin nidası oldu"

Image


“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz 30 illik işğal dövrünün reallıqlarının, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətinin,  Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin təqdimatı oldu. 30 ildə Azərbaycan ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası tələbini dünyanın ən nüfuzlu təşkilatlarının, o cümlədən  BMT-nin tribunasından səsləndirdi. Amma 30 ilə yaxın dövrdə qəbul olunan qətnamələr  kağız üzərində saralaraq nə zamansa icra olunacağını gözlədi.   

Dövət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu  bəyanatla da  çıxış edirdi ki, qətnamələrin  icrası üçün vahid mexanizm olmalıdır.  Bəzi dövlətlər  üçün bu qətnamələr  bir neçə saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 25 ildən artıqdır ki, gözləyirik. Münaqişənin həllində sülh danışıqlarına üstünlük verən Azərbaycan 30 ilə yaxın dövrdə Ermənistanın danışıqlara sadəcə imitasiya naminə qatıldığını görür və bu gedişlərin sonunu gözləyirdi. Amma işğalçı Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu prosesin  ömürlük olacağını düşünür, hələ  bir qədər də irəli gedərək yeni ərazilər uğrunda müharibə planı hazırlayırdı. Artıq bütün bu proseslər arxada qalıb. Azərbaycan Vətən müharibəsində tarixi Qələbəsi ilə həm işğala, həm Ermənistanın yaratdığı  miflərə, həm də dünyanın bu məsələdə ikili standartlara əsaslanan siyasətinə son qoydu.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.   

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan İkinci  Qarabağ savaşında həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya nümayiş etdirdi: “İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyildi.   Ermənistan xarici ianələrdən asılı olan kasıb ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması heç zaman inandırıcı görünə bilməz. 44 günlük İkinci Qarabağ müharibəsi bu  məqama da işıq saldı. Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının  ümumiləşdirilmiş məbləğini nəzərə alsaq kasıb ölkənin bu qədər vəsaiti haradan aldığı maraq doğurmaya bilməzdi. Ölkə Prezidenti 44 günlük Vətən  müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də bu suala cavab tapmaq istədi. Ermənistanın himayədarları tərəfindən silahlandırıldığı   Azərbaycana  və dünyaya çox yaxşı bəlliddir. Lakin bu  suala cavabı  məhz onların özlərinin dilindən eşitməklə  ikili oyunlara son qoymağın zamanı olduğunu həmin dövlətlərə bir daha çatdırmaq istədik.  Xalqımız əmin idi  ki, yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli  həllini tapacaq, hər sahədə davamlı uğurları ilə  seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.  Ən yüksək tribunalardan səsləndirilən “Bir qarış torpağımız belə düşmənə verilməyəcək”, “Azərbaycan xalqının səbri tükənməz deyil” kimi bəyanatlar  işğalçı Ermənistana və ona dəstək olan dövlətlərə ciddi mesaj kimi ünvanlanırdı.”

“Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq yoxdur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim  hücum əmrini gözləyən Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi.

Vüqar Rəhimzadə qeyd edib ki,  Vətən müharibəsində tarixi Zəfərimiz  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  “Qarabağ Azərbaycandır  və nida işarəsi” bəyanatının, Zəfər paradı isə  tarixi Qələbəmizin nidası oldu.  Ötən ilin bu günü, 10 dekabrda keçirilən   Zəfər paradı Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Paradda Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü  hərbi texnikalarının bir qismi də   nümayiş olundu.

Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığına da  işıq saldı.  Belə ki, müharibə başlandığı ilk gündən Azərbaycanın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da  dövlət başçısı İlham Əliyevin yanında oldu.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında dövlət başçısı İlham Əliyevin  “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür”  fikirlərinin davamı olaraq Türkiyə Prezidenti  Azərbaycanın  Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyinə əminliyini ifadə etməklə yanaşı, onu da  qeyd etmişdir ki,  Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki,  Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın son bir ildə  gördüyü işlərə diqqəti yönəldərək bildirib ki, Azərbaycan dastan yazmaqda davam edir:  “İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışı yaxınlaşır. Dövlət başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına  uyğun olaraq  bütün şəhər və kəndlərimiz  müasir dövrün tələblərinə uyğun bərpa olunur. Bu ərazilərdə  3  Beynəlxalq Hava Limanının  tikilməsi nəzərdə tutulub və artıq onlardan biri - Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Bu tarixi hadisəni də Azərbaycan və Türkiyə Prezidentləri birgə qeyd etdilər. Dövlət başçısı İlham Əliyevin Zəfər yolu kimi dəyərləndirdiyi Füzuli-Şuşa yolu da istifadəyə verildi.  Son bir ildə işğaldan azad edilmiş torpaqlarımızda ən mühüm hadisələrin qeyd olunduğu zamanlarda  Azərbaycan və Türkiyə Prezidentlərinin bir yerdə olması qürurvericidir.15 iyun Milli Qurtuluş Günündə  imzalanaraq dünyaya səs salan Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyinin təqdimatı oldu.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, artıq Azərbaycanın həyatında yeni dövrün-işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin ikinci ilini yaşayırıq:  “2022-ci ilin dövlət büdəsindən ayırmalarda da bərpa və quruculuq işləri əsas yer tutur. Qürurla qeyd edirik ki, tezliklə bu ərazilərimizdə bərpa  işləri başa çatacaq, Azərbaycanın dayanıqlı inkişafı üçün bu torpaqların malik olduqları   resurslardan səmərəli istifadə olunacaq. Son bir ilin mühüm addımları sırasında yer alan  iqtisadi  rayonların yeni bölgüsü ilə bağlı Fərman da dünyaya bir sıra mesajları çatdırdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması  bir daha Dağlıq Qarabağ münaqişəsinin  tarixə qovuşduğunun təsdiqi oldu.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ