şənbə günü, 14 noyabr 2026
     

Yunan Kipri təcavüzkar Ermənistana dəstəyinə görə dünya birliyi tərəfindən sərt ittiham edilməlidir...

Image


Dekabrın 3-də Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən “Azərbaycanın ermənilərə qarşı davamlı təcavüzü və Dağlıq Qarabağdakı mövcud vəziyyət” adlı təxribat xarakterli, əsassız və həqiqətə uyğun olmayan qətnamə qəbul edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Kipr Respublikasının Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş təxribat xarakterli, həqiqətə uyğun olmayan qətnamə ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Kiprli deputatların nəzərinə çatdırmaq istərdik ki, regionda sabitliyi pozmağa yönəlmiş bu cür təxribatlar 30 il ərzində Azərbaycan ərazisinin 20 faizini qeyri-qanuni olaraq işğal altında saxlayan, bütün Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyan, Xocalı soyqırımını törədən və bölgəni yenidən xaos və müharibə vəziyyətinə qaytarmağa çalışan qüvvələrə xidmət edir. Müharibəyə son qoyaraq regionda dinc yaşayışın yeni mərhələsinə şərait yaradan, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən üçtərəfli Bəyanatın imzalanmasından artıq bir il ötür. Hazırda Qarabağın dirçəldilməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması, regionda yeni infrastrukturun qurulması ilə yanaşı, xalqlar arasında etimad tədbirlərinin də gücləndirilməsi üçün böyük səylər göstərilir. Bu gün Azərbaycan bütün səviyyələrdə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıq şəkildə bəyan etdiyi və heç bir şərt olmadan delimitasiya və demarkasiya prosesinə başlamağa hazır olduğu halda buna qarşı çıxan da məhz bu qüvvələrdir.

Təəssüflər olsun ki, Kipr Nümayəndələr Palatasının deputatları bu lüzumsuz qətnaməyə səs verərək, özlərini və parlamentlərini dəyərdən salmış, qisas və müharibəyə can atanlarla eyni səviyyəyə qoymuşlar. Onların regionda sülhün bərqərar olması səylərini dəstəkləmək əvəzinə, sadə insanların dərdindən, iztirabından öz çirkin siyasi oyunlarında istifadə etməyə çalışanların ardınca getmələri təəssüf hissi doğurur. Sülh və əmin-amanlığa məhəl qoymayaraq, bu cür qərəzli, əsassız qətnamənin qəbul edilməsi regiondakı yeni reallığı dəyişdirmir, əksinə, bu cür qətnamələri qəbul edənlərin özlərinə xələl gətirərək, obyektivliklərinə ciddi şübhə yaradır”.

Göründüyü kimi, artıq Milli Məclis Kiprin təxribatçı addımı ilə bağlı bəyanat qəbul edib və Kiprin Nümayəndələr Palatasına etiraz ünvanlayıb. Bu öz yerində. Beynəlxalq birlik də yunan Kiprinin ermənipərəst mövqeyini və Azərbaycana qarşı təxribat kampaniyasını, davranışlarını, əsassız sənəd qəbul etməsini kəskin pisləməlidir. 

Azərbaycan yunan Kiprinə daha nə edə bilər? Onun Azərbaycandan bir iqtisadi  asılılığı varmı? İqtisadi, siyasi münasibətlər baxımından indiki şəraitdə biz hansı təsir mexanizmindən istifadə edə bilərik? Azərbaycan bu bəyanatdan əlavə Kiprə qarşı nə kimi addımlar ata bilər ki, Kipr hansı səhvə yol verdiyini başa düşsün?

  • “...Buna aidiyyəti qurumlar vasitəsilə reaksiya verilməlidir”

Millət vəkili Ceyhun Məmmədov bu barədə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Kiprin Nümayəndələr Palatasının qəbul etdiyi bəyanat təxribatçı xarakter daşıyır. C.Məmmədovun sözlərinə görə, Ermənistan yalnız yunan Kiprində bizə qarşı təbliğat aparmır, başqa ölkələrdə də bu təxribatlarını davam etdirir.

“Biz ümumi prosesə baxdıqda görürük ki, ermənilər ayrı-ayrı ölkələrdə Azərbaycana qarşı çox güclü təbliğat tədbirlərinə başlayıblar. Hazırda dünyanın bütün ölkələrində ermənilətr Azərbaycan əleyhinə çox güclü təbliğat aparırlar. Azərbaycanın “aqressiya”sından, hansı ki, bu  mövcud deyil, Ermənistana qarşı apardığı siyasətdən bəhs olunur. Hesab edirəm ki, biz bu məsələni qəti şəkildə pisləməliyik və rəsmi qaydada buna aidiyyəti qurumlar vasitəsilə reaksiya verilməlidir. Parlament də bu məsələyə öz münasibətini bildirib və hər zaman bildirir. Fikrimcə, bu istiqamətdə biz çox ciddi şəkildə çalışmalıyıq. Bu gün həmin ölkələrdəki ayrı-ayrı qurumlarla, təşkilatlarla, media ilə biz aktv şəkildə fəaliyyətimizi davam etdirməliyik”.

C.Məmmədovun sözlərinə görə, bizim də münasibətimiz, reaksiyamız həm Milli Məclis Səviyyəsində olmalıdır, bununla yanaşı media vasitəsilə olmalıdır. “Oradakı lobbiçilik fəaliyyətimizi gücləndirməliyik. Yəni bu gün baş verənlər, prosesin təhlili onu göstərir ki, ermənilər bu istiqamətdə səylərini davam etdirirlər. Biz də çalışmalıyıq ki, bu fəaliyyəti həm parlament vasitəsilə, həm media müstəvisində, diaspor, lobbiçilik fəaliyyəti istiqamətində davam etdirək, işlər həyata keçirək. Yəni biz bütün gücümüzlə, potensialımızla çalışmalıyıq ki, bu kimi təxribatların qarşısını qəti şəkildə alaq. Birmənalı olaraq da müxtəlif istiqamətlərdə çox sərt və qəti reaksiyamızı bildirməliyik ki, ermənilər bu kimi təxribatlara son qoysunlar.

Bu məsələdə hansısa güclü iqtisadi asılılıqdan söhbət getmir. Bu gün bizim Kiprlə hansısa bir güclü iqtisadi əlaqələrimiz mövcud deyil. Ona görə də biz çalışmalıyıq ki, müxtəlif yollarla öz məqsədlərimizə nail olaq”-deyə C.Məmmədov bildirdi.

Millət vəkili hesab edir ki, təcavüzkar Ermənistana dəstək verən, onun təxribatlarına alət olan dövlətləri, qurumları dünya birliyi də sərt şəkildə qınamalıdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ