şənbə günü, 14 noyabr 2026
     

Lavrov da Ermənistanda antirusiya siyasətindən narazılıq etməyə başladı

Image


Ermənistanda müxtəlif səviyyələrdə, o cümlədən küçə nümayişlərindən tutmuş parlament iclaslarına qədər yerli politoloqların və hökumət dairələrinin nümayəndələrinin dilindən tez-tez Rusiyaya qarşı iddialar səsləndirildiyi faktdır. Bu günlərdə isə Ermənistanın Milli Demokrat Partiyası paytaxt İrəvandakı ABŞ səfirliyi qarşısında Rusiya əleyhinə aksiya keçirərək Amerika prezidentindən dəstək istəyib. ABŞ prezidenti Co Baydenə ünvanlanmış məktubu diplomatik nümayəndəliyə təqdim edən aksiya iştirakçıları minnətdarlıq əlaməti olaraq səfirliyə hədiyyə kimi iki plakat da bağışlayıblar.

Ermənistanın üzləşdiyi problemlər səbəbindən Vudro Vilsonun hökmünün ildönümünü bayramla qeyd edə bilməməkdən təəssüfləndiklərini deyən etirazçılar ABŞ-dan daha ​​fəal dəstək istəyib, Moskva və onun yerli “kuklalarından” şikayətləniblər. Erməni iqtidarı isə “Bizim xilasımız Amerika və birləşmiş Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar!”, “Ruslar burnundan uzağı görə bilmir, Amerika isə 100 il əvvəli proqramlaşdırır!”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər!”, “Bolşeviklər gəldi, ölkəmizi tutdular, dövlətçiliyimizdən məhrum etdilər!” kimi rusofob şüarlar səsləndirənlərə qarşı heç bir tədbir görməyib.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Aleksandr Petrov bu günlərdə adı çəkilməyən qəzetin əməkdaşı ilə şəxsi söhbət əsnasında şikayət edib ki, Ermənistanın eks-müdafiə naziri Karapetyanla görüşəndən 4 gün sonra onu işdən qovublar: “Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb proseslər gedir, heç nə başa düşmürəm. Biz Ermənistanın təhlükəsizliyini təmin etmək üçün böyük bazayıq, amma bizdən uzaqlaşırlar və bizimlə əlaqə qurmaq istəmirlər. Yaxşı, dialoqdan yayınırsınız, öz işinizdir. Buna baxmayaraq, Ermənistana dəstək əlaməti olaraq bu günlərdə İrəvan səmasında aviaşou təşkil etdik, xüsusi olaraq müdafiə naziri Suren Papikyanı dəvət etdik, amma o gəlmədi və hətta idarəsindən adam da göndərmədi. Bu nədir, müttəfiqlərimiz bizə nəyi anlatmağa çalışırlar?” Bu günlərdə isə erməni spiker Alen Simonyan daha sərt mövqe sərgiləmişdi. O, “erməni cəmiyyətində olan təsəvvürlərə görə” Qarabağı Rusiyanın satması barədə bunları demişdi: “Əgər Ermənistanda kimsə nəyisə satmaq istəsəydi, bir çox variantlar vardı, o cümlədən “Lavrov planı” da”. Bu sözlərlə Simonyan dolayısı ilə “Lavrov planı”nın Qarabağı satmaq olduğuna diqqət çəkmişdi.

Məsələyə dərhal Rusiya Xarici İşlər Nazirliyi sərt reaksiya vermişdi: “Reallaşmayan və təxəyyül məhsulu olan nəyisə şərh etmək çətindir. “Lavrov planı” da belə təxəyyülün məhsuludur”. Rusiya XİN-dən qeyd edilmişdi ki, o vaxt Qarabağın satılması və ya verilməsindən deyil, konfliktin mərhələli həllindən söhbət gedirdi. Baş verənlərə Rusiya XİN başçısı Sergey Lavrov da münasibət açıqlayıb: “Biz Ermənistandakı situasiyanın ağırlığını başa düşürük, asan deyil, ancaq Rusiyanın rolu ilə bağlı spekulyasiya etmək düzgün deyil. Azərbaycanda da onları dayandırdığımıza görə narazılıq var, Ermənistanda isə, parlament spikeri də daxil olmaqla, Rusiyanı Qarabağı satmaqda ittiham edirlər. Biz Ermənistana sorğu vermişik ki, bütün bunlar nə deməkdir. Başa düşürük, Ermənistanda situasiya çox ağırdır, heç də asan deyil, ancaq Rusiyanın rolu barədə spekulyasiya doğru deyil. Ona görə də həmsədrlər humanitar təşkilatların, YUNESKO-nun gəlişinə istiqamətlənməlidirlər ki, mədəni sərvətlər onların nəzarətinə keçsin. Elə şeylər var ki, ola bilsin, küçə mitinqlərində alqışlara səbəb olmur, qəzetlərin manşetinə daşınmır, telekanalların baş xəbərinə çevrilmir, ancaq insanları sakitləşdirir, öz evində qonşu icmalarla normal yaşamasına səbəb olur”. Tanınmış rusiyalı politoloq Oleq Kuznetsov isə baş verənləri təsadüf hesab etmir: “Ermənistanda rusofobiyanın artması hazırkı erməni cəmiyyətinin son 30 il ərzində Azərbaycan torpaqlarında mövcud olmuş işğalçı rejimə zəmanət kimi Rusiyaya qarşı bəslədiyi xülyaların iflasa uğraması ilə bağlıdır. Ermənistanın xarici siyasət və müdafiə doktrinaları əsasən Rusiyanın Ermənistan uğrunda savaşacağı ümidləri üzərində qurulub. Ermənistanda güman edirdilər ki, Azərbaycan işğal altındakı əraziləri azad etməyə başlayandan dərhal sonra Rusiya qoşunlarını Qarabağa yeridəcək və Ermənistan ordusu 1992-ci ildə olduğu kimi Rusiya hərbçilərinin arxasında gizlənəcək. Ermənistanın səsləndirdiyi “yeni müharibə – yeni ərazilər” prinsipi də məhz buna əsaslanırdı. Ermənistan tərəfi Rusiya hərbçilərinin Ermənistanın öz sərhədlərini Gəncəyə qədər genişləndirəcək zərbə gücünə çevriləcəyinə ümid bəsləyirdi. Uzun illər Ermənistan hakimiyyəti öz əhalisi arasında bu cür təbliğat aparıb, illüziyalar dağılandan sonra erməni cəmiyyəti özünü aldadılmış kimi hiss etdi.

Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi 30 il ərzində Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə rəsmi olaraq İrəvana işğalın nəticələrinin Rusiya tərəfindən tanınmayacağını və işğalçı rejimin daim davam edə bilməyəcəyini bəyan edib. Mənim fikrimcə, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsinin artması məyusluq və ümidlərin iflasa uğramasından irəli gəlir. Bir məqamı da qeyd etmək lazımdır. 2000-ci ildən Ermənistanda milli ideologiya səviyyəsinə yüksəldilmiş və ölkədə hakimiyyəti ələ keçirən “Qarabağ klanı” – Sarkisyan və Köçəryan rejimi tərəfindən erməni xalqının beyninə yeridilən nasizmin qəhrəmanlaşdırılması siyasəti ilə Rusiya heç zaman barışmayıb. Bu klan Ermənistan iqtisadiyyatını Qarabağda işğalçı rejimin maraqlarına tabe etmişdi. Ona görə də Qarabağın Ermənistan üçün itirilməsi bütün milli illüziyaların itirilməsinə bərabər idi. Təbii ki, ermənilər, həmişə olduğu kimi, özlərində heç bir günah görmədilər və yaranmış vəziyyətə görə Rusiyanı günahlandırdılar. Bu cür tendensiyalar Qərbdə erməni diasporunun maliyyə imkanları hesabına və düşmən ölkələrin hərbi kəşfiyyatları hesabına xeyli dərəcədə dəstəklənirdi. Məhz buna görə də biz hazırda Ermənistanda rusofobiyanın artdığını müşahidə edirik”. Ekspert AzərTAc-a müsahibəsində Ermənistan üçün Qarabağın ağır yük olduğunu da diqqətə çatdırıb: “Bu yaxınlarda Ermənistanda keçirilən sosioloji tədqiqatların nəticələri göstərir ki, bu ölkə sakinlərinin 80 faizi revanşizm ideyalarına mənfi yanaşır. Qarabağ erməniləri ilə heç bir əlaqəsi olmayan Ermənistan əhalisinin əsas hissəsi Qarabağı Ermənistan üçün ballast hesab edir. Bu elektorat baş nazir Paşinyanı dəstəkləyir. Ermənistanda keçirilmiş son parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın partiyası parlamentdə səslərin üçdəiki hissəsini qazanıb. Bəzən mənə elə gəlir ki, Paşinyan Qarabağdan canını qurtarmaq üçün cəbhədəki diversiyaları qəsdən törədib... Bununla da o, Ermənistan üçün ballast olan Qarabağdan canını qurtardı və ölkədə “Qarabağ klanı”nın yox edilməsi üçün ideoloji və siyasi rıçaqlar əldə etdi. Bu klan 20 il ərzində – faktiki olaraq 2000-ci ildən 2020-ci ilədək ölkədə hakimiyyəti ələ keçirmişdi və Ermənistan iqtisadiyyatını öz maraqları naminə istismar edirdi. Odur ki, Ermənistan əhalisinin əsas hissəsi müharibədə məğlubiyyətə uğrayan Paşinyandan daha çox “Qarabağ klanı”na nifrət bəsləyir”. Bu şəraitdə belə hesab olunur ki, Ermənistanın Rusiyaya qarşı çıxması halında bu ölkəni daha böyük problemlər gözləyir.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ