Dekabrın 10-da Moskvada Cənubi Qafqazda “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”, - deyə XİN-in Twitter hesabında bildirilib.
İclasda Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və İranı xarici işlər nazirlərinin müavinləri təmsil edəcək.