şənbə günü, 14 noyabr 2026
     

ABŞ Rusiyanı razı sala bilmədi, Kreml Ukraynanı yeni hərb meydanına çevirir…

Image


ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar, əvvəlcədən gözlənildiyi kimi, Ukrayna probleminin çözümündə hər hansı ciddi rol oynamadı. Bu haqda danışmazdan öncə qeyd edək ki, prezidentlərin videokonfrans formatında baş tutan görüşü Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı bir vaxtda keçirilib.

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə Birləşmiş Ştatların Rusiyanın Ukrayna yaxınlığında qoşun cəmləşdirməsindən dərin narahatlıqlarını bildirib və deyib ki, əgər hərbi eskalasiya baş verərsə, Vaşinqton və onun müttəfiqləri buna çox güclü iqtisadi sanksiyalar və başqa tədbirlərlə cavab verəcəklər. Kremlin açıqladığı bəyanata görə, Putin Baydenlə söhbətini açıq və işgüzar adlandırıb. Kreml əlavə edib ki, Putin Baydenə Ukrayna ilə hazırkı gərginliyə görə Rusiyanın ittiham edilməsinin düzgün olmadığını, əksinə, NATO-nun Ukrayna ərazisini fəth etmək üçün qorxulu cəhdlər etdiyini deyib. Vaşinqton Rusiyanı Ukraynaya mümkün hərbi müdaxilədən çəkindirməyə çalışır, Kreml isə Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyinə dair qarantiya tələb edir. Putin dəfələrlə bəyan edib ki, NATO-nun Şərqə doğru genişlənməsi və ya Ukrayna ərazisində hücum raketlərinin yerləşdirməsi Moskva üçün qırmızı xətdir. Buna cavab olaraq Bayden bildirib ki, heç kimin qırmızı xətlərini qəbul etmək niyyətində deyil.

Dövlət başçılarının görüşündən sonra ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, Rusiya Ukraynaya qarşı Uralın qərbindəki bütün quru qoşunlarını hərəkətə keçirməyə hazırdır: “Rusiyanın hərbi və kəşfiyyat xidmətləri, əmr verilərsə, potensial olaraq 2022-ci ilin əvvəlində Ukraynaya qarşı qəti addımlar atmaq potensialını göstərməyə davam edəcək. Yerləşdirilməsi nəzərdə tutulan qüvvələr tam səfərbər olarsa, keçən yaz gördüyümüzdən iki dəfə çox olacaq - o cümlədən 100-ə yaxın tabor batalyon və ya Uralın qərbində yerləşən döyüşə hazır bütün quru qoşunları". Qoşunların cəmləşdirilməsinin davam etdiyi bir vaxtda Ukraynanın müdafiə naziri Aleksey Reznikov ABŞ, Böyük Britaniya və Kanadanı Rusiyanın təcavüzünün qarşısını almaq üçün ölkəsinə hərbi qüvvə göndərməyə çağırıb. Nazir bu haqda “The Globe and Mail” nəşrinə müsahibəsində danışıb və bildirib ki, Kremli hərbi müdaxilədən çəkindirmək üçün addımları indi atmaq lazımdır. Çünki sonra çox gec olacaq. Müdafiə nazirinin sözlərinə görə, Ukraynaya Qərb müttəfiqlərindən zenit raketlərinin, müasir döyüş təyyarələrinin və hərbi gəmilərin, radioelektron mübarizə sistemlərinin çatışmaması problemini aradan qaldırmaq üçün  çevik cavab lazımdır. Belə bir vaxtda o da bəlli olub ki, Rusiya Ukrayna sərhədlərinə tərəf UR-77 məsafədən minatəmizləyən qurğuları göndərib. UR-77 qurğuları cəbhə xəttinin yarılması zamanı minalanmış ərazilərdən keçid açmaq üçün tətbiq edilir. Bildirilir ki, qurğular Ukraynanın bu yaxınlarda minaladığı sərhəd əraziləri istiqamətində hərəkət edib. UR-77 eni 6 metr, uzunluğu 90 metr olan keçid aça bilir və bu da bir neçə yüz hərbi texnikanın cəbhə xəttini yara bilməsi üçün kifayətdir. Bundan əlavə, qurğu piyadalar əleyhinə minalanmış sahələrdən də eni 14 metrə qədər olan keçid aça bilir. Ukrayna ordu komandanlığı bu qurğuların sərhədə cəmləşdirilməsini Rusiyanın hücuma hazırlaşdığına dəlalət edən daha bir ciddi fakt kimi qəbul edib. ABŞ kəşfiyyatının məlumatlarına əsasən isə, Rusiyanın planı 4 istiqamətdən 175 minlik qüvvə ilə Ukrayna ərazisinə hücuma keçmək, Kiyevə qədər irəliləmək və orada özünün marionet hökumətini qurmaqdır. Sosial şəbəkələrdə yayılan digər görüntülərə əsasən, Rusiya ordusunun nəhəng hərbi texnika kolonu Krım istiqamətindən Ukrayna ərazilərinə doğru hərəkət edib. Zirehli texnikanın üzərindəki nömrələrə əsasən sosial şəbəkə istifadəçiləri onların Rusiya Silahlı Qüvvələrinin 126-cı əlahiddə sahil mühafizə briqadasına aid olduğunu müəyyən edib. Bildirilir ki, hərbi texnika kolonu Sevastopol-Cankoy şossesi ilə Ukrayna sərhədi istiqamətində hərəkət edib.

İndilikdə Rusiyanı dayandırmaq üçün Qərb daha çox sanksiyalardan istifadəyə can atır. Belə ki, ABŞ və Avropa İttifaqı Rusiyanın ən böyük banklarına və Rusiyanın Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları nəzərdən keçirir. Məlumata görə, məhdudiyyətlər Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə tətbiq olunacaq. Xüsusilə bu sanksiyalarla rublun dollara, avroya və ya funt-sterlinqə çevrilməsini əngəlləmək mümkündür. Ən böyük sanksiya isə Rusiyanın SWİFT beynəlxalq ödəniş sistemindən çıxarılması ola bilər, lakin agentlik bu addımın sadə vətəndaşlara da ziyan vura biləcəyini bildirib. Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen də Rusiya Ukraynaya qarşı təcavüzkar addımlar atacağı təqdirdə sərt sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. Bu barədə Leyen Aİ Səfirləri Konfransına göndərdiyi videomüraciətdə bildirib: “Avropa İttifaqının Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyi var. Avropa İttifaqı: özünə və qonşularına, eləcə də Ukraynaya qarşı təcavüzə, o cümlədən beynəlxalq hüququn pozulmasına və ya hər hansı zərərli hərəkətə layiqli cavab verəcək. Bu, mövcud sanksiyaların güclü şəkildə artırılması və genişləndirilməsi şəklində olacaq. Biz də əlavə məhdudlaşdırıcı tədbirləri qəbul etməyə hazırıq".

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ