şənbə günü, 14 noyabr 2026
     

"Dəhliz ultimatumu", Paşinyanın XİN "şıllaq atsa da" "tarix versinlər" sözü zarafat deyil… - Aydın QULİYEV yazır…

Image


Azərbaycan - Ermənistan münasibətləri kontekstində yaranmış vəziyyətə möhkəm dəyişdirici təsir göstərmək gücündə olan növbəti faktı da gördük. Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı kompromissiz, birmənalı və biristiqamətli bəyanat səsləndirdi.

Bəyanatın məzmunu budur ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı tarix verməlidir, yəni dəhlizin nə vaxt açılacağı barədə konkret mövqe bildirməlidir. Əks halda Prezident şəraitə uyğun təsirli addımların atılacağını da açıq dedi. Elə bir tonda deyildi ki, həmin addımların atılacağına Ermənistanda hər hansı bir şübhə olmayacaq. Hətta mümkündür ki, Ermənistan rəhbərliyi "Azərbaycan bizi yenidən güc tətbiqi ilə hədələməyə başlayıb" kimi isteriyanın yeni dalğasına təkan verəcək. Hay-küy salacaq ki, Azərbaycan Prezidentini öz bəyanatının arxasınca gərəkli addımları ortaya qoymaqdan çəkindirsin, dünyanı inandırsın ki, Ermənistan Azərbaycanın guya hələ də təcavüzünə məruz qalmaqda davam edir. Doğrudan da Ermənistanın isteriyasını görmək üçün çox da gözləməli olmadıq. XİN-i bəyanat yayaraq özünü təmizə çıxarmağa çalışdı, onun tək bu reaksiyası qəti təsdiqlədi ki, Ermənistanın indiyə qədərki çabalarının əsas məqsədlərindən biri məhz Zəngəzur dəhlizinin açılmasına imkan verməmək olub. 10 noyabr, 11 yanvar və 26 noyabr sənədlərinin bütün müddəalarını pozan özüdür, Azərbaycanı ittiham edir.

Ermənistanın dərin isteriyasının birinci səbəbi Əliyevin "tarix göstərin" çağırışının yetərincə qətiyyətli səslənməsidir. Ermənistana əl yeri qoymadı. İkinci səbəb, Ermənistanın təklənməsidir. Əliyev bu xəbərdarlığın da zamanını yaxşı seçdi. Az əvvəl Ermənistanın sağa-sola burcutmaq şanslarını kəsən Soçi sənədi imzalandı. Putin "dəhlizlər açılmalıdır" dedi, "həm də tək avtomobil yox, dəmiryolları açılsın"ı da əlavə etdi. Paşinyan öz qulaqları ilə bunları duydu və eşitdi. İndi Ermənistan XİN deyir ki "dəhliz" sözü yoxdur. Paşinyanın ağzına baxan kimdir? Çox ümid etdiyi Brüssel görüşündən əvvəl Soçi görüşünü təşkil edən oğlanlar onun "çənəsini çəkdilər", daha nəfəsi alınmış durumdadır .

Paşinyanı titrətməyə salan başqa amillər də var. O da yaxşı başa düşür ki, Zəngəzur dəhlizi tək Azərbaycanın deyil, təklikdə heç Rusiyanın da deyil, Zəngəzur artıq beynəlxalq məsələdir. Hansı dövlət, siyasi güc ona mane olmağa çalışsa, dərhal beynəlxalq təpkiyə hədəf olacaq.

Paşinyanın yuxusunu qaçıran daha bir amil Əliyevin "tarix verin" məsələsində də dediyinin üstündə sonadək durmasıdır. Artıq nümunələr var. Düz bir il əvvəl Paşinyan onun-bunun əl-ayağına düşərək "Azərbaycanı durdurun" deyəndə Əliyevdən sadə və zabitəli bir cavab eşitdi - tarix verin, Ağdam, Kəlbəcər və Laçından dincliklə çıxacağınız günü göstərin, qrafik verin. Onu başa saldılar ki, qrafik verməsə Azərbaycan ordusu Ermənistanın ortasından Naxçıvana dəhliz açacaq. Paşinyan bu gün çox emosional formada biruzə verdiyi "dəhliz xofunu" bəlkə də ilk dəfə məhz o zaman yaşadı. Xofdan çıxa bilmədiyi görünür.

Azərbaycan Kəlbəcər, Laçın və Ağdamdan dinc çıxış qrafikini istədiyi o dövr prinsipial fərqli idi. Tək bunu deyək - o zaman Ermənistanı nəyəsə təhkim edən hələ heç bir sənəd ortada yox idi, vəziyyət heç də sona qədər aydın deyildi. İndi aydın olmayan şey yoxdur, erməni işğalında torpaq qalmayıb, tək sülhməramlıların məsuliyyət zonası qalıb, orada isə istəsələr də at oynada bilməzlər, Minsk Qrupu "intihar edib", həmsədrlik çərçivəsi qətlə yetirilib, status ölüb. Necə deyərlər, qatar gedib. Üstəlik ortada Ermənistanı divara dirəyən üç imzalanmış sənəd var, hər üçü də "Zəngəzur dəhlizinə mane olanların anası ağlar qalacaq" deyə qılınc silkələyir. Bu qədər reallıqların qabağında Paşinyanın XİN-inin kimə arxayın olaraq dəhlizə "şıllaq" atmasını başa düşmək bir az qəlizləşir. Ancaq qəlizlik Ermənistanın dövlət siyasətini ideologiyalaşdıranların başında və düşüncəsindədir.

Bax Ermənistanla həmişə belə lazımdır. Qoy baş sındırsınlar ki, Azərbaycanın dəhlizi güclə açmasının qarşısını necə alsınlar.

Ancaq həqiqətən güc tətbiqi real ola bilər. Prezident "Dəhliz ultimatumunu" yetərincə sərt və birmənalı verib...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ