şənbə günü, 14 noyabr 2026
     

“YAŞAT” Fondunun birillik fəaliyyəti xalqımızın xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərinə sadiqliyinin təsdiqidir

Image


Azərbaycan 30 ilin işğalına 44 gündə son qoydu. Bu, böyük şücaətin, qəhrəmanlığın, ən əsası düşünülmüş siyasətin, torpaq, Vətən sevgisinin nəticəsidir. Artıq Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur. 30 il  dünyaya bəyan edilən Qarabağ həqiqətlərinin fonunda formalaşan möhkəm hüquqi baza Azərbaycanın döyüş meydanında da üstünlük qazanmasını şərtləndirdi. İşğalçı Ermənistan və ona havadarlıq edənlər ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu  qəbul etməli oldular. Azərbaycan yeni reallıqlar yaratdı, diktə edən tərəf kimi hər kəsdən bu reallıqlarla barışmağı tələb edir. Azərbaycanın ərazi bütövlüyünün bərpasının təqdimatı olan 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları olan  şəhidlərimizin ruhu qarşısında baş əyir,  qazilərimizə Allahdan şəfa diləyirik.

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi,  işğal altında olan  ərazilərimizin  azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərdilər. Ölkəmizdə hərbi qulluqçuların,  şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmış, onlar  hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması da ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Artıq Fondun fəaliyyətinin  bir ili tamam olur.

Bəzi mühüm məqamlara diqqət yetirək. Ötən ilin 8 noyabr tarixində Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hansı məkandan xalqımıza çatdırdı? Təbii ki,  Şəhidlər xiyabanından. Bu, müharibənin qəhrəmanı olan şəhidlərimizin ruhuna böyük hörmət idi. 44 günlük müharibə Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdıqdan  sonra dövlət başçısı İlham Əliyevin  və birinci xanım Mehriban Əliyevanın  ilk görüşünə gəldikləri kimlər oldu? 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilər. Bu görüşdə  Müzəffər Ali Baş Komandan “Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq” söyləyərək bildirmişdir ki, ona görə bu gün, müharibə başa çatandan dərhal sonra  sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: “Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.” Möhtərəm Prezidentimiz dəfələrlə bu məqamı qeyd etmişdir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.

Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrinin birində ölkə Prezidenti İlham Əliyevin “Müharibə hələ davam edir. Cənab Prezident, Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabını da  yada salmaq istərdik. “Ən çox kədərləndirən bizim itkilərimizdir” söyləyən dövlət başçısı bildirmişdir ki,  gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu,  xalqımız üçün, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır: “Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir, ikinci Ağdama, Füzuliyə çevirmək istəyir… İnsanlar yaşayır. Yəni, bu erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir. Bir də ki, fikri gedir 1990-cı illərə ki, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk edirdilər, qaçqın və məcburi köçkünə çevrilirdilər. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!” Bax, məni ən çox sevindirən budur. Eyni zamanda, bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox sevindirən, bax, bunlardır.”

Şəhidlərimiz qanı ilə, döyüşçülərimiz sağlamlıqlarını itirərək, eyni zamanda, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi sayəsində  tariximizə Zəfər səhifəsi yazıldı.  Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  8 noyabr tarixinin  Zəfər Günü, 27 sentyabrın  Anım Günü kimi təsis olunması da bütün bu məqamları özündə ehtiva edir. Şəhidlərimizin, qazilərimizin götərdikləri qəhrəmanlıq, Vətən, torpaq sevgisi gənclərimiz üçün bir nümunə, məktəbdir. Azərbaycan xalqı bu Zəfəri ilə bir daha yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Bir daha sübut olundu ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.  

Şəhid ailələrinə, hərbçilərimizə diqqət və qayğı daim dövlət siyasətinin əsasını təşkil edir. Onların sosial problemlərinin həlli hər zaman dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Qələbənin əbədiləşdirilməsinə xidmət edən addımlarına diqqət yetirək. Vətən müharibəsində Qələbə münasibətilə  “Zəfər” və “Qarabağ” ordenləri,  həmçinin 15 yeni medal təsis olunub. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən  diqqətin təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə  töhfə vermis Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə  fədakarlıq göstərmiş  əməkdaşları və mülki  işçiləri orden və medallarla təltif edilib və bu proses hazırda da  davam edir.

Prezident İlham Əliyevin tarixi Qələbəmizdən sonra imzaladığı Fərman və Sərəncamların say tərkibinə və mahiyyətinə diqqət yetirəndə bir daha aydın olur ki, atılan addımlarda əsas məqsədlərdən biri şəhidlərimizin, döyüşçülərimizin vətənpərvərliyini unutmamaq, onların göstərdikləri şücaətdən qürurlanmaq, keçdiyi həyat yolunu  hər bir gəncin özü üçün vətənpərvərlik məktəbi kimi dəyərləndirməsinə nail olmaqdır. “Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.

Əvvəldə də qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycanın  ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) yaradılıb. Dövlət hər bir vətəndaşının yanındadır. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası yolunda canından keçən şəhidlərimizin ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsasında dayanır. Dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşı, dövlət və özəl qurumlar  bu kateqoriyadan olan insanlara, qazilərimizə diqqət və qayğı ilə yanaşmağa, onlara dəstək olmağa borcludurlar. Xalqımızın 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi  birliyi istər şəhid ailələrinə, qazilərimizə diqqət və  qayğıda, istərsə də soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün işğaldan azad edilmiş ərazilərimizin bərpa və quruculuq işlərində görürük.  Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. “YAŞAT” Fondunun yaradılmasında da məqsəd qeyd etdiyimiz kimi, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Şəhidlərimizin  xatirəsi bizim üçün hər zaman əzizdir, onların həyat yolu vətənpərvərlik məktəbidir. Ulu öndər Heydər Əliyevin   “Gənclərimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur. Belə fədakarlıq, şücaət göstərib Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhidlərimizin  ailələrinə təmənnasız dəstək göstərmək hər birimizin borcudur.

“YAŞAT” Fondunun yaradılmasından ötən bir ildə görülən tədbirlərə və əldə edilən nəticələrə  statistik rəqəmlər əsasında  diqqət yetirməklə bir daha birliyimizin, həmrəyliyimizin, xalqımızın xeyirxahlıq və könüllülük prinsipinə sadiqliyinin şahidi olarıq. 2 dekabr 2021-ci il tarixinədək Fondun hesabına 64 773 763.77 AZN vəsait mədaxil olub. Ölkə ərazisində 2 916 şəhidin ailə üzvləri, habelə 4 946 yaralı olmaqla ümumilikdə 16 348 şəxslə  görüşərək  ehtiyacları qeydə alınıb və 10 781 şəxsin 15 644 müraciəti icra olunub. Məişət şəraitinin yaxşılaşdırılması  üzrə  ümumilikdə 8 403 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1000 manat  məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 manat  məbləğində depozit hesabı açılıb. Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 137 və yaralıların 20 müraciəti olmaqla ümumilikdə 157 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 222 822 manat vəsait qarşılanıb. 2 dekabr  2021-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi,  XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi, Dünya məktəbi və “Dərs evi” tədris mərkəzi arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədilə niyyət protokolu imzalanıb. 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycanın  ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 manat  təsis edilib.

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 2 988 və yaralıların 2 473 müraciəti olmaqla ümumilikdə 5 461 müraciət təmin edilib. Ümumilikdə 150 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 117-si ölkəyə geri qayıdıb. Hazırda 33 ağır yaralının müalicəsi Türkiyədə  davam edir. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.  Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən  “RGO” ortopedik cihazları ölkəmizə gətirilib.

Təbii ki, qeyd etdiklərimiz  görülən işlərin yalnız az bir hissəsidir. Bu rəqəmlər “YAŞAT” Fondunun fəaliyyətinə işıq salmaqla yanaşı, vətəndaşlarımızın təmənnasız, könüllü dəstəyinin, şəhid ailələrinə,  qazilərmizə diqqət və qayğılarının aydın mənzərəsini yaradır. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyub, milli qürurumuzu, kimliyimizi özümüzə qaytaran, işğaldan azad edilən ərazilərimizdə  üçrəngli bayrağımızın dalğalanmasını, torpaqlarımızın öz sahibinə qayıtmasını təmin edən, öz qanları, canları ilə tarix yazan  şəhidlərimizin ailələrini, qazilərimizi yaşatmaq üçün “YAŞAT” Fonduna dəstək olaq.  Belə təşəbbüslər bizi daha da birləşdirir, həmrəy edir.

Vüqar RƏHİMZADƏ
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ