şənbə günü, 14 noyabr 2026
     

Ermənistan sərhəd məsələsində israr etdikcə batır – çar Rusiyasınıın ortaya çıxan yeni xəritəsində bu ölkə yerli-dibli yoxdur!..

Image


Bu günlərdə “Vmedia” “YouTube” kanalında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin İrəvanda niyə çaxnaşma yaratdığına və baş nazir Nikol Paşinyanın Sovet dövründəki sərhədlərin “millimetrədək dəqiqliklə” haradan keçdiyini heç bir vəchlə göstərə bilməyəcəyinə aydınlıq gətirən yeni video yerləşdirilib. Xatırladaq ki, noyabrın 23-də Paşinyan “Facebook”da birbaşa efir zamanı bu barədə bəyan edib.

İndi isə “Vmedia”nın  “Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasından niyə qorxur?” adlı yeni filmində qeyd olunur ki, Sovet dövründə müttəfiq respublikaların sərhədləri yerlərdə göstərilməyib və Ermənistan bundan sui-istifadə edərək məqsədyönlü şəkildə kəndlərini, əkin və otlaqlarını Azərbaycan ərazisinə tərəf irəli çəkib: “Sovet dövründə bu cür hallar Qazaxdan tutmuş Zəngilanadək bütün sərhəd boyu baş verib. Bu proses son 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması fonunda daha da sürətlənib. Və indi, delimitasiya prosesi start götürərkən, qanunsuz əldə etdikləri bütün əraziləri Azərbaycana geri qaytarmalı olacaqlar! Cənubi Qafqazda ərazilərin hədiyyə verildiyi dövr həmişəlik bitdi”. Bu arada isə çar Rusiyasının Cənubi Qafqazda 1809-1817-ci illəri əhatə edən hərbi fəaliyyətini və Gülüstan müqaviləsi və Buxarest sülhü ilə müəyyənləşən sərhədləri əks etdirən xəritə də sosial şəbəkələrdə paylaşılıb. Millət vəkili Elnur Allahverdiyev fotonu “Diqqət: Ermənistanı tapın. Rusiya imperiyasının xəritəsi - 1809-1817” sözləri ilə yayıb. Qeyd edək ki, xəritədə nəinki Ermənistan, ermənilərin regionda yaşadığını əks etdirən hansısa məkan adı belə yoxdur. Xəritədə Azərbaycan xanlıqları və bu xanlıqların ərazisində bütünlüklə azərbaycanlılara məxsus olan və azərbaycanlıların yaşadığı yaşayış məskənləri qeyd edilib.

Xəritələrlə bağlı daha bir maraqlı məqam, heç şübhəsiz, cari ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyasının Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahındakı xəritələr əsasında aparılmalı olduğunu bildirməsi oldu. Qeyd edək ki, Rusiya arxivlərində Azərbaycanla bağlı xəritələr, eləcə də keçmiş Sovet respublikalarının inzibati ərazi bölgüsünə dair arxiv sənədləri əsasən Rusiya Dövlət Kitabxanasının Kartoqrafiya bölməsində, eləcə də Rusiya İctimai Tarix Kitabxanasının arxivində saxlanılır. Bu arxivlərdəki xəritələr Rusiya Silahlı Qüvvələrin Baş Qərargahında saxlanılan hərbi xəritələrin əsasında hazırlanıb. Ötən əsrin 20-ci illərindən 1985-ci ilə qədər müxtəlif dövrlərdə tərtib olunan bu xəritələrdə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri dəqiq göstərilib. Bundan əlavə, Azərbaycana aid xəritələrin yerləşdiyi əsas arxiv Lenin adına Rusiya Dövlət Kitabxanasının “Paşkov Evi”ndə yerləşən kartoqrafiya bölməsidir. Burada Azərbaycana aid 9 ədəd xəritə mövcuddur. Həmin xəritələrdən ən qədimi 1925-ci ildə çap olunan Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının siyasi xəritəsidir. Bu xəritədə Azərbaycanın qonşu Ermənistan və Gürcüstanla sərhədləri, o cümlədən 15 mahalı, bir muxtar vilayəti və muxtar respublikası qeyd olunub. 1925-ci ildə çap olunmasına baxmayaraq, həmin xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi ermənilərin sonradan adlandırdığı kimi Stepanakert deyil, qədim adı olan Xankəndi şəhəri kimi göstərilib. Bu arxivdə olan digər xəritələr isə Yermakovun 1928-ci və 1931-ci illərdə tərtib etdiyi “Qafqaz” adlı xəritələri, 1936-cı ildə çap olunan, ağ kağız üzərində qara rəngli ştrixlərlə cızılan və sərhədlərin qeyd olunduğu “Z.S.F.S.R” xəritəsi, 1938-ci ildə Ümumrusiya Geoloji Fondu tərəfindən nəşr olunan xəritə, 1975, 80, 84 və 85-ci illərdə nəşr olunan SSRİ Nazirlər Sovetinin Geodeziya və Kartoqrafiya Baş İdarəsinin xəritələridir. Rusiyalı tarixçi, siyasi ekspert Oleq Kuznetsov APA-ya açıqlamasında bildirib ki, Rusiya arxivlərindəki xəritələr Azərbaycan və Ermənistan ərazilərinə münasibətdə SSRİ-nin dövlət siyasətinin necə inkişaf etdiyinin göstəricisidir: “SSRİ 1924-cü ildə yaranan zaman onun tərkibində hələ az dövlət vardı. Bunlar Rusiya, Belarus, Ukrayna və Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası idi. Zaqafqaziya Federasiyası Sovetlər İttifaqını təsis edən tam hüquqlu subyektlərdən biri olub. Buna müvafiq olaraq, öz ərazi bütövlüyünü göstərmək üçün Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası dövlətlərinin inzibati ərazi bölgüsünün əks olunduğu xəritənin tərtib olunmasına ehtiyac yaranıb. 1925-ci ilin Zaqafqaziya Siyasi Xəritəsi də bunun nəticəsində yaranıb. Məhz 1924-cü ildə müxtəlif yaşayış məntəqələrinin Zaqafqaziya Federasiyasının inzibati ərazi vahidlərinə aid edilməsi baş verdi. Daha sonra isə yaşayış məntəqələri mahallar arasında bölündü. İnzibati sərhədləri təyin edən topoqrafik komissiyalar yaradıldı. Arxivdə olan 1925-ci ilin xəritəsi və eyni zamanda həmin dövrə aid kartoqrafik arxiv sənədləri toplusu və onların yazılı izahları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının dövlət suverenliyinin formalaşmasının həmin dövrdə təqlididir. Ona görə də, hesab edirəm ki, 1925-ci ilin xəritəsi və Cənubi Qafqazda sərhədləri müəyyən edən yeganə sənəd olan və beynəlxalq hüquq tərəfindən tanınan 1921-ci ildə imzalanmış Qars müqaviləsi Azərbaycanla Ermənistan arasında hazırda dövlət sərhədinin delimitasiyası üçün başlanğıc nöqtəsi ola bilər”. Təkcə xəritələr deyil, Rusiya arxivlərindəki sənədlərdə Ermənistan ərazisində olan yer adlarının, toponimlərin sonradan necə erməniləşdirildiyinə, ermənilərin özününki hesab etdiyi dini abidələrin əslində alban dini abidələri olduğuna dair çoxsaylı faktlara rast gəlinir. Oleq Kuznetsov Cənubi Qafqaz dövlətlərinin sərhəd məsələsinin beynəlxalq hüquq səviyyəsində yeganə həllinin Qars müqaviləsinin əlavələrinə müvafiq olaraq müəyyən edildiyini bildirib: “Məhz bu məlum hüquqi sənədə söykənərək sərhədlər haqqında danışmaq olar. İnzibati ərazi bölgüsünə dair sənədlərin isə beynəlxalq hüquqi əhəmiyyəti yoxdur. Çünki bu, o zaman Sovetlər İttifaqının istisnasız olaraq daxili məsələsi olub. Hətta dövlətlərarası deyil, bəzən rayonlararası qərarlara aid olub. Rayon İcraiyyə Komitəsinin qərarı ilə bir kənd sovetinə aid ərazi qonşu respublikanın kənd sovetinin tərkibinə verilib. SSRİ tarixində belə məqamlar çox olub. Nəticədə Ermənistan Azərbaycanın torpaqları hesabına öz ərazilərini genişləndirib. Azərbaycanın ərazisi isə azalıb. Qars müqaviləsinə daha yaxın xəritə məhz 1925-ci ilin xəritəsidir. Məhz bu xəritənin əsasında Cənubi Qafqaz respublikalarının inzibati-ərazi bölgüsü aparılıb. Ona görə də hesab edirəm ki, hazırda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası Sovetlər İttifaqının ən gənc dövrünə aid - 1925-ci ilin Zaqafqaziya Siyasi xəritəsi əsasında aparılmalıdır. Bu, ən münasib xəritədir”.

Samirə SƏFƏROVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ