şənbə günü, 14 noyabr 2026
     

Dünyanın nüvə nəhəngləri bu dəfə Ukraynada kəllə-kəlləyə gəlir…

Image


Nüvə nəhəngləri hesab edilən ABŞ və Rusiya arasında Ukraynaya görə qarşıdurma səviyyəsi getdikcə yüksəlir. Bu məsələ dekabrın 7-də ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə videobağlantı vasitəsilə danışığında əsas müzakirə predmeti olacaq. Söhbət Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşməsi fonunda baş tutacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında artıq buna görə gərgin mübahisə olub.  “Bloomberg” agentliyi öz mənbələrinə istinadən bu xüsusda qeyd edir: “Sergey Lavrov və Entoni Blinken Stokholmda görüşüblər. Bir-birinə xəbərdarlıq etdilər. Rusiyalı nazir Ukraynanın “ABŞ-ın geosiyasi oyunlarına” cəlb edilməsinin “ən ciddi nəticələri” barədə xəbərdarlıq edib. Dövlət katibi bildirib ki, eskalasiya zamanı Vaşinqton Moskvanı “böyük bədəl ödəməyə” məcbur etmək niyyətindədir”. Pentaqonun yüksək vəzifəli nümayəndəsi isə “Fox News” telekanalına bildirib ki, Rusiya hazırda Ukrayna ilə sərhədə 100 minə qədər hərbçi cəmləşdirib. “The Washington Post” nəşri də ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazıb ki, Moskva hücuma 100 batalyon-taktiki qruplaşma və ya 175 min hərbçi cəlb etməyi planlaşdırır. ABŞ administrasiyasının nümayəndəsi anonimlik şərtilə bildirib ki, Ukrayna sərhədlərindəki cəmləşmənin miqyası bu ilin yazında müşahidə edilən cəmləşmənin miqyasından iki dəfə böyükdür. Qəzetin əldə etdiyi peyk fotolarından görünür ki, Rusiya qoşunları Ukrayna sərhədləri boyu 4 istiqamətdə cəmləşdirilir. ABŞ-ın kəşfiyyat rəsmiləri peyk fotolarının analizi əsasında bu qənaətə gəliblər ki, hücum 2022-ci il yanvarın sonlarında-fevralın əvvəllərində başlaya bilər. Birinci mərhələdə Ukrayna ərazisinə cənubdan daxil olmaq planlaşdırılır. İnformasiyalı mənbələr dəqiqləşdiriblər ki, bu hücumda məqsəd Rusiyanın ilhaq etdiyi Krıma təchizatı təmin etmək və Ukraynanın dənizlə əlaqəsini kəsməkdir. Buna paralel olaraq Moskva tank hissələri ilə Luqansk və Xarkov vilayətlərinə daxil olmaq, oradan ölkənin şimal-şərqindəki Dnepr və Poltava şəhərlərinə doğru hərəkət etmək niyyətindədir. Dəqiqləşdirilir ki, ilk növbədə iri şəhərlərdə elektrik və qaz kəsiləcək, ərzaq təchizatı dayandırılacaq. NATO strateqlərinin hesablamalarına əsasən üçüncü mərhələdə Rusiya qoşunları şimal istiqamətindən paytaxt Kiyevə hücum edəcək. Bu mərhələdə Kiyevin kapitulyasiyası nəzərdə tutulur və Rusiya orada özünün marionet hökumətini quracaq. “Forbes” jurnalı isə bildirir ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığındakı aviabazalarında 500-dən artıq müxtəlif tipli qırıcılar və döyüş təyyarələri cəmləşdirilib: “Ən təhlükəli ssenarilərdən biri budur ki, Rusiya 500-ə qədər təyyarənin cəlb olunduğu məqsədli aviaqruplar yarada bilər. Müharibə zamanı Rusiyanın Hava Kosmik Qüvvələri bu qədər sayda təyyarənin köməyi ilə cəmi üç irimiqyaslı hava hücumu həyata keçirməklə Ukrayna ordusunu məhv edə bilərdi”. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov bu məlumata əsaslanaraq, mümkün müdaxilənin tarixinin 2022-ci ilin fevral ayı olacağını bildirib.

ABŞ-ın Dəniz Analiz Mərkəzinin Rusiya proqramının rəhbəri Maykl Kofman BBC-yə açıqlamasında bildirib ki, Vaşinqtonun Rusiya tərəfdən gələcək aqressiya təhlükəsi barədə bəyanatı mövcud situasiyaya adekvatdır. Onun sözlərinə görə, narahatlıq doğuran səbəblərdən biri hərbi birləşmələrin Ukrayna sərhədində müəyyən qədər gizli dislokasiyasıdır. Diplomatiyaya yer qoymaq üçün əvvəllər bu manevrlər daha açıq şəkildə həyata keçirilirdi: "Hər şey onların genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını göstərir". Kofman eskalasiya üçün iki əsas səbəb olduğunu düşünür - birincisi, rəsmi Moskvanın Ukrayna ilə bağlı diplomatiyadan, Zelenski ilə razılığa gəlməkdən əlini üzməsi; ikincisi, Ukraynanın NATO ilə daha aktiv əməkdaşlıq etməsi, ölkə ərazisində bu qurumun təlim mərkəzlərinin yerləşdirilməsi. Ekspertin sözlərinə görə, optimist baxımdan situasiyanı belə şərh etmək olar: “Rusiya qoşunlarını Ukrayna sərhədinə toplamaqla Qərbi və rəsmi Kiyevi danışıqlar masasında onun mövqeyinə daha diqqətli yanaşmağa məcbur etmək istəyir. Mən hərbi analitik olaraq hücuma hazırlıqla bağlı konkret göstərişlər müşahidə edirəmsə, buna blef kimi yanaşmağı məsləhət görə bilmərəm". Kofman Ukraynada 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsinin təkrarlanmasını mümkün ssenari hesab edir və Rusiyanın məqsədini belə formulə edir: "Ukraynanı yeni siyasi razılaşmaya məcbur etmək üçün onun hərbi potensialını məhv etmək, Rusiyanın tələblərinin qəbuluna nail olmaq və sonra da qoşunları ordan çıxarmaq". ABŞ-ın Xarici Siyasət üzrə Araşdırma İnstitutunun eksperti, Amerika ordusunun keçmiş dəniz piyadası Rob Li də onunla həmfikirdir: "Rusiya qoşunlarının yaz aylarındakı konsentrasiyasından fərqli olaraq, hazırda Ukrayna sərhədində daha qapalı hərəkətlənmə var". O, bugünkü böhranın hələ ilin əvvəlindən başlamış proseslərin nəticəsi olduğunu və Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığına mart-aprel ayında toplaşdığını xatırladır. Ekspert mümkün eskalasiyada 2008-ci il Rusiya-Gürcüstan müharibəsindəki ssenarinin təkrarlana biləcəyini düşünür: “Onda Rusiya qoşunları Gürcüstan ərazisinin Abxaziya və Cənubi Osetiya sərhədləri daxilində işğalı ilə kifayətlənmişdilər. Ola bilsin, Rusiya NATO və rəsmi Kiyevin davranışlarını dəyişməyə çalışır və öz məqsədinə hədə və ya minimum güc tətbiqilə nail olmaq istəyir. Bu, yerüstü hücum əməliyyatından və ya raket sistemləri və qanadlı raketlər vasitəsilə intensiv artilleriya atəşindən, üstəgəl Ukrayna mövqelərinə ballistik raket hücumlarından ibarət olar bilər".

Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ