şənbə günü, 14 noyabr 2026
     

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşüblər - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.

Baki-xeber.com xəbər verir ki, 2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.

Dövlətimizin başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.

Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Xoş gördük.

Sakin: Xoş gəlmisiniz, cənab Prezident. Sizi təbrik edirik.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Bəli, birinci dəfədir ki, Qonaqkənddəyəm.

Sakinlər dövlətimizin başçısına Quba-Qonaqkənd avtomobil yolunun çəkilməsi ilə bağlı minnətdarlıqlarını bildirdilər.

Sakin: Allah Sizdən çox razı olsun ki, bu qərarı verdiniz. Əhali çox razıdır. Bu bölgədə, ümumiyyətlə, həm qaz var, həm işıq var, həm yollar çəkilir. Əhali çox rahatdır. Bir də Sizi Qələbə münasibətilə təbrik etmək istəyirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Düzdür mən tviterdə təbrik etmişəm, amma belə üzbəüz görməmişəm. Siz çox böyük Qələbə əldə etdiniz. Siz adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazdınız. Bunu heç vaxt unutmaq olmaz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Ulu Öndərin vəsiyyətini yerinə yetirdiniz. Ona görə də Quba camaatı, Sizdən çox razıdır. Son vaxtlar Qubada kifayət qədər böyük işlər görülür. Bunlar hamısı rəhbərliyinizlə olur. O cümlədən Mehriban xanıma mən öz dərin minnətdarlığımı bildirirəm. Onun humanitar sahədə gördüyü işlər kifayət qədər çoxdur. Biz onun hamısı ilə maraqlanırıq. Ümumiyyətlə, Prezident, Birinci vitse-prezident Azərbaycanda çox işlər görürlər, hələ bundan sonra da çox işlər görəcəklər. Azərbaycan 200 ildə ilk dəfə olaraq torpağını azad etdi. Buna Siz nail oldunuz, Sizin siyasətiniz nail oldu. Sizə uğurlar arzu edirəm. Bir də ayın 24-də Sizin 60 yaşınız olacaq. Bu münasibətlə Sizi təbrik edirəm. Sizə cansağlığı, Mehriban xanımla daim bir yerdə olmağınızı, nəvələrinizin toyunu görməyinizi arzu edirəm. İnşallah.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Sakin: Hörmətli Prezidentimiz, Qonaqkənd torpağına xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Bu gözəl günləri, bu gözəl həyatı bizə ulu öndərimiz Heydər Əliyev bəxş edib. Minillik tarixi vərəqləsələr görərlər ki, belə gözəl dövran, belə gözəl zaman, belə gözəl həyat olmayıb.

Heydər bir günəşdir gəlib cahana,

Onun işığıdır, düşüb hər yana.

Eşq olsun, qəhrəmanlar ölkəsi Azərbaycana.

1970-ci ildə Ulu Öndərimiz Quba rayonuna gələndə mən qarşılamışam. Onun alqışını qazanmışam. İndi Allah nəsib edib Sizi də qarşılamaq qismət olub mənə.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Müharibə başlayandan 14 nəfər əsgər göndərmişəm - 3 övlad, 11 nəvə. Qazisi də var, veteranı da var, bu saat cəbhədə olanı da var. Bu körpülər ki, salınır, bunları heç bir xəzinə əvəz edə bilməz. Bu 2 çay sürü ilə qoyun aparıb, saysız-hesabsız texnikalar batırıb. Bu Qonaqkənd belə olmayıb. Bu həyat, bu rahatlıq, bu işlər Sizin yorulmaz fəaliyyətinizin, uğurlu siyasətinizin nəticəsidir. Var olun!

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Allah qorusun Sizi. Allah qorusun xalqını, Vətənini, torpağını qoruyan insanları. İndi bir balaca şeir var, əgər icazə versəniz, onu deyim.

Ali Baş Komandan İlhamın,

Göstərdiyi hünəri xalqın ürəyindədir,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Dəmir yumruq sındırdı düşmənlərin belini,

Sevindirdi ölkəsini, sevindirdi xalqını,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Aşıq Vahidin səsi, heyran edir hər kəsi,

44 günün təntənəsi xalqın ürəyindədir.

Ordumuzun şöhrəti,

Ordumuzun qüdrəti,

Ordumuzun hörməti

Həm yerdə, həm göydədir.

Sağ olsun Ordumuz, durur ər kimi,

Vətən keşiyində şiri-nər kimi,

Mən də öz xalqımla bir əsgər kimi,

Vətən yolunda hazıram bu gün.

Eşq olsun qəhrəman Azərbaycana!

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Var olun. Allah qorusun Sizi. Allah xalqımızı, millətimizi qorusun. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm. Bildiyiniz kimi, mən ilk dəfədir Qonaqkənddəyəm. Amma bu kənd haqqında çox eşitmişəm və bilirəm ki, bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir. Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol problemi idi. Doğrudan da bu yolun çəkilməsi hesab edirəm ki, tarixi hadisə sayıla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu idi. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də, həmçinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdı. Nəhayət biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmişəm. Düzdür, mən gələndə yollar açıq olur, amma hər halda 40-45 dəqiqəyə gəlmək olar.

Sakin: Biz əvvəllər iki saata gəlirdik.

Prezident İlham Əliyev: Əvvəllər iki saata. Əlbəttə, kəndin xəstəsi, yaşlısı var, kəndə gəlmək, getmək, burada istehsal olunan məhsulları bazarlara çatdırmaq çətin idi. Ona görə bu yolun çox böyük əhəmiyyəti var. Bir də ki, kəndə qaz da çəkilib, artıq iki ildir ki, qaz verilir. İşıq da var, su da var.

Sakin: Artıq camaat qayıdır, cənab Prezident. Artıq evlər tikirlər burada, Bakıda yaşayanlar qayıdırlar.

Prezident İlham Əliyev: Bəli, buraya gələrkən yol boyunca gördüm, kəndlərdə yeni evlər tikilir. Bura çox gözəl turizm zonasıdır. Bu yol olmadığı üçün buraya turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, otellər, ictimai yerlər yaradılacaq. Yəni, Qubanın bu hissəsi canlanacaq. Buna şübhəm yoxdur.

Sakin: İndi iş yerləri də açılır. İndi dirçəliş var. Sağ olun, var olun.

Prezident İlham Əliyev: Yol olandan sonra işlər də düzələcək. Çünki burada indi camaatın əsas dolanışığı maldarlıqdır. Havası da təmizdir və sərindir.

Sakin: Siz gələndə yəqin ki, gördünüz. Yol boyunca turizm obyektləri tikilir.

Prezident İlham Əliyev: Bəli, fikir vermişəm.

Sakin: Bunlar bir ildə əmələ gəlib.

Prezident İlham Əliyev: Çox adam gələcək, turistlər gələcək. O ki qaldı, Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır.

Sakin: Quruculuq işləri.

Prezident İlham Əliyev: Bəli, quruculuq işləri, həm Qarabağda, həm də Zəngəzurda aparılır. Eyni zamanda, bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayacaq. Çünki biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü.

Sakin: İnşallah, Allahın köməyi ilə.

Prezident İlham Əliyev: Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib.

Sakin: Hamı bir nəfər kimi.

Prezident İlham Əliyev: Hər bir vətəndaş, hər bir rayon sakini, hər bir nümayəndə. Ona görə bu, tarixi hadisədir və cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma, eyni zamanda, Azərbaycanın qalan yerlərini də yaddan çıxarmıram.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Gəlmişəm buraya. Bu gözəl hadisəni sizinlə qeyd edirəm.

Sakin: Hörmətli Prezident, Azərbaycanın çörəyinə xainlik edənləri Allah-Təala zəlil edəcək İnşallah. Allah qorusun Sizi, Allah qorusun xalqımızı, Vətənimizi, ölkəmizi. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. İnşallah.

Sakinlər: Minnətdarıq.

Prezident İlham Əliyev: Mən sizə minnətdaram.

Sakin: Sizin bir kəlmə sözünüzü, bir dəqiqə vaxtınızı, atdığınız addımı, heç bir xəzinə əvəz edə bilməz. Uğurlar olsun Sizə. Allah qorusun Sizi.

Prezident İlham Əliyev: Çox sağ ol, ağsaqqal, çox sağ ol. Gedək Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirək. Sizin neçə yaşınız var?

Sakin: Səksən beş.

Prezident İlham Əliyev: Maşallah.

Digər sakin: Cavan oğlana oxşayır.

Prezident İlham Əliyev: Maşallah, yaxşısınız. Bura səfalı yerlərdir, burada yəqin ki, uzunömürlülər çoxdur.

Sakinlər: Çoxdur. Bəli, var.

XXX

Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qonaqkənd sakinləri ilə birlikdə ulu öndər Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstəsi qoydular.

Sonra xatirə şəkli çəkdirildi.

XXX

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən sizə minnətdaram.

Sakin: Camaatın adından, təşəkkür edirəm.

Yaşlı sakin: Hörmətli Prezident, icazə versəniz bir xeyir-dua da verim.

Prezident İlham Əliyev: Bəli, buyurun.

Yaşlı sakin: Xeyirlər, dualar izləyər Sizi.

Xətadan, bəladan gizləyər Sizi.

Yollara göz dikib gözləyər Sizi,

Hər ana, hər bacı, hər qız, hər gəlin,

Gedin sağ-salamat, qayıdın gəlin.

Gedin çovğun kimi, gəlin yaz kimi,

Çaxın şimşək kimi, çalın saz kimi.

Koroğlu balası xan Eyvaz kimi,

Yağı düşmənlərin bağrını dəlin,

Gedin, sağ-salamat qayıdın gəlin.

Kor olsun Əzrail, görməsin Sizi,

Saxlasın babanız İsmayıl Sizi,

Qorusun cənabi Cəbrayıl Sizi,

Əli üstünüzdən çəkməsin əlin.

Gedin sağ-salamat, qayıdın gəlin, inşallah.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakinlər: Var olun.

Prezident İlham Əliyev: Siz də salamat qalın.

Sakinlər: Çox sağ olun. Minnətdarıq. Sağ olun. Var olun. Allah köməyiniz olsun.

Mehriban Əliyeva: Leyla sən də gəl.

Yaşlı sakin: Sizə də gözəl günlər arzulayıram.

Mehriban Əliyeva: Sağ olun. Çox gözəl şeirlər idi. Çox sağ olun.

Yaşlı sakin:

Deyir daş var, qızıldan qiymətli,

Qız var oğuldan qeyrətli,

İl gəlməsə səxavətli, çöl neyləsin.

Xeyirli, bərəkətli, uğurlu illər gəlsin xalqımıza, buralara.

Mehriban Əliyeva: Çox sağ olun.

Sakin: Var olun.

Mehriban Əliyeva: Sizə cansağlığı arzulayıram. Sağ olun.

Sakin: Siz sağ olun. Bizə diqqət yetirirsiniz, ömürboyu minnətdarıq. Çox sağ olun.

Yaşlı sakin: Yolunuz açıq olsun, inşallah.

Mehriban Əliyeva: Çox sağ olun. Salamat qalın.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ