“Azərbaycan Türkiyənin “Hürkuş” təlim təyyarəsi ilə maraqlanır”. Baki-xeber.com xəbər verir ki, bunu , bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir deyib.
Nazir Azərbaycanın “TCG Anadolu” gəmisinə də (Amfibiya hücum gəmisi) maraq göstərdiyini deyib: “TCG Anadolu” (Amfibiya hücum gəmisi) 2022-ci ildə istifadəyə verilməsinə çalışırıq. Gəmiyə İHA/SİHA-nınyerləşdirilməsi ilə bağlı layihə davam edir. Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı inkişafı görəcəyik”.
İ.Demir Türkiyənin Ukraynaya satdığı PUA-ların hazırda bölgədəki gərginliklə heç bağlılığının olmadığını da deyib. O, bu prosesin əvvəlki razılaşmalar çərçivəsində həyata keçirildiyini bildirib: “Türkiyə gərginliyə görə Ukraynaya İHA və SİHA göndərir” deyə bir şey yoxdur".