şənbə günü, 14 noyabr 2026
     

Vüqar Rəhimzadə: "Xalqın yas saxladığı gün qanunsuz aksiya keçirmək şəhidlərin ruhuna hörmətsizlikdir"

Image


“Azərbaycanın inkişafını, hakimiyyətin apardığı uğurlu siyasəti, mövcud sabitliyi, ən əsası tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini həzm edə bilməyən bəzi xarici dairələr ənənələrinə uyğun olaraq yenə də çirkin niyyətlərini həyata keçirmək üçün daxili bədxahlarımızdan vasitə kimi istifadə edirlər.

“Sapı özümüzdən olan baltalar”ın xarici havadarlarının sifarişi ilə keçirdikləri aksiyalar da bu tərkibdəndir. Dekabrın 1-də, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzası nəticəsində həlak olmuş 14 nəfər hərbi qulluqçu ilə vida mərasiminin keçirildiyi gün özlərini ictimai fəal adlandıran, əslində radikallığı və ölkənin maraqlarının əleyhinə fəaliyyəti özünə peşə seçən AXCP sədri Əli Kərimlinin bir qrup tərəfdarı şəhərin mərkəzində, insanların sıx olduğu məkanda qanunsuz aksiya keçirməyə cəhd göstərdilər. Xalqın yas saxladığı, həlak olan 14 hərbçi ilə vidalaşdığı vaxtda qanunsuz aksiya keçirməyə cəhd etmək ilk növbədə şəhidlərin ruhuna hörmətsizlikdir. Belə bir gündə şəhidlərimizin xatirəsini əziz tutmaq, onların doğmalarına dəstək olmaq əvəzinə küçələrə çıxıb, qanunsuz aksiya keçirmək, qarışıqlıq yaratmağa cəhd etmək insanlıqdan uzaqdır. Azərbaycan xalqı hər zaman öz milli-mənəvi dəyərləri ilə tanınan, bu dəyərləri uca tutan xalqdır. Şəhidlərimizlə vida mərasiminin keçirildiyi gün “düşmən dəyirmanına su tökən” dağıdıcı ünsürlərin xaricdən gələn sifariş əsasında, üstəlik pandemiya qaydalarını da pozaraq aksiya keçirməyə cəhd etmələri xalqımızda onlara olan nifrət hissini birə on qat artırır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın son günlərdə qazandığı diplomatik qələbələr göz önündədir: “Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Soçi görüşü, İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV Zirvə Toplantısı, bunların ardınca dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammiti ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun yüksəlməsinin, postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsinin aydın mənzərəsini yaradır. Soçi görüşü Azərbaycanın diplomatik uğuru, bir sözlə, 10 noyabrda imzalanan Bəyanatın davamı kimi dəyərləndirildi. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının keçirildiyi məkan Türkmənistan olsa da, istər tədbirin gedişində səsləndirilən fikirlərdə, istərsə də tədbir çərçivəsində keçirilən görüşlərdə, imzalanan sənədlərdə əsas diqqətin Azərbaycana yönəlməsi ölkəmizin uğuru kimi qəbul olunmalıdır. Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsindən çıxan, həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini uğurla həyata keçirən bir ölkə olaraq yenə də uğurlu sosial-iqtisadi göstəriciləri ilə dünyanı heyrətləndirir. Bu, dövlətimizin dünyaya nümunə olan inkişaf modelinin, uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, bu ilin iyulunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ölkəmizdə səfərdə olarkən keçirilən görüşlərdə, birgə mətbuat konfransında qurumun Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində, sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu, bunun üçün lazımi dəstəyi göstərməyə hazır olduqlarını ifadə etmişdir: “Dekabrın 15-də reallaşacaq Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin baş tutacaq görüşü bunun təsdiqi olacaq. Bir mühüm məqam da diqqətdən yayınmır ki, bu günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan Prezidenti ilə görüşündə əsas müzakirə etdiyi məsələ Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi oldu. Beləliklə, Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi Azərbaycanda müzakirə olundu. Bütün bu uğurlarımız kimliyindən, siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırmalıdır. Təəssüflər olsun ki radikallığı, Azərbaycanın hər bir uğuruna qara eynəkdən baxmağı özlərinə bir fəaliyyət istiqaməti seçən daxili bədxahlarımız xarici himayədarlarının dəstəyi ilə əldə olunan bu uğurlara kölgə salmaq, beynəlxalq rəydə çaşqınlıq yaratmaq üçün aldıqları sifarişə uyğun olaraq yenə də küçələrə üz tuturlar”.

“Zaman dəyişir, insanların düşüncələri dəyişir. Dəyişməyən isə hələ də müstəqilliyimizin bərpasının ilk illərinin nostalji hissləri ilə yaşayan ünsürlərdir” söyləyən Vüqar Rəhimzadə bildirib ki, artıq unutmayaq ki, bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edən, 44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyini dünyaya nümayiş etdirən qalib xalq, qalib dövlətdir. Xalqımız nə qədər yenilməz, məğrur xalq olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə xalq-iqtidar birliyinin sarsılmazlığı inkaredilməzdir. Bu gün xalqımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bərpa və quruculuq işlərinin də tezliklə yekunlaşmasına, soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsinə səy göstərir.

YAP Xətai rayon təşkilatının sədri keçirilən aksiyanın icazəsiz olduğunu, eyni zamanda, şəhərin mərkəzi yerində - Fəvvarələr meydanında keçirildiyini vurğulamaqla geniş şərhə ehtiyac olmadığını bildirib: “Koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərində yumşalmalar olsa da, xəstələrin sayında artım bu gün də həyəcan təbilini çalmaqda, çağırışlarını etməkdədir. Sosial məsafənin gözlənilməsi, karantin qaydalarına riayət olunması günümüzün əsas tələbidir. Belə bir zamanda keçirilməsinə heç bir zərurət olmayan bir aksiyaya bu qədər cəhd edilməsi təxribatdan başqa bir şey deyil. Aksiya iştirakçılarının “siyasi məhbus” kimi təqdim etdikləri şəxslərə gəldikdə isə onların törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduqları hər kəsə aydındır. Tələbləri guya həbsdə olan AXCP üzvü Saleh Rüstəmovun azad edilməsi olsa da, əvvəldə də vurğuladığımız kimi, hədəf və məqsəd başqadır. Əgər bu ünsürləri həqiqətən aksiyanın keçirilməsi maraqlandırırsa, o zaman aksiyanın keçirilmə yeri maraq kəsb etməməlidir. Aksiya üçün şəhərin mərkəzinin seçilməsi də təsdiqləyir ki, məqsəd qarışıqlıq yaratmaqdır. Onları nə xalqın yas saxlamağı, nə 14 hərbçimizin faciəli şəkildə həlak olması, nə də həmin ailələrin kədəri maraqlandırır. Xalqın mənəvi dəyərlərinə bu qədər hörmətsizlik edənlər özlərini necə bu xalqın üzvü hesab edə bilərlər?! Məqsədli şəkildə qarşıdurma yaradaraq kənardan çəkdikləri fotolar, sonradan onları yayaraq yazdıqları şərhlər də onların əsl məqsədini ortaya qoyur.

İctimai asayişin, təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan polislərimiz hər zaman öz vəzifə borclarını yerinə yetirirlər. Dünya praktikasında aksiyaların keçirilməsi üçün icazənin olması əsas şərtdir. Əks təqdirdə onun qarşısı qanun çərçivəsində alınır ki, Azərbaycan polisi də bu missiyasını şərəflə yerinə yetirir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Cəmiyyət qanunlarla idarə olunur. Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ