Xankəndidə ərsiz erməni haxçiklərin rus əsgərləri ilə izdivacı nəticəsində böyük uşaq artımı başlayıb - ayda 178 uşaq…

img

Erməni mediası Qarabağdakı ermənilərin sayında artım templərinin müşahidə edildiyini yazıb. Əslində isə Qarabağdakı ermənilərin demoqrafik situasiyasında kəskin azalma var. Deyəsən, ermənilər vəziyyətdən çıxış yolunu orada olan sülhəməramlı əsgərlərin köməyində görüblər. 44 günlük Vətən müharibəsindən əvvəl qarabağlı ermənilərin demoqrafik mənzərəsinə baxılanda onların 53 faizi şəhərlərdə və rayon mərkəzlərində, 47 faizi isə kəndlərdə yaşayırdısa, indi həmin nisbət 73/27-dir. Yəni Qarabağdakı ermənilərin 73 faizi indi şəhərlərdə və rayon mərkəzlərindədir. Daha dəqiq olsaq, onlar Xankəndi, Ağdərə və Əsgəranda məskunlaşıblar. Bir müddət əvvəl biz yazımızda qeyd etmişdik ki, erməni qadınlar  Qarabağda hazırda olan  5 min rusiyalı sülhməramlının da “xidmətindən” istifadə etməklə təbii artıma nail olmağa çalışacaqlar. Artıq Ermənistan mediadı məlumat verir ki, əhalinin sayında hər ay artıq olaraq 178 uşağın dünyaya gəldiyi müşahidə edilir. Yəni bizim proqnozumuzun doğrulduğunu rəsmi dairələr də təsdiqləmiş olur.

Maraqlı  mənzərə alınır. Ötən il noyabrın 10-dan, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə 44 günlük müharibənin başa çatmasından sonra situasiya dəyişməyə başlayıb.

Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə iyul-avqust aylarında "demoqrafik sıçrayış", yəni doğuş saylarının artımı qeydə alınıb.

 “Hətta bu siyasətin Qarabağda  monumentləşməsi də həyata keçirildi”

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşdiyi vaxtdan sonra ermənilərin öz xeyirləri üçün atdıqları addımlardan biri də məhz budur: “Hesab edirəm ki, Rusiya sülhməramlılarının hesabına baş verən artım var. Ancaq bu rəqəmin bir ay ərzində 178 nəfər olmasına inanmıram. Ermənilər rəqəmi bir qədər şişirtməkdə maraqlıdırlar. Sülhməramlıların ora yerləşdiyi gündən ermənilər deyilən istiqamətdə geniş iş aparır.

 Təbiidir ki, Qarabağdan və Ermənistandan yerli ermənilərin qaçdığı bir zamanda baş verən artımda kənar təsirin olması danılmazdır. Bu da yalnız sülhməramlılar ola bilər. Biz bu haqda ilk məlumatı bu ilin mart ayında ermənipərəst Konstantin Zatulindən eşitdik. Hətta bu siyasətin Qarabağda monumentləşməsi də həyata keçirildi. Xoçalıda qoyulan abidədə erməni uşağın rus əsgərin əlindən tutduğu və sanki “ata, getmə” demək istədiyi simvolizə olunurdu. Zatulin, hətta orada erməni qadınlarla evlənən rus sülhməramlılara müəyyən güzəştlərin verilməsini  də tələb edib. Ermənilər bu istiqamətdə planlı addımlar atırlar. Bununla həm də Qarabağda təbii artımın çox olduğunu göstərmək istəyirlər”.

Məhəmmədəli QƏRİBLİ

 

Peşə etikası

Son xəbərlər