şənbə günü, 14 noyabr 2026
     

"Onlar bizə əmanət”- “YAŞAT” fondunun yaranmasının bir illiyinə - Yunus Oğuz yazır

Image


Müharibə təkcə qələbələrlə, yaxud məğlubiyyətlərlə yaddaşlarımızda həkk olunmur. Onun ağrıları, acıları var, dağılmış, partlamış, yerlə-yekksan   olmuş  evlərin, binaların bərpası var, neçə ailəyə gözdağı verən ərazilərdən minaların təmizlənməsi var. Bərpadan sonra on illərdir çiyinlərində "köçkün, qaçqın" adını daşıyan insanların təmizlənmiş və demək olar ki, yenidən tikilmiş yerlərə, yurdlara, obalara qayıtması var, dönməsi var.

Bu sevinci, qüruru yaşadan gözlərində nisgili dəfn edib, yenidən ümidlənən, az qala azad olunan yerləri işığa çevirən, müqəddəs sayan insanlarımız vətənimizdə çoxluq təşkil edirlər. Sanki dünənə qədər dərddən, ümidsizlikdən əyilən, sınan, vərəmləyən, qədd-qamətləri   bükülən onlar deyildi. Sanki Qələbəmiz hər daşı yerində oturtdu. Milli Ləyaqət və Qürur hər kəsin üzündə, gözündə görünürdü. Belə Fəxarəti xalqımız son iki yüz əlli ildə yaşamamışdı.

Amma, bütüm bunlar ümumiləşdirilmiş şəkildədir, çünki müharibə fərdi olaraq insan psixologiyasına ciddi zərbə vurur. İllah da ki, müharibədə şəhid olanların ailələri, yaxınları, müharibədə yaralanan qazilərimiz, ümumiyyətlə döyüşlərdə iştirak edənlər bu sıradan, bu qəbilədəndirlər. Burada artıq ümumi sevincdən, qələbədən danışmaq heç yerinə düşməz. Məsələyə fərdi yanaşmasan, hər kəsə xüsusi diqqət göstərməsən cəmiyyətin haqlı narazılıqlarının  qarşısında durmaq çətin olar, heç durmaq da olmaz. Hər şəhid ailəsi, yaralı, iştirakçı xüsusi diqqət istəyir. Haqq da edir, çünki Qalib dövlətin Qalib əsgəri başqa anlam tələb edir, baxmayaraq ki, birinci Qarabağ savaşında da oddan-alovdan keçənlərimiz az deyildi və onlar da birmənalı şəkildə qürur yerimizdir. Bu qayğını, diqqəti görmək özünü çox gözlətmədi. Keçən il bu zamanlarda cənab Prezidentin sərəncamı ilə "YAŞAT"  fondu yaradıldı və dərhal da ictimai maraq dairəsinə düşdü. Belə də olmalı idi, çünki Qalib şəhidlərimizin ailələrinə, yaralı qazilərimizə, əsgərlərimizə xüsusi qayğı və diqqət tələb olunurdu. Doğrusu, fondun  əksəriyyəti gənclər olan işçilərinin siyahısını oxuyanda bir az məsələyə şübhə ilə  yanaşdım. Düşündüm ki, bu gənclər od-alovdan keçməyiblər, bu insanların ağrı-acılarını necə hiss edəcəklər , onlara necə kömək edəcəklər? İlk görüşdəcə anladım ki, fikirlərimdə yanlışlıqlar olub. Gözlərində Vətən və dövlət eşqi, işləmək həvəsi olan bu gənclərlə-rəhbərliklə bir saatdan bir qədər artıq söhbət etdikdən sonra başa düşdüm ki, bunlarla dağı dağ üstə qoymaq olar.

Budur "YAŞAT"  fondunun yaranmasından bir il ötür. Fondun açıq fəaliyyəti, nəyisə gizlətmək, ört-basdır etmək fikrindən çox uzaq olan bu gənclər adi,   kiçicik bir məsələni də diqqətdən kənarda saxlamır, ictimaiyyətə və mətbuata demək olar ki, tam açıqdırlar. Operativ məlimatlara, elə operativ  də cavab vermək, sanki bu işin ali məktəbini bitirmiş kimidirlər. Axı bu gənclər də bu fondda hər şeyi sıfırdan başlayıblar. Bəlkə də bura təyinat alan gənclərin bəziləri heç bilmirdilər ki, bu iş necə başlayacaq və hansı sonluqla bitəcək?

Haşiyədən kənara çıxaraq bir neçə hadisəni danışım. Özümün iştirakı ilə olan tədbirlərdən  danışmağı  heç sevmirəm, amma bu mənə yox, "YAŞAT"  fonduna aid olduğundan yazıram. Mənə bir neçə dəfə qazilərimiz  müraciət etmişdi. Mən də təbiidir ki, bu müraciətləri fonda, onun rəhbərliyinə yönəltdim. Sağ əliniz başqalarının başına! Heç yarım saat keçməmiş məlumatlar mənə və eyni zamanda müraciət edən qazilərə gəldi. İndiyə qədər nə edilib və bundan sonra onların istəyilə nə edəcəklər. Bərəkallahİ Operativlik, bizim dildə desək çeviklik belə olar. Bərəkallah!

Budur, iş göz qabağındadır. Fondun illik hesabatına baxıram. Bu bir ildə neçə istiqamətdə işlər görülüb və nə qədər maliyyə vəsaiti xərclənib.

Fondun hesabına indiyə qədər altmış beş milyon manata yaxın vəsait daxil olub. Təsəvvür edin bu bir ildə 16348 şəxslə görüşülüb. 10781 şəxsin 15644 müraciəti icra olunub. Təsəvvür edirsinizmi?  Demək, aya 1200-ə yaxın icra. Nədir, bunların bayramları, istirahət günləri, gecə-gündüzləri olmayıb?

Bütün bu işlər üçün isə əlli milyon manata yaxın vəsait xərclənib. Hara xərclənib? Şəhid ailələrinə, qazilərə, əsgərlərimizə. İstiqamətlər isə çox müxtəlifdir; məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı, müalicə və psixoloji dəstək xərclərinin, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, düşərgələrin təşkili və digər layihələr. Heç kim kənarda qalmır, hamıya diqqət və qayğı göstərilir.

Qeyd edim ki, digər layihələrinsə istiqaməti on ikini ötür.

Diqqətimi ən çox çəkən istiqamətlərdən biri də "Onlar bizə əmanət" layihəsidir. Belə ki, 27 sentyabr 2020-ci il tarixdən sonra dünyaya gələn 102 şəhid  övladı ilə bağlı bu layihə çərçivəsində yeni doğulmuş Şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə 1000 manat məbləğində yardım edilib və Şəhid övladlarının adına 5000 manat depozit hesabı açılıb.

Bəli, onlar bizə, dövlətə, vətənə, yaşayanlara əmanətdirlər.  Dövlətin ən vacib xüsusiyyətlərindən biri də budur. Onlar bu gün bizə əmanətdirlər, sabah isə dövlət onlara əmanətdir. Bu qarışıq yanaşma, hiss yüz illər davam etməlidir. Belə addımlar dövlətin bel sütunu sayılır. Hansı texnikaya sahib olmamızdan asılı olmayaraq insan amili birinci planda durmalıdır. Təsəvvür edin ki, bu cocuqlar böyüyür, dövlətin ən önəmli parçalarına çevrilirlər. Elə bilirsiniz onlar bu "əmanət" məsələsini unudacaqlar? Əsla yox! Ediblər, edəcəyik prinsipini hələ heç kim ləğv, yaxud qadağa etməyib. Düşünürəm  "Onlar bizə əmanət" layihəsi gələcəkdə daha da geniş vüsət alacaq və bu, bütün cocuqlarımıza şamil ediləcək.

Sonda məhşur kəlamı xatırlamaq yerinə düşərdi: Atma-atılarsan, satma-satılarsan, unutma-unudularsan!

Yunus Oğuz



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ