Ermənistan diplomatları Brüssel görüşündə Soçinin əvəzini bu cür çıxmağa hazırlaşır... - Aydın Quliyev yazır...

img

Erməni diplomatiyası 15 dekabr "Brüssel duelinə" bərk hazırlaşır. XİN başçısı Ararat Simonyan Stokholmda ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in baş katibi ilə görüşüb. Əsas müzakirə mövzusu "həmsədrlər formatında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsi" olub.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

"Dünyaya mesaj verilir ki, guya hazırda bölgənin əsas problemi status məsələsidir və bu problem MQ həmsədrləri çərçivəsində həll olunmalıdır. Ermənilər Avropa komissarı Ş.Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşməzdən öncə həmin görüşün gündəmi barədə rəy yaratmağa çalışır. Ermənistan Brüssel görüşü kontekstində "doğuşdan qabaq doğuş" oyunu oynayır.

Guya Xocavəndin hansısa kəndində bir mal otaran erməninin Azərbaycan hərbçiləri tərəfindən götürülərək öldürüldüyü barədə yalanı da məqsədli yayırlar. O niyyətlə ki, dünya bütün bu gərginliklərə son qoyulmasının üsulu kimi Minsk Qrupu formatının bərpa edilməsinə Azərbaycanı məcbur etsin.

Soçi məğlubiyyəti onlara bərk yer edib. Əvəzini Brüsseldə çıxmaq istəyirlər.

"Ovçunun planı, ayının yolu var" deyiblər..."

Son xəbərlər