Azərbaycan diasporası Sidneydə Türkiyənin Beynəlxaq Maarif Məktəbinin təməlqoyma mərasimində iştirak edib - FOTO

img

2021-ci il dekabrın 3-də Avstraliyanın Sidney şəhərində dövlət rəsmiləri və Azərbaycan diyasporasının rəhbərliyinin iştirakı ilə Türkiyənin Beynəlxaq Maarif Məktəbinin möhtəşəm təməlqoyma mərasimi keçirilib.
Mərasimə Avstraliya-Azərbaycan Assosiyasiyası prezidenti Mikayil bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) Sara xanım Azərsun da dəvət olunub və iştirak ediblər.
Təməlqoyma mərasimi Avstraliyanın Sidney şəhərində Beynəlxaq Maarif Məktəbinin  başqanı sayın Necmi Uzun, Türkiyənin Böyük Elçilisi sayın Korhan Karakoç, Türkiyənin Sidneydəki baş konsulu sayın Ali Sevimin təşkilatçılığı və iştirakı ilə keçirilib.
Mərasimə həmçinin çoxsaylı dövlət rəsmisi və millət vəkilləri, o cümlədən Avstraliyanın Yeni Cənubi Uels (NSW) Əyalət Parlamentinin millət vəkilləri Julia Finn və Linda voltz, Avstraliyanın kemiş Mühacirət Naziri, Yeni Cənubi Uels (NSW) əyaləti Liberal Partiyasının sədri cənab Philip Ruddock, Yeni Cənubi Uels (NSW) əyalət Parlamentinin millət vəkilləri Stive Kamper və Kristina Keneally, eləcə də Avstraliya Federal Dövlətindən digər rəsmilər iştirak ediblər.

Son xəbərlər