Cümə günü, 02 oktyabr 2026
     

Həm millətlərarası münasibətlərə, həm də dini tolerantlığa güclü təsir göstərən bir səfər...

Image


Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını layiqincə qarşıladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak ediblər. Bildirilib ki, bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək.

  • Biz bu dəfə dünyaya milli birliyimizin əbədi olması ilə bağlı mesajı Şuşadan, qədim torpağımızdan verdik…

Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə etdi. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri öz istedadlarını göstərdilər. Ölkə başçısı çıxışında bildirdi ki, bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna onun özü verib, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik lazımi səviyyədədir. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış etdi. Biz bu dəfə dünyaya milli birliyimizin əbədi olması ilə bağlı mesajı Şuşadan, qədim torpağımızdan verdik. Ölkə başçısı festifalda çıxışında bildirib ki, ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur: “Biz dünyanın müxtəlif yerlərində baş verən hadisələri izləyirik, görürük və deyə bilərəm ki, bir neçə il bundan əvvəl bu gün mövcud olan vəziyyəti görürdük. Ona görə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə, o cümlədən ölkəmizdə keçirilmiş çoxsaylı tədbirlərdə multikulturalizmi təbliğ edirdik, müxtəlif xalqların birgəyaşayışını təbliğ edirdik və deyirdik ki, bu, mümkündür. Azərbaycanın timsalında deyirdik ki, bu, mümkündür və göstərirdik, öz təcrübəmizi bölüşürdük, öz fikirlərimizi bölüşürdük və hesab edirəm ki, bizim bu səylərimiz nəticə verdi. Çünki bu gün dünyada bu məsələ ilə bağlı daha dəqiq təsəvvür vardır”.

  • Azərbaycanda mövcud olan tolerantlıq mühitinin və bu istiqamətdə aparılan siyasətin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük…

Doğrudan da biz Azərbaycanda mövcud olan tolerantlıq mühitinin və bu istiqamətdə aparılan siyasətin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük. Tarixən Qərblə Şərqin kəsişməsində yerləşən bir ölkə kimi bir çox xalqların nümayəndələri Azərbaycanda məskunlaşıb, tolerant mühitdə yaşayıblar və onların burada tarixi abidələri də mövcuddur. Azərbaycanlıların böyüklüyü hər zaman ondan ibarət olub ki, buraya pənah gətirən və məskunlaşan bütün xalqların nümayəndələrinə hər zaman qardaşlıq, dostluq münasibəti bəsləyib və buradakı insanlar həmişə dostluq, qardaşlıq və həmrəylik mühitində yaşayıblar. Bu cür birgəyaşayış qoballaşan dünyada inkişafın ən mühüm amillərindən biridir. Prezident İlham Əliyev daim öz siyasətində tolerantlıq mühitinin, multikulturalizm ənənələrinin qorunmasına böyük önəm verib. Bu istiqamətdə ölkəmizdə böyük işlər aparılıb, bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda baş tutub. Digər tərəfdən, Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkələrində bu istiqamətdə böyük işlər görülüb.

Azərbaycanda mövcud olan tolerantlıq mühitinin və bu istiqamətdə aparılan siyasətin Vətən müharibəsi zamanı böyük töhfəsini gördük, çünki Vətən müharibəsində əldə olunan qələbədə ölkəmizdə olan bütün icmaların payı və töhfəsi oldu. Bütün xalqlardan, etnik və dini icmalardan olan nümayəndələr vahid amal və vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiysini və Azərbaycanda bütün xalqlara hər zaman eyni münasibətin olduğunu bir daha göstərdilər.

  • Azərbaycanın Şuşada Qazançı kilsəsinin təmirinə başlaması ölkəmizin tolerantlığının göstəricisidir

Ermənistanın rəsmi təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş apardı, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər quruldu, milyonlarla vəsait xərcləndi. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərdilər. Lakin 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu.

Qədim Azərbaycan torpağı olan Şuşada keçirilən “Xarıbülbül” festivalında da Azərbaycanda olan bütün xalqların nümayəndələrinin iştirakı Azərbaycanda multikultural dəyərlərin təcəssümü idi. Orada da xalqlar bunu musiqi, mədəniyyət dili ilə göstərdilər və bütün dünyaya bir mesaj verdilər ki, Azərbaycanda hər zaman milli birlik, milli həmrəylik olub və burada bütün xalqlara xoş qardaşlıq münasibəti var. Bu festival Azərbaycanın Vətən müharibəsində əldə etdiyi böyük Zəfərin mədəniyyət sahəsində davamı idi. Bunun ardınca, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etmələri də Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına verilən diqqətin göstəricisidir. Bu bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqların dini və mədəni abidələrinə böyük önəm verilir, onların qorunub saxlanması və bərpa olunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər görülür. Ermənilərin dağıtdığı və təhqir etdiyi məscidlərin fonunda Azərbaycanın Şuşada Qazançı kilsəsinin təmirinə başlaması ölkəmizin tolerantlığının göstəricisidir.

  • Kilsədə bərpa işlərinin 44 günlük Vətən müharibəsi zamanı başa çatdırılaraq təhvil verilməsi dünyaya mesajdır

Alban-Udi Xristian İcmasının sədri Robert Mobili deyib ki, ölkə başçısı və birinci xanım Mehriban Əliyevanın "Xarıbülbül" festivalından qayıdar-qayıtmaz Qəbələyə gəlib Müqəddəs Məryəm Ana Alban kilsəsini və digər dini yerləri ziyarət etməsi ölkədə dinlərə olan diqqətin bariz nümunəsidir. O qeyd edib ki, Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və burada multikulturalizm ənənələri qorunub saxlanılır:

“Biz həmişə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın udi xalqına olan diqqətini hiss edirik və bu diqqət günbəgün artır. Biz bunu cənab Prezidentin son səfərindən də hiss etdik. Onun və ailəsinin məhz Şuşadan qayıdaraq Qəbələyə gəlməsi, Nic qəsəbəsində Alban kilsələrinə baş çəkməsi bir daha onu sübut edir ki, Azərbaycan multikultural ölkədir və burada bütün xalqlar bir ailə kimi yaşayır”.

R.Mobili Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpası barədə də danışıb. O qeyd edib ki, kilsədə bərpa işlərinin 44 günük Vətən müharibəsi zamanı başa çatdırılaraq təhvil verilməsi dünyaya mesajdır:

“Kilsə Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə bərpa olunmağa başlandı və 2020-ci ilin noyabr ayında işlər başa çatdırıldı. Müharibə olmasına baxmayaraq, məhz kilsənin təmiri dayanmadı, davam etdi. Bu da öz növbəsində onu deməyə imkan verir ki, Azərbaycan dünyəvi bir ölkədir. Burada bütün xalqlara və dinlərə böyük diqqət və qayğı var, udi xalqı da bu modelin əsaslarındandır. Azərbaycanda xalqlar hər zaman bir-birinə dəstəkdir. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs Qarabağın azadlığı uğrunda canından keçməyə hazır idi. Bu gün biz o torpaqlara qayıtmışıq və artıq Qarabağdayıq. Burada ermənilər tərəfindən dağıdılmış abidələr də ölkə rəhbərliyinin birbaşa diqqəti nəticəsində əvvəlki görkəminə geri qaytarılacaq".

  • Şuşada yeni məscidin də təməlinin qoyulması bir daha Azərbaycanın İslam dəyərlərinə, bizim milli-mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir

Cənab Prezidentin festivaldakı çıxışında bir məqama diqqət çəkmək lazımdır. Prezident İlham Əliyev qeyd etdi ki, bizi güclü edən milli-mənəvi dəyərlərimiz, bu dəyərlərə olan bağlılığımızdır. Festivalın Ramazan bayramı ərəfəsində keçirilməsi, həmin vaxt orada Yuxarı Gövhərağa məscidinin bərpa olunması, digər yeni məscidin təməlinin qoyulması, bayram namazının qılınması göstərdi ki, Azərbaycan xalqı, Prezident İlham Əliyev və birini vitse-prezident Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizə sıx bağlıdırlar. Bu festivalı keçirməkdə də əsas hədəf və başlıca məqsəd bu dəyərlərin yaşadılmasıdır. Yəni burada artıq biz həm festival keçirdik, həm Ramazan bayramını qeyd etdik, həm də Şuşanın mədəniyyət paytaxtı elan olunmasının şahidi olduq.

Ermənilər işğal altında saxladıqları bütün ərazilərimizdə, o cümlədən də Şuşada müsəlman və xristian abidələrini dağıdıb, saxtalaşdırıblar. Bəzilərində donuz, inək saxlayıblar. Ümumiyyətlə, onlar Qarabağda müsəlmanlığın, İslamın izini silməyə çalışıblar. Azərbaycan artıq Şuşadan başlayaraq digər ərzilərimizdə də bu dəyərlərə sahib çıxır. Biz görürük ki, Şuşada Yuxarı Gövhərağa məscidi təmir olunur və burada yerləşən kilsə də dövlətin bilavasitə diqqət və qayğısı ilə əhatə olunub. Orada da müəyyən təmir və bərpa işləri həyata keçiriləcək. Bu onu göstərir ki, Azərbaycan qısa müddətdə bu ərazilərdəki bütün tarixi-mədəni və dini abidələri bərpa edəcək. Bu, həm müsəlman abidələrinə, həm də qeyri-müsəlman abidələrinə aiddir. Bu dəyərlərin hər birinə bərabər, eyni münasibət göstərilir. Ermənistandan fərqli olaraq, biz bütün dinlərə eyni münasibət bəsləyirik və onlar arasında hansısa bir fərq qoymuruq. Bu da bizim dəyərlərimizə sıx bağlı olmağımızın göstəricisidir.

Şuşada yeni məscidin də təməlinin qoyulması bir daha Azərbaycanın İslam dəyərlərinə, bizim milli-mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir. Azərbaycan həm də nümayiş etdirir ki, müsəlman ölkəsidir, demokratik, tolerant və multikultural dövlətdir, amma öz dəyərlərinə də bağlıdır. Dövlətimiz müəyyən mənada qədimiliklə müasirliyin sintezini yaradır və orada biz qədim məscid olan Yuxarı Gövhərağa məscidini bərpa edirik. Digər tərəfdə isə müasir, rəmzi xarakterə malik, yəni Şuşanın işğaldan azad olunduğu ay, eləcə də günü ifadə edən müasir məscidin də təməlini qoymuşuq və inşasını həyata keçirəcəyik.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ