YAP-ın İdarə Heyəti 40 nəfərə çatdırıldı, çoxları çıxarıldı...

img

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. İdarə Heyətinin tərkibi 20 nəfərdən 40 nəfərə çatdırılıb.

Siyasi şura ləğv edilib, Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib.

Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının sədri seçilib.

Bundan əvvəl Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

Yeni Azərbaycan Partiyası icra katibliyi ləğv edilib, əvəzinə Mərkəzi Aparat yaradılıb və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Tahir Budaqov partiya sədrinin müavini, aparat rəhbəri yətin edilib.

İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Hacıbala Abutalıbov (təqaüdçü), Vaqif Əliyev (Mədəniyyət və Turizm nazirinin I müavini),  Nurlana Əliyeva (Bakı Slavyan Universitetinin rektoru), Akif Əlizadə, Əli Həsənov (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor),  Əli Həsənov (Yeni Azərbaycan Partiyasının Sədr müavini), Yusif Hümbətov («Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri), Nizami Xudiyev (Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri),  Kərim Kərimov (Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı), Abel Məhərrəmov (akademik), Siyavuş Novruzov (Milli Məclisin Regional məsələlər komitəsinin sədri) YAP-ın İdarə Heyətində yer almayıblar.

Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası YAP-a qoşulub.

Son xəbərlər