Bazar günü günü, 04 oktyabr 2026
     

"Çünki o əl, o göz, qulaq, o baş, ayaq əyridir"... - Əkbər QOŞALI yazır

Image


Bu il doğumunun 140-cı ildönümü olan ustad Abdulla Şaiqin məşum 1937-ci ildə yazdığı, "Xalq düşməninə" adlı bir şeiri var (O illərdə bizim pırıl-pırıl cavanlarımızı, müdrik ağsaqqallarımızı, dəyərli aydınlarımızı daha çox ermənilər, erməniyanlılar, erməni toruna düşənlər Sibirə göndərtdirir, həyatlarına son verdirirdi). Görkəmli ədibin şeirindəki bisimillah bəndini 1937-ci ildən 2021-ci ilə və Ermənistana daşımaq istərdim - görün bugünkü erməni siyasi-hərbi rəhbərliyinə nə qədər də yaraşır:

"Dayan, dayan, cahil memar, bina, otaq əyridir

Çünki o əl, o göz, qulaq, o baş, ayaq əyridir.

Bacarıqsız bir memarsan yeni bina qurmaqda

Ancaq məharətin vardır dağıtmaqda, qırmaqda"... -

Elə bil uğursuz Ermənistan dövlətinin boyuna biçilib bu misralar. Təkrar etmək istəmirəm: erməni dövləti əyridir, erməni tarixi əyridir, erməni mədəniyyəti əyridir, erməni məzhəbi əyridir, erməni səmimiyyəti və qonşuluğu əyridir, əyridir... Və əyri erməni ilə əyri oturub düz danışmağa ha çalışsdıq, ha çalışdıq torpaqlarımızdan çıxmadılar ki çıxmadılar. Ta ki Dəmir Yumruq başlarına endikdən sonra ayıldılar. Ayıldılar amma görünür tam ayılmayıblar, öz ağıllarınca əvəzçıxmağa, pozuculuq etməyə çalışırlar. Yeni düzən, yeni reallıq yaranıb: ədalətli sülh təsis etməyə cəhd edirik, di gəl, savaşmağı bacarmayanlar, indi də sülh təsis etməyi, dinc quruculuq dövrünün gerçəkliklərinə uyğun davranmağı bacarmır. Yıxmağa, dağıtmağa öyrəşənlər, qurmağı, tikməyi, dirçəltməyi hardan biləcək ki?!.

Belə bir söz var, deyərlər, “qurban olum o savaşa ki, üstündən 3 gün keçib”. Savaşın başqa bir üzüsə bu cümlələrə tökülüb: “Üçyüz otuz beş il savaşı” (1651-1986)... – Bu, dünyanın ən uzun sürən savaşı sayılır. Niderlandla Silli Adaları ( -Böyük Britaniyaya bağlı Yeddi Əyalət) arasında gerçəkləşib; bu uzun savaş illərində rəsmi olaraq silahlı çatışma olmasa da, barış andlaşması yalnız 1986-cı ildə razılaşdırıla bilib... Əgər birinci misaldakı savaş əsasən qonum-qonşu arasındakı kiçikçaplı anlaşılmazlıqları ifadə edirsə, ikinci misalda söhbət, coğrafiya, iştirakçılar və uzunmüddətli anlaşılmazlıq səbəbindən başqa müstəvidə cərəyan edir. İşə baxın ki bu iki misalın hər ikisinin Ermənistana, erməni siyasi-hərbi rəhbərliyinə həm aidiyyatı var həm də yox... Ermənilər bizim məişətimizə, mətbəximizə, xalçamıza, musiqimizə, bir sözlə, mədəni irsimizə də yiyə durmaq istəyir, torpağımıza da. Ermənistanla 1994-cü il mayın 12-də cəbhədə atəşkəsi nəzərdə tutan Bişkək Protokolu da, 2016-cı ilin Aprel Döyüşlərindən sonra əldə edilmiş atəşkəs razılaşması da, 2020-ci ilin İyul (Tovuz) Döyüşlərindən sonrakı atəşkəs rejimi də Ermənistan üçün əlavə fürsət dərəcəsi təşkil etdi, hər imkanda atəşkəsi pozdu, təxribatlar törətdi. Biz bu dərəcələndirməni 44 günlük Vətən Müharibəsi vaxtı da müşahidə etdik, üç dəfə atəşkəs razılaşması oldu, hər üçündə qarşı tərəf xaincəsinə atəşkəsi anındaca pozdu, Gəncə, Bərdə, Tərtər... demədən mülki əhaliyə qadağanolunmuş raketlərlə hücum təşkil etdi. Və nəhayət 10 noyabr Üçtərəfli Bəyanatından sonra yenə dinc durmadı, ərazilərimizə yeni terrorçular göndərdi, onların bir qismi zərərsizləşdirildi, tutulan böyük qismi isə ədalət mühakiməsinə cəlb olunmaqdadır. Beləliklə, Ermənistan nə qısamüddətli, nə də uzunmüddətli savaşdan sonra barış ortamında davranmaq mədəniyyətinə malik deyil. Yalnız başının üstündə Dəmir Yumruq olmalıdır. Dəmir Yumruq xəstə cəmiyyəti sağaltmağa, islah etməyə ən uyğun resept dəyərindədir.

Ermənistanda anlamalıdırlar ki uzaqlardakı dəstəkçiləri onları maşa kimi qullandıqlarını bilir, yaxınlıqdakı zərərdidələr də, erməni güvənsizliyini, erməni yalanlarını bilir; hər iki coğrafiyada üzqaralığı qazanmış bir uğursuz dövlətlə, yaxud xəstə erməni cəmiyyəti ilə səmimi işbirliyi, necə deyərlər, hər hansı bir ortaq gələcək inşa etmək çox çətindir... Ermənilər hər kəsi, ilk növbədə özlərini bu çətinlikdən qurtarmağa borcludur!

Erməni cəmiyyəti ya öz xəstə təxəyyüllərindən, belə təxəyyüldən qurtula bilməyən siyasi-hərbi rəhbərlikdən qurtulmalı ya da yaşı 100 il seyrində olan uğursuz dövlətlərini də buraxmalıdırlar. Üçüncü yol yoxdur.

Bizim Azərbaycanımız da qısamüddətli, uzunmüddətli müharibə mövzusunu irdələmək durumundadır. Çünki unutqanlığımız başımıza bəlalar açıb, çünki uzunmüddətli səbrimiz itkilərimizi də uzunmüddətli edib. Lakin artıq illa da yeni dönəm, yeni reallıqlar yaranıb - elə bizim özümüz və dostlarımız üçün də, bizə düşmən kəsilənlər üçün də... Bu yeni reallıqların düsturunu, fəlsəfəsini Azərbaycan Prezidenti 26 fevral günü keçirdiyi böyük mətbuat konfransında açıqladı. O mətbuat konfransında cənab Prezidentin çoxsaylı suallara 4 saatdan artıq bir müddət içində verdiyi cavablar, necə deyərlər, "Fevral tezisləri" adlı yeni diplomatiya dərsliyidir. O konfransda qalib ölkə başçısı İlham Əliyevin tutarlı, səmimi, doğru, cəsarətli, xəbərdaredici, yolgöstərici fikirləri Qarabağda, ümumən Qafqazda yaşamaq istəyən ermənilər tərəfindən də öyrənilməlidir. Öz rəhbərliklərindən eşitmədikləri həqiqətlər, yeni reallıqların fəlsəfi izahı var orada...

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında ifadə olunduğu kimi Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur:

"Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.

...Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur".

İndi Qarabağdakı ermənilər düşünməlidir: gələcəyi qeyri-müəyyən, köksüz, uğursuz, kasıb və məğlub dövlətin fitnə-felinəmi uymalı, yoxsa, köklü, çiçəklənən və ədalətli sülh yaratmağa qabil qalib ölkənin bərabərhüquqlu vətəndaşımı olmalı? Seçim bu qədər sadədir!

Müzəffər Azərbaycan Prezidentinin davamlı sülhü ümumbəşəri sosial-siyasi dəyər olaraq təsbit etməsi də özlüyündə xüsusi bir kateqoriyadır, fəlsəfi dəyərdir: "Birgəyaşayış prinsipi dayanaqlı inkişaf üçün əsas yaradır. Prioritet vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsidir.

...Bu gün atılan addımlar gələcəyə xidmət etməlidir. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir".

Yaxşı, qalib ölkə başçısının təkliflərinə qulaq verməmək, yeni reallıqları anlamamaq, haqsızca əvəzçıxmağa çalışmaq, sülh yaratma çağırışlarına ürək verməmək, ruh verməmək nəyə gətirib çıxaracaq? - Buyurun, artıq ilkin nəticələrlə tanış olun - istənilən erməni media orqanında iqtidar-müxalifət qarşıdurması haqqında yazılanlara, qarşılıqlı ittihamlara baxın. Yaxud KİV-in bu xəbərinə diqqət edək: İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni ölümündən sonra oğluna verilən medaldan imtina edib.

Başqa bir xəbər başlığı: "Ermənilərin Zəngəzur qorxusu: Azərbaycana qaytarıla bilər".

Zəngəzur - indi kiminçün qorxu, kiminçün ədalət mövzusudur. Haqq incələr, üzülməz...

Zəngəzur Yolu açılmalıdır.

YOLUMUZ AÇIQ OLSUN!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ