Bazar günü günü, 04 oktyabr 2026
     

Hər zaman hazır vəziyyətdə olan «Dəmir Yumruq»...

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransının gedişini mavi ekranlardan dəfələrlə izləmiş, əxz eləmək ücün qəzetlərdən də verilən cavabları bir dəfə yox, dəfələrlə oxumuşam. Videoformatda kecirilən konfransın ana xətti Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi idi.

Ali Baş Komandan suallara cavablarında bir daha Azərbaycanın cahanşumul qələbəsini, müharibədən sonra baş verən proseslər barədə vəziyyəti həm yerli, həm də xarici auditoriyanın diqqətinə çatdırdı. Hər suala cavabından sonra ondakı böyük zəkaya, erudisiyaya, arqumentlərdən istifadə etmək bacarığına qibtə edir, belə bir siyasətçinin məmləkətimizə rəhbərlik etməsindən qürur duyurdum.

Mətbuat konfransında məni ən cox cəlb edən beynəlxalq media mənsublarının ölkəmizin başcısına olan maraqları, hörmət və  ehtiramları idi. Bundan fərəh duymamaq mümkün deyildi. Ali Baş Komandan işgal altında inləyən torpaqlarımızın azad olunmasından hər dəfə söhbət açanda ürəyimi xoş bir həyəcan bürüyür, ordumuzun əldə etdiyi uğurlardan yana bir daha qürurlanırdım.

Oxuduğum kitablarda tez-tez bu fikrə rast gəlirəm. «Hər millət Ordusunu xəyallarının və ideallarının qoruyucusu kimi qəbul edir». Yəni millətin asayişi, rifahı və güvəni qılıncının gücünə dayanır. Məncə, dahiyanə fikirdir. Zəfər paradı keçirmiş çağdaş zamanımızın ölçü meyarıdır desəm, səhv etmərəm. Bu fikrə İlham Əliyevin informasiya sahəsində əldə etdiyi uğurları da əlavə etmək istərdim. Bu da bir qələbədir.

Böyük Britaniyadan olan jurnalist Tattersol mətbuat konfrasında dedi;  Düşünürəm ki, mətbuat konfransının uzunluguna görə siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşgulam, amma hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı apardığının şahidi olmamışam.

Bəli, dünya mediasını bu dəfə də öz intellekti ilə təəccübləndirməyi bacaran misilsiz liderimiz 4 saatdan çox davam edən mətbuat konfransında 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına cavab verməklə bir ilkə imza atdı.

Yadıma Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin oktyabr, noyabr aylarında 30-dan çox nüfuzlu media qurumuna müsahibə verməsi, canımız Azərbaycanın üstünə kölgə salmaq üçün beynəlxalq jurnalistlər tərəfindən verilən suallar düşdü. Bu bir faktdır ki, dünya erməniləri müharibə dövründə kütləvi informasiya vasitələrindən istifadə etməklə ölkəmizə total hücuma keçmişdilər. Nə qədər feyk xəbərlər və məlumatlar yayıldı. Cənab Prezidentimizlə görüşən beynəlxalq jurnalistlər öz sualları ilə Azərbaycanı sülh danışıqlarını pozmaqda, qadağan olunmuş silah və sursatların tətbiqində, muzdlulardan istifadə etməkdə suçlayırdılar. Və bu sualların cavabları, döyüş meydanı ilə yanaşı, informasiya sahəsində də mövcud təxribatların qarşısının alınmasını, çox yalanların ifşasını təmin etdi.

Bu gün isə mənzərə tamamilə başqa idi. Demək olar ki, əksər beynəlxalq jurnalistlərin sualları əslində təmsil etdikləri ölkə mətbuatının Prezidentimizə olan hörmətini, ehtiramını göstərirdi.

Yalnız İranın Mehr Agentliyinin sualı təxribat xarakteri daşıyırdı. Lakin Prezidentimiz burada da əsl ziyalı, peşəkar diplomat olduğunu göstərdi, bir zadəgan əsaləti nümayiş etdirdi. Dəlilləri ilə müxbirin tamamilə yalan məlumatlara malik olduğunu bildirən İlham Əliyev: – Siz bir xanım olaraq dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm belə şayiələr yayarkən daha məsuliyyətli olun. 

Rusiyanın «Zvezda» və «Bolşaya Asiya» mediaholdinqlərini təmsil edən jurnalistin fikirlərində isə Cənab İlham Əliyevə olan hörməti, etimadı görmək çox xoş idi.

-Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Cünki siz Qarabag münaqişəsi zamanı mütləq mənada sülhməramlı kimi cıxış etdiniz. Siz sülh haqqında danışdınız, halbuki, digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi.

«Ukraina-24» telekanalının jurnalisti sualını səsləndirməmişdən əvvəl dedi: -Sizin təcrübəniz bizim üçün çox vacibdir.

Prezidentimiz haqqında xoş fikirlər söyləyən Türkiyənin CNN televiziya kanalının müxbiri bu ifadələrində necə də haqlı idi:- Xocalı soyqırımı törədilərkən, Qarabağ müharibəsində dinc insanlar öldürülərkən bir çox ölkələr susdular.

Ukraynanın «İnter» telekanalının müxbiri deyir: Mən hərbi jurnalist kimi bütün planetdə onlarca müxtəlif hərbi münaqişələri işıqladırmaq imkanına malik olmuşam. Demək istəyirəm ki, Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi üçün xüsusi əməliyyat, mənim fikrimcə, həm hərbi texnologiyaların tətbiqi baxımından, ən başlıcası, dinc əhali və hərbçilər arasında tələfatın minimuma endiriməsi, həm də yeni hərbi texnologiyanın tətbiqi baxımından nümunəvi əməliyyat idi. Azərbaycan bütün dünyaya göstərdi ki, səngər  müharibəsi artıq keçmişdə qalıb və mən əminəm ki, bu, bir çox hərbi məktəblərin  dərsliklərinə daxil ediləcək.

Bəli, ölkəmizin Prezidenti öz dürüstlüyü, haqq işi ugrunda mübarizəsi ilə zamanın xeyrimizə işləməsini təmin etmişdir.

Hamımızın sevimlisi Ali Baş Komandan İlham Əliyevin cahanşumul qələbəsi, onun qətiyyəti, arqumentlərə söykənən cavab və çıxışları sayəsində bütün dünya xalqımızın ədalət uğrunda, təkrar edirəm, yalnız ədalət uğrunda mübarizə apardığını təsdiq etməli oldu və onun dediyi: Biz hələ bundan sonra da güclənəcəyik, hərbi və iqtisadi potensialımız artacaq, beləliklə Azərbaycan revanşist mövqedən çıxış edən tərəflər bilməlidilər ki, ölkəmizin dəmir yumruğu hər zaman hazır vəziyyətdədir, onların başını bundan sonra da əzəcək. Sadəcə, izləyib nəticə çıxarmaq lazımdır.

Bu mətbuat konfransının Azərbaycan həqiqətlərinin təbliğində, ermənilərin əsl simalarının bir daha dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayır.  Konfransın erməni qəddarlığının təzahürü olan Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf etməsi olduqca böyük əhəmiyyət kəsb edirdi. Bu səpgidə aparılan təbliğatların nəticəsidir ki, Xocalı soyqırımı 10-dan çox ölkədə rəsmi soyqırım kimi tanınmışdır.

Və nə gözəl ki, Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılır. Xarici KİV-lər 4 saatdan çox davam etmiş mətbuat konfransında İlham Əliyevin jurnalistlərin suallarını ətraflı cavablandırdığını, çox vacib məsələlərə toxunduğunu, önəmli mesajlar verdiyini qeyd etmişlər.

Yaponiyanın nüfuzlu «JIJI PRESS» Agentliyi Prezidentimizin mətbuat konfransına istinadən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan böyük quruculuq işləri barədə yazıb. Yazının məğzi elə başlıqdan məlumdur: Böyük aeroportun inşası Azərbaycanın Dağlıq Qarabağ regionuna nəzarətini daha da gücləndirəcək.

Türkiyənin, Rusiyanın, Ruminiyanın, Çinin, Livanın, Qırğızıstanın, Gürcüstanın, İspaniyanın… və sair ölkələrin qəzetlərinin, xəbər portallarının, informasiya agentliklərinin və digər KİV-lərin verdiyi informasiyalarda xüsusilə dövlət başçımızın şəxsiyyəti, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, hazırda Ermənistanda gedən proseslərlə bağlı fikirlərinə yer verilib.

Prezident İlham Əliyevin mətbuat konfransında Ermənistanla bağlı fikirləri, verdiyi mesajlar erməni mediasının, sosial şəbəkə istifadəçilərinin də nəzərindən qaçmayıb. Və ermənilərin sosial şəbəkələrdəki şərhləri, statusları göstərir ki, onlar ölkənin məhfə getməsi, Ali Baş Komandanımızın Ermənistan üzərində üstünlüyünün artması barədə fikirlərinə şərikdirlər. «VKontakte» sosial şəbəkəsində bir istifadəçi başqa bir istifadəçiyə yazıb: Sənin dünyadan xəbərin yoxdur? Mətbuatı izləmirsən? Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər, bizim taleyimiz Tanrının ümidinə qalıb.

Barsıq Alaverdyan adlı biri «İnstaqram» hesabında yazıb: İlham Əliyev Bakıdan, Qarabağdan Paşinyana, Sarkisyana, Köçəryana od püskürür, bizimkilər isə hakimiyyəti qorumaq və hakimiyyətə gəlməyin yollarını axtarırlar.

Əslində elə belə də olmalıdır. Hələ onların bir-birlərini qarşılıqlı ittiham etmələrinin çox şahidi olacağıq. Haradan gəldikləri, kimdən törədikləri müammalı olan ermənilər hər yerə özləri ilə bəla gətirirlər. Getdikləri yerdə onların halına acıyıb cörək, su verən əlləri həmişəki kimi qapmağa adət ediblər. Onlara qucaq açan insanlara az qala qul, kölə olan ermənilər, sonralar yaşamaq üçün verilən yerlərin iddiasında olublar. Ona görə də bu kəslərin özləri ilə vuruşması qaçılmazdır.

Konfransda möhtərəm Prezidentimizin qalib lider kimi Azərbaycanın gələcəyi haqqında səsləndirdiyi fikirlər də bir daha son 17 ildə Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini nəzərdən keçirməyə geniş imkanlar açır və heç şübhəsiz hər bir xalq arzu edər ki, İlham Əliyev kimi lideri olsun. Bu isə bizlərin bəxtinə çıxıb, biz azərbaycanlıların şansıdır.

Həqiqətləri faktlar əsasında təmkinlə beynəlxalq auditoriyaya çatdırılması çox heyranedici olmaqla, Azərbaycanın informasiya mübarizəsində növbəti qələbəsidir. Xalqımız əmindir ki, müzəffər Ali Baş Komandan İlham Əliyev Böyük Qayıdışa da nail olacaq, möhtəşəm uğurları ilə dünyanın bir qismini sevindirəcək, heç şübhəsiz qələbəmizi gözü götürməyənləri məyus edəcəkdir. Məğrur, qürurlu xalqıma da ancaq Qələbə, Zəfər yaraşır.

Sonda üzümü sevimli Prezidentimizə tutub deyirəm: Sizin bu gün xalq tərəfindən verilmiş xeyli adlarınız var: Qurucu, Xilaskar, Böyük Azərbaycanlı, Siyasi lider, İşıqlı insan… Bu adları sizə hər birimiz, bütün Azərbaycan xalqı verib, möhtərəm Ali Baş Komandan. Özü də məhəbbətlə, sevgi ilə. Dediyini yerinə yetirən, sözünün sahibi olduğunuzu bildiyimizdən, Qarabağımızı tamamilə dirçəldərək, tezliklə cənnətə çevirəcəyinizə əminik.

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ