Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycanda talışlar - multikultural mühit və dəyərlərin əyani daşıyıcılarından biri…

Image


Multikultural dəyərlərə sahib olan Azərbaycan tolerantlığın əbədi ünvanı kimi şöhrətlənib. Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev deyirdi: "Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır".

Bu, Azərbaycan reallığına, onun çeşidli tərkibinə, müxtəlif mədəniyyətlərlə çulğalaşan həyat tərzinə verilən qiymətdir. Heydər Əliyev hər zaman respublikamızın ərazisində yaşayan bütün xalqların nümayəndələrinə böyük sayğı, sevgi ilə yanaşır, onları cəmiyyətimizin bir parçası kimi dəyərləndirirdi.

  • Azərbaycan bu gün bütün azərbaycanlıların Vətənidir

Azərbaycanın etnik mənzərəsi qədim xalçalarımıza bənzəyir. Onlar kimi qədim, təkrarolunmaz və rəngarəngdir. Sayından asılı olmayaraq, hər bir xalq bu nəfis “xalçanın” əvəzolunmaz və təkrarsız naxışıdır. Onların tarixən bu ərazidə formalaşmış birliyi isə zaman keçdikcə unikal və mükəmməl harmoniyanı, tarixin sanaqlarından çıxan şah əsərini – Azərbaycançılıq məfkurəsini yaradıb. Azərbaycançılıq ideyasının banisi, ümummilli lider Heydər Əliyev 1993- cü ildə Azərbaycanda yaşayan, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların vahid amal ətrafında birliyinin, həmrəyliyinin əhəmiyyətindən danışarkən bunları deyib: “Azərbaycan bütün azərbaycanlıların Vətənidir”. Ümummilli liderin ən böyük məqsədlərindən biri bu idi ki, bölünməz Azərbaycan xalqı bəşər tarixində öz üzərinə düşən missiyanı aydın dərk edərək ortaq maraqlarımızı özündə əks etdirən taleyüklü ideologiyanın Azərbaycançılıq məfkurəsinin formalaşmasına təkan versin. Uzun müddət sonra Prezident İlham Əliyev həmin tarixi missiyaya sədaqətin dəyişilməz olduğunu bir daha nümayiş etdirərək bildirib  ki, müasir, dinamik inkişaf edən, demokratik dövlət olan Azərbaycan bu gün bütün azərbaycanlıların Vətənidir.

  • Azərbaycan milli dövlət radiosunda talış dilində verilişlər hazırlanır

Azərbaycan Respublikasının cənub bölgəsi sayılan Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı rayonları ərazisində kompakt və həm də azərbaycanlılarla qarışıq halda yaşayan talışlar tarixən başlıca məskunlaşma ərazilərindən başqa Azərbaycanın başqa regionlarında, habelə Bakı, Sumqayıt kimi sənaye şəhərlərində də yaşamağa başlamışlar. 1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına görə, talışların sayı 76,8 min nəfər olub. Talışlar əkinçilik, maldarlıq, ipəkçilik, bağçılıq, üzümçülük, arıçılıq və balıqçılıqla məşğul olurlar. Respublikamızda azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədilə onlarla mədəniyyət mərkəzi yaradılıb. Bunlardan biri də "Talış Mədəniyyət Mərkəzi"dir. Onun fəaliyyəti nəticəsində Lənkəran-Astara bölgəsinin müxtəlif yaşayış məskənlərində, mədəniyyət evlərində milli rəqs və mahnı kollektivləri yaradılıb. Bundan başqa, Azərbaycan milli dövlət radiosunda talış dilində verilişlər hazırlanır. Azsaylı xalqlarla bağlı dövlət tədbirlərindən biri də talış dilində I-IV siniflər üzrə məktəblərin açılmasıdır.

Əsrlər boyu Azərbaycanda 80-dən çox etnosun nümayəndəsi yerli etnos olan azəri türkləri ilə yanaşı yaşayır. Bu tarixi təcrübə azsaylı etnosların və etnik qrupların, yoxa çıxma təhlükəsinin aradan qaldırılmasına, etnik və konfessional fərqlərə baxmayaraq, sülh və həmrəylik şəraitində yaşamasına parlaq nümunədir. Etnik çoxluqla yan-yana yaşayan digər xalqlara münasibətdə tolerantlıq ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi islam dininə xas dözümlülüklə, müxtəlif etnik icmaların vahid ərazidə tarixən təşəkkül tapmış birgəyaşayışı ilə izah olunur. Azərbaycanın və Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlara münasibətdə ayrıseçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir.

  • Bir dəfə də olsun, etnik azlıqlara münasibətdə ayrıseçkilik faktları qeydə alınmayıb

Ölkəmizdə əhəmiyyətli sayda talış etnosuna məxsus insan yaşayır. Tarixin heç bir dövründə həmin etnosla yerli türklər arasında hər hansı bir etnik qarşıdurma yaşanmayıb. Bu vaxta qədər talışlara qarşı heç bir ayrıseçkilik tətbiq olunmayıb. Onlar yerli türklər kimi Azərbaycanı öz dövləti hesab edir. Azərbaycan bütün etnosları ilə bir dövlətə çevrilib. Bu dövlət həm türkün, həm də talışın, ləzginin, tatın, udinlərin, avarların, saxurların və digər azsaylı etnosların dövlətidir. Tarixə nəzər salsaq görərik ki, bu azsaylı etnosların hər biri Azərbaycanın bütövlüyü uğrunda əlindən gələni edib. Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olan talış qardaşlarımızı da unutmamışıq. Yəni bu dövlət təkcə türkün yox, həmçinin siz talışların və digər azsaylı etnosların dövlətidir. Bu dövlətin müstəqilliyi və ərazi bütövlüyü uğrunda yerli etnoslarla birgə minlərlə şəhid vermişik. Vaxtilə Əlikram Hümbətov erməni havadarlarının dəstəyi ilə “Talış-Muğan Respublikası”nı qondardı, amma məqsədinə nail ola bilmədi. Talışlar Əlikramın yox, ulu öndərin ardınca getdi. Çünki talışların zehnində separatçı niyyət olmayıb, olmayacaq. Bu yerli etnos Azərbaycanı özünün dövləti hesab edir.

  • Talışlar müstəqilliyimiz, bütövlüyümüz, inkişafımız, gələcəyimiz uğrunda əzmlə, igidliklə vuruşan etibarlı, dəyanətli insanlardır

Xalq yazıçısı Sabir Rüstəmxalı talışlarla bağlı bunları deyir: “Cənub bölgəsində yaşayan türkləri də, talışları da yaxşı tanıyıram və onların arasında heç vaxt ayrı-seçkilik görməmişəm. Bəlli sifarişləri yetinə yetirən və süni ayrıseçkilik salmaq istəyənlər gəlib-gediblər, lakin ümumu birlik, mehribançılıq, Vətənin taleyi üçün məsuliyyət hissi heç vaxt dəyişilməyib. Hamı bir-biri ilə qohum-qardaşdır.

Ötən illər də göstərdi ki, talışlar yurduna, vətəninə bağlı olan zəhmətkeş, sadə, Azərbaycan türkləri ilə, yəni bizlərlə problemi olmayan xalqdır. Əvvəlki savaşlarda olduğu kimi, bu müharibədə də talışlar qəhrəmanlıq göstərir və ən çox şəhid verən bölgələrdən biri elə Talış zonasıdır. Belə olan halda ermənilərin "talış kartı"nın bir mənası qalmır. Ermənilər zaman-zaman Azərbaycandakı digər azsaylı xalqlar arasından "zəif bənd" tapmağa, bizə ziyan vurmağa çalışıblar. Amma bu düşmən siyasətinin heç bir nəticəsi olmayıb və bu xalqlar Azərbaycanda ayrıseçkilik görmədən və ayrıseçkilik salmadan yaşayırlar. Onların elmi-mədəni, siyasi yüksəlişinə heç bir maneə yoxdur. Talışlar Azərbaycanın dövlər maragını hər şeydən yüksək tutan, həyatımızın bütün sahələrində yorulmadan, halallıqla və torpağa bağlılıqla çalışan, müstəqilliyimiz, bütövlüyümüz, inkişafımız, gələcəyimiz uğrunda əzmlə, igidliklə vuruşan etibarlı, dəyanətli insanlardır. Ona görə araya nifaq salmaq cəhdlərinin heç bir mənası yoxdur...Biz hamımız bir yerdə azərbaycanlıyıq. Yaşasın Azərbaycan! “

  • Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin ruh yüksəkliyi ilə, Vətənini, torpağını qorumaq naminə könüllü olaraq orduya yazılması…

Qeyd edilməsi mühümdir ki, MDB ölkələri içərisində Azərbaycanın milli azlıqların hüquqlarının qorunması ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar qanunvericilik baxımından daha mükəmməldir. Belə ki, Azərbaycan BMT Baş Assambleyasının 1992-ci il 18 dekabr tarixində milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı qəbul etdiyi Bəyannaməyə və Avropa Şurasının 1995-ci il fevralın 1-də “Milli azlıqların hüquqlarının qorunması haqqında” qəbul etdiyi Çərçivə Konvensiyasını təsdiq etməklə bu qanuna 13 iyun 2000-ci ildə qoşulub. Bir sözlə, bu  gün Azərbaycan  yerli  aborigen tayfa birləşmələri və xalqlarla yanaşı, öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların  doğma  Vətəninə  çevrilib. Bugünə qədər ölkəmizdə heç bir etnik və dini zəmində münaqişə baş verməyib və bu proses indiki gərgin siyasi şəraitdə də davam etdirilir. Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrinin ruh yüksəkliyi ilə, Vətənini, torpağını qorumaq naminə könüllü olaraq orduya yazılması və hətta bu yolda şəhid olmağı belə gözə alması bunun bariz nümunəsidir.

  • Talışlar daima Azərbaycan dövlətçiliyinə sadiq olublar

Azərbaycanda yaşayan xalqlar arasına nifaq salınmasına yönələn erməni təbliğatının əbəs cəhdlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan qədimdən bəri müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olub. Müxtəlif xalqların və konfessiyaların nümayəndələri əsrlərdir burada dinc yanaşı yaşayırlar. Bu gün Azərbaycan dünya birliyi tərəfindən tolerantlıq, dini dözümlülük və multikulturalizm nümunəsi kimi tanınır. Buna görə də ermənilərin Azərbaycanda yaşayan xalqları bir-birinin üstünə qaldırmaq cəhdləri heç bir perspektivə malik deyil. Həmçinin, erməni saxtakarlarının Azərbaycanda yaşayan milli azlıqları onların Azərbaycan-türk çoxluğu tərəfindən təqibə məruz qalmasına inandırmaq cəhdi də əbəsdir. Ölkəmizdə yaşayan ləzgilər, talışlar, yəhudilər və başqaları “böyük Ermənistan” cinayətkar ideologiyasının daşıyıcıları tərəfindən gördükləri zorakılıq, vəhşilik və qəddarlıq haqqında məlumatı öz tarixi yaddaşında qoruyub saxlayır.

Ermənilər Azərbaycanda bərabərhüquqlu vətəndaşlar kimi yaşayan talışlarla bağlı bütün təxribatlara əl atırlar. Öz ölkələrində bir nəfər də olsun talış olmadığı halda, İrəvanda 10 nəfər redaksiya heyəti olan talış dilində televiziya açıblar. Təbii ki, məqsəd bəllidir. Oradan aparılan təbliğatla Azərbaycandakı talışlarla dövlətin münasibətini gərginləşdirməyi istəyirlər. Ancaq bunlar heç bir fayda vermir. Çünki talışlar daima Azərbaycan dövlətçiliyinə sadiq olublar.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ