Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənistanda üçüncü qüvvə problemi üzə çıxdı – İrəvan qarşıdurmanın pik həddində...

Image


Ermənistanda hakimiyyət və müxalifət arasında mövcud ziddiyyət davam etməkdə, ölkədə yaranmış siyasi böhran daha da dərinləşməkdədir. Böhranın davam etməsi isə Ermənistan üçün təkcə siyasət yox, iqtisadiyyat, sosial həyat və digər istiqamətlərdə artıq daha böyük problemlər yaradır.

Artıq ikinci həftədir bir-birinin istefasını tələb edən Ermənistan siyasi və hərbi rəhbərliyi ümumi razılığa gələ bilmir. Əvəzində İrəvan küçələrində münaqişə tərəflərinin mitinqləri davam edir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalif qüvvələr parlament binasının yerləşdiyi prospektdə çadırlar qurub, Paşinyan getməyincə burada qalacaqlarını deyirlər. Əslində, bu ölkədə hakimiyyətə qarşı etirazlar Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında noyabrın 10-da Qarabağ müharibəsinin dayandırılması haqqında bəyanat imzalandıqdan sonra başlayıb. Lakin fevralın 25-dən etiraz dalğası daha da güclənib. Buna Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanı istefaya göndərmək qərarı səbəb olub. Xatırladaq ki, Xaçatryan baş nazir Paşinyanın "İsgəndər" raket komplekslərinin Qarabağ müharibəsi zamanı özünü doğrultmadığına dair bəyanatını istehza ilə şərh etmişdi. Onun istefasından sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın başçılığı ilə 40-a yaxın yüksək rütbəli hərbçi baş nazirin və Nazirlər Kabinetinin istefasını tələb edən bəyanatla çıxış edib. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandırıb və dərhal Baş Qərargah rəisinin istefasına sərəncam verib. Lakin prezident Armen Sarkisyan müxalif və parlament siyasi qüvvələri və hərbi rəhbərliklə məsləhətləşdikdən sonra ona iki dəfə göndərilən sənədi imzalamadan geri qaytarıb. Politoloqlar yaranmış vəziyyəti birmənalı olaraq siyasi böhran kimi səciyyələndirir. Amma müxalifətin ordunun dəstəyi ilə baş nazir Nikol Paşinyanı istefaya məcbur edəcəyi ilə bağlı fəaliyyət və gözləntiləri fiaskoya uğrayıb. Ermənistan generaliteti arasında Paşinyanın tərəfində olanların mövcudluğu ordu rəhbərliyi arasında da artıq parçalanmanın yaşanmasına səbəb olub. Yaranmış vəziyyətdə hakimiyyətin rəqiblərini neytrallaşdırmaq üçün inzibati metodlardan istifadə etməyə başlaması müşahidə edilməkdədir. “Vətənin xilası uğrunda hərəkat”ın baş nazir vəzifəsinə vahid namizədi Vazgen Manukyana qarşı cinayət işinin açılması bunun təsdiqidir. Manukyan cinayət işinin siyasi motivlərə söykəndiyini bildirir, istintaqla əməkdaşlıqdan imtina edir. Müxalifət sıralarında yer alan “Qarabağ klanı”nın təmsilçilərindən olan Robert Köçəryanla da bağlı cinayət işinə son verilməyib. Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında Köçəryan barəsində olan cinayət işi ilə bağlı məhkəmə prosesinin illərlə davam edəcəyini istisna etməyib. Klanın digər nümayəndəsi Serj Sarkisyan isə Paşinyan tərəfindən Onik Qasparyanla işbirliyində ittiham edilir. Bu əsasda Serj Sarkisyana qarşı yeni cinayət işinin qaldırılması gözlənilir. Paşinyanın istefasını tələb edən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyana qarşı da cinayət işinin qaldırılmasına hazırlıq gedir. Düzdür, bu xüsusda Ermənistan mediasında yayılan məlumatları bu ölkənin Baş Prokurorluğu, hələ ki, təkzib edir. Lakin media, bu təkzibə baxmayaraq, Qasparyana qarşı tezliklə ittihamlar irəli sürüləcəyini iddia edir. Hakimiyyət artıq Qasparyanı Baş Qərargah rəisi vəzifəsində əvəz edəcək namizədlər müəyyən edilməsinə başlayıb. Onlar əsas etibarı ilə baş nazirə qarşı neytral və ya loyal mövqe tutan generallardır. Bəzi müxalif liderlərin, eləcə də Qasparyanın müxtəlif ittihamlarla həbsi müxalifətin inzibati güc yolu ilə neytrallaşdırılmasına imkan verir. Bu halda Paşinyan hakimiyyətinin qorunması üçün əlavə imkanlar əldə edəcəyini düşünür. Bu kontekstdə müxalifət Paşinyana qarşı daha həlledici addımların atıla biləcəyini bildirir. Vazgen Manukyan daha əvvəl belə həlledici addımın hakimiyyətə qarşı qiyam olduğuna dair açıqlamalar verib, müvafiq planların hazırlandığını da bəyan edib. Qiyamdan ehtiyat edən hakimiyyət Ermənistan paytaxtına daxili qoşunların əlavə qüvvələrini yeridib.

“Qafqaz İnstitutu” təhlil mərkəzinin direktoru, politoloq Aleksandr İskandaryan mövcud siyasi böhranın bu fonda yaxın tezlikdə çözülməyəcəyini bildirir: “Müxalifətin inqilab niyyəti alınmır. İnqilab, 2018-ci ildə olduğu kimi, yüz minlərlə insanın küçəyə çıxdığı məqamda uğurlu olur. Mövcud böhranın gözə çarpan xüsusiyyəti odur ki, nə müxalif qüvvələrin, nə də Paşinyanın tərəfdarlarının mitinqləri kütləviliklə seçilir. Cəmiyyətin əksər hissəsində süstlük, laqeydlik, yorğunluq hiss olunur. İnsanlar küçəyə çıxıb iki il yarım ərzində ikinci dəfə "inqilab etmək" həvəsində deyil, çünki onlar nəyinsə dəyişməsinə heç bir imkan, perspektiv olmadığını görür. Yüksək rütbəli hərbçilərin istefa tələbi etiraz hərəkatının mövcudluğu ilə bağlı qarışıq vəziyyətin tərkib hissəsidir. Bunu üsyan da adlandırmaq olmaz, hərbçilər 15 dəqiqəyə tankları küçəyə çıxara bilər, lakin onlar bunu etmir. Digər tərəfdən, baş nazirin istefasına çağırış da ordunun siyasətə qarışmaması prinsipini pozmaqdır. Müxalifətə gəldikdə, onlar da hələ dönüş yaradacaq miqdarda insan meydana çıxara bilmir. Paşinyanın hökumətinə qarşı kilsə də, universitet müəllim və professorları da, Elmlər Akademiyası da çıxış edib, bəzi icma və rayon başçıları etiraz olaraq vəzifələrini tərk edib, ölkə prezidenti növbədənkənar seçkilər keçirməyi təklif edib. Lakin küçədə yetərli sayda insan yoxdur”.

Rusiyanın "Kommersant" qəzetinin yazdığına görə, bu gün Ermənistan elə vəziyyətə düçar olub ki, ondan çıxış yolu görünmür: “Cəmiyyət bu halda yenidən Nikol Paşinyana etimad göstərmək məcburiyyətində qala bilər. Lakin Nikol Paşinyan 2020-ci il Qarabağ müharibəsindən sonra ermənilərin şüurunda məğlubiyyət, şok və təhqirlə assosiasiya olunan bir şəxs olub. Bu məğlubiyyətdə ondan qabaq az qala 30 il ölkəyə rəhbərlik edənlərin "əməyinin" daha çox olduğunu, ölkənin iqtisadi, texnoloji inkişafı baxımındın Azərbaycandan ildən-ilə daha da geri qalması üçün onların məsuliyyət daşıdığı haqqında mülahizələr də eşitmək olar. Paşinyanın tənqidçiləri, onun sələflərindən fərqli olaraq, onu məsuliyyətsiz bəyanatları ilə Bakını təhrik etməkdə və Moskvanı qıcıqlandırmaqda günahlandırır. Paşinyanın alternativi kimi isə əsasən Robert Köçəryan və Serj Sarkisyanın adları hallandırılır. Digər tərəfdən, korrupsiya, iqtisadi durğunluq və müharibədə məğlubiyyətə gətirən geriləmə məhz bu iki şəxsin adları ilə bağlanılır. Üçüncü qüvvə lazımdır. O isə yoxdur. Və çətin ki, yaxın gələcəkdə peyda olsun".

Nahid SALAYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ