Bu ilin 3 mart tarixində səfir Elxan Poluxov Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Ərzaq Təminatı naziri xanım Tereza Cristina ilə görüş keçirib. Görüş zamanı səfir ölkəmizdə qeyd olunan sahədə aparılan islahatlar, yeni texnologiyaların istifadəsi, əkinçilik və heyvandarlıqla məşğul olan insanlar üçün daha əlverişli imkanların yaradılması haqqında məlumat verib.
Kənd təsərrüfatına ölkə rəhbərliyimiz tərəfindən xüsusi diqqətin verilməsi qeyd olunaraq, Braziliya şirkətlərinin də Azərbaycana investisiyalının cəlb olunması mümkün və vacib hesab edilib. 44 günlük Vətən müharibənin nəticələrindən danışan səfir E.Poluxov işğaldan azad olunan torpaqlarda kənd təsərrüfatı üçün böyük ərazilər və infrastrukturun mövcudluğunu diqqətə çatdırıb. İkitərəfli əməkdaşlıq üçün kifayət qədər imkanlardan istifadə etmək, gələcəkdə birgə layihələrin həyata keçirmək məqsədi ilə kənd təsərrüfatı nazirliklər arasında hazırlanan “Anlaşma Memorandomu” nun imzalanmasının vacibliyi bildirilib.
Öz növbəsində, xanım T.Cristina verilən məlumatlara görə qonağa təşəkkürünü bildirib, rəhbərlik etdiyi sahə üzrə ölkəmizlə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Artıq regionumuza xeyli müddət bundan əvvəl səfərinin planlaşdırdığını deyən nazir pandemiya səbəbindən sözügedən səfəri həyata keçirə bilmədiyini təəssüf ilə qeyd edib. Ölkəmizlə kənd təsərrüfatı sahəsində bilik və təcrübə ilə bölüşməyə hazır olduqlarını deyən nazir əlaqələrin intensivlədirməsinin vacibliyini vurğulayıb. Sonda əməkdaşlığa dair mümkün perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Braziliya Latın Amerikasının kənd təsərrüfatı sahəsində ən böyük istehsalçı və bir neçə məhsul üzrə dünyanın aparıcı ölkəsidir.