Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənistanla xosunlaşan bəzi müsəlman ölkələrlə açıq “iqnor siyasətinə” keçidə nə mane olur? - Pakistan belə ölkələrə nümunə olmalıdır

Image


“Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir”. Bunu Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da, öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq”.

Pakistanın Azərbaycanla bağlı mövqeyi aydındır və dəfələrlə bu ifadə olunub. Azərbaycanı Pakistanın müdafiə etdiyi kimi təəssüf ki, müdafiə etməyən müsəlman dövlətləri də var. Bilirik ki, Azərbaycan Prezidenti dəfələrlə müsəlman ölkələrinə çağırış edərək onları Ermənistanla dostluq etməməyə, münasibətlər qurmamağa çağırıb, amma buna baxmayaraq, hələ də o müsəlman ölkələri Ermənistanla “can bir qəlbdə”dirlər. Ermənistanla münasibətlərini kəsməyən, əksinə, daha da yaxınlaşdıran müsəlman ölkələrinə qarşı Azərbaycanın çox açıq və kəskin siyasət ortaya qoymasına mane olan nə isə varmı? Bizim həmin müsəlman ölkələri ilə, sadəcə, müsəlman ölkəsi olmaları xatirinə əlaqə saxlamağımıza dəyərmi?

  • Azər Həsrət: “Onlarla birdəfəlik diplomatik əlaqələri kəsməsi, əlbəttə, mümkün deyil”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, İslam özü bir din olaraq bütün müsəlmanları, bu dinə tapınanları həmrəyliyə çağırır, İslama görə, bir müsəlmanın düşməni bütün dünya müsəlmanlarının düşməni elan edilir: “Özünü müsəlman sayan hər kəs, əlbəttə, müqəddəs Qurani Kərimin, İslam dininin  buyurduğu kimi, hansısa müsəlman qardaşa qarşı düşmənçilik edənlərə düşmən kəsilməlidir. Əslində, belə olmalıdır, İslam bunu öyrədir, bunu təlqin edir. Amma təəssüflə qeyd edə bilərik ki, Ermənistanla birləşib bizə qarşı olan dövlətlərin önündə gedən dövlətlər İslam dövlətləridir. Elə uzağa getməyək, əhalisinin yarısı nəinki müsəlman, üstəlik də türk olan İran dövləti. Əlbəttə, orada türklərin söz haqqı, iradə imkanı olsaydı, onlar bunu etməzdilər. Zatən də etmirlər. Çünki Cənubi Azərbaycanda, İran ərazisində yaşayan azərbaycanlılar həmişə bizimlə həmrəy olublar, bu gün də həmrəydilər. Lakin rəsmi İran dövləti Ermənistanla can bir qəlbdədir, onların rəhbərləri hətta bəyan edirlər ki, ermənilərlə farsların etnik kökləri eynidir. Yəni bu da bunların müsəlmanlığı. Eləcə də bir sıra ərəb dövlətləri. Onlar da hətta Ermənistana hazırlanmış terrorçular göndərirlər ki, o terrorçular müsəlman azərbaycanlılara qarşı vuruşsun. Yəni bu bir daha onu göstərir ki, birlik, bərabərlik, qardaşlıq çağırışları, sadəcə olaraq, sözdən ibarətdir. Yəni, əslində, realda belə bir şey yoxdur. Azərbaycan bu dövlətlərlə əlaqəni kəsməlidirmi və kəsərsə nə olar, kəsməzsə nə olar? Əlbəttə, Azərbaycan nə özünü, nə də başqasını təcrid etmək siyasəti yürütmür. Ermənistan işğalçıdır və ona görə də Ermənistana qarşı təcridetmə siyasəti yürüdülür. Amma başqa dövlətlərə qarşı biz bunu etmirik. Yəni dünya elə vəziyyətdədir ki, hansısa dövlətdən imtina etsək, o da gedib bizim əleyhdarlarımızla birləşəcək, daha açıq şəkildə bizə qarşı gələcək. Yəni belə şeylər var. Əslində, diplomatiyanın dilində belə şeylər deyilməməlidir, amma mən deyirəm. Sözümün canı odur ki, Azərbaycanın Ermənistanla əlaqələrini kəsməyən müsəlman ölkələrindən imtina etməsi, onlarla birdəfəlik diplomatik əlaqələri kəsməsi, əlbəttə, mümkün deyil, gərəkli deyil. Lakin biz həmin müsəlman dövlətlərində işimizi bir qədər genişləndirməliyik. Yəni o ölkələrdəki səfirliklərimiz boş oturmamalı, ictimai-siyasi sektorun fəalları, media mənsubları ilə iç-içə olmalıdırlar. Təəssüflər olsun ki, biz bir çox ölkədə, o cümlədən də müsəlman ölkələrində səfirlərimizin, diplomatik nümayəndələrimizin yetərincə fəal olmadığını müşahidə edirik. Ona görə də onlar bəzən fərqinə belə varmadan gedib ermənilərlə işbirliyi qururlar, hətta bəzən bizə qarşı olan hərəkatlarda yer alırlar. Biz o adamları maarifləndirib o cür fəaliyyətlərdən çəkindirə bilərik. İşləmək lazımdır.

Pakistana gəlincə, həqiqətən də Pakistan Azərbaycan üçün unikal bir qardaşlıq örnəyi sərgiləyir. Əsl İslamı, əsl müsəlmanlığı məhz Pakistanın timsalında görürük. Doğrudur, Türkiyə də var, amma bilirik ki, Türkiyə İslama görə deyil, türklüyümüzə görə yanımızdadır. Hər ikimiz türkük, ona görə bir yerdəyik. Amma Pakistan türk deyil, amma görürük ki, bizimlədir, əsl müsəlmanlığı Pakistan sərgiləyir. Yəni müsəlmanın düşməninə qarşı onlar da bir müsəlman olaraq deməzdim birbaşa düşmənçilik nümayiş etdirir, ən azından, Ermənistanla dostluq münasibəti qurmaqdan imtina edirlər. Yaxşı olar ki, başqa müsəlman ölkələri də, o cümlədən də cənub qonşumuz olan İran dövləti bundan örnək götürərdi, yoxsa, boğulmaqda olan işğalçı Ermənistana nəfəslik açıb Azərbaycana qarşı güclənməsini təmin etməzdi” - deyə A.Həsrət vurğuladı.  

  • Faiq Ələkbərli: “Rəsmi Bakının bu məsələyə daha diqqətlə və sərt şəkildə yanaşmasına heç nə mane ola bilməz”

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bildirdi ki, Pakistan bütün sahələrdə hər zaman Azərbaycanı müdafiə edib, ölkəmizin ədalətli mövqeyini dəstəkləyib, 44 günlük Vətən müharibəsində, birmənalı olaraq, mövqeyini ortaya qoyub: “Bilirsiniz ki, Türkiyə və Pakistan müharibə zamanı Azərbaycana siyasi və mənəvi dəstək verən ölkələrin başında dayandılar. Hesab edirəm ki, Türkiyədən sonra Azərbaycana ən çox dəstək verən ölkələrin ilk sırasında Pakistan durub. Vətən müharibəsində də biz Pakistanın dəstəyini aydın şəkildə gördük. Əlbəttə, Pakistanın Azərbaycana münasibəti bir İslam, müsəlman ölkəsi olmaqla yanaşı, həm də burada keçmiş tarixi-mənəvi birliyimiz və başqa məsələlər mühüm rol oynayır. Gördüyümüz kimi, istər Vətən müharibəsi olsun, istərsə də ondan əvvəlki proseslərdə və digər məsələlərdə olsun, bəzi İslam ölkələri var ki, nəinki Pakistanın, yaxud Türkiyənin Azərbaycana verdiyi hər hansı dəstəyin yüzdə birini vermir, üstəlik də Azərbaycana problemlər yaradırlar. Bu və ya digər anlamlarda hətta Azərbaycan üçün təhdid yaradan müsəlman ölkələri də var. Çox təəssüflər olsun ki, belə müsəlman ölkələrindən biri İran İslam Respublikasıdır. Baxmayaraq ki, İranın əhalisinin xeyli hissəsi Azərbaycan türkləri, azərbaycanlılardır, üstəlik də bu ölkədə yaşayan xalqların böyük əksəriyyəti müsəlmandır, onlar özlərini həmçinin də İslamın şiəlik məzhəbinə bağlayırlar, ancaq bütün bunlara baxmayaraq, İran rejimi Azərbaycan müstəqilliyini bərpa etdikdən bu günümüzə qədər ikili oyunlar oynayıb, ikili standartlardan çıxış edib. Bir çox halda isə ikili standartlar bir yana qalsın, bu və ya digər şəkildə Ermənistana dəstək verməkdən belə çəkinməmişdi. İstər Ermənistanın indiki baş naziri Paşinyan olsun, istərsə də sabiq prezidentlər Köçəryan və Sarkisyanla isti münasibətlər qurmaqdan belə çəkinməyiblər. Azərbaycan isə həmişə bu məsələdə daha soyuqqanlı və təmkinli davranıb, indi də, əslində, belədir. Ancaq son dönəmlərdə İran rejiminə Azərbaycan dövləti, rəsmiləri bir qədər sərt şəkildə davranmağa başlayıb. Daha doğrusu, onların bu hərəkətlərinin bir çox məsələdə, o cümlədən də Dağlıq Qarabağla bağlı yanlış mövqelərini bu və ya digər şəkildə onlara çatdırmağa çalışmışdılar. Eləcə də Birləşmiş Ərəb Əmirlikləri də Azərbaycana qarşı münasibətdə çox qərəzli mövqe tutur. İstər Azərbaycanın ərazi bütövlüyü məsələsində ikili standartlara yol verir, bir çox halda Ermənistana açıq dəstək göstərir. Sözün açığı, digər müsəlman ölkələrində belə neqativ hallara rast gəlirik. Ancaq Azərbaycan dünyəvi bir dövlətdir. Əlbəttə, dini çoxluq baxımından inanca görə müsəlman ölkəsiyik, Konstitusiya baxımından isə dünyəvi bir dövlətik. Hər kəs öz dini inanclarında sərbəstdir. Demək istədiyimiz odur ki, Azərbaycan İslam həmrəyliyi məsələsində nə qədər həmrəylik nümayiş etdirirsə və bunun qarşılığını bəzi müsəlman dövlətlərindən görmürsə, üstəlik də müəyyən anlamda bizə qarşı təhdidlər varsa, təbii ki, rəsmi Bakının bu məsələyə daha diqqətlə və sərt şəkildə yanaşmasına heç nə mane ola bilməz, bu cür də yanaşmalıdır. Azərbaycan, sadəcə, həmişə İslam həmrəyliyinə sadiq qalaraq, başqa müsəlman ölkələrinə də nümunə olmağa çalışıb. Düzdür, biz təmkinimizi və soyuqqanlılığımızı yenə də qoruyub saxlamalıyıq, amma hər halda hər şeyin bir həddi var. Azərbaycan ərazisində İslam abidəsi Ermənistan tərəfindən təhqir edilirsə, məhv edilirsə, onlarla müsəlman qətlə yetirilib şəhid edilirsə, ancaq bunun müqabilində məlum müsəlman ölkələri az qala Azərbaycanın əleyhinə hərəkət edirlərsə, o zaman onlara da yerlərini göstərmək lazımdır” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ