Bazar günü günü, 04 oktyabr 2026
     

Bakıdan İrəvanı mat edəcək uğurlu iqtisadi gediş...

Image


Bu gün Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində ən çox səy göstərən ölkələrdən biri kimi dünya miqyasında qəbul olunur. Ötən il noyabrın 10-da, cari il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan bəyanat da bunun əyani təsdiqidir. Bu bəyanatdan irəli gələrək, Azərbaycan regionda sülh üçün iqtisadi əlaqələrin, kommunikasiyaların bərpasını istəyir.

Naxçıvan dəhlizi, Ermənistanda Zəngəzur narahatlığı – “onlar sahib, ermənilər xidmət edən olacaq...”

O da məlumdur ki, 10 noyabr tarixli bəyanatın bəndlərindən biri də Ermənistan ərazisindən Naxçıvana uzanan dəhlizin yaradılmasıdır. Bu, Azərbaycanı Muxtar Respublika ilə birləşdirən, həmçinin ölkəmizi Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən nəqliyyat dəhlizinin yaranması deməkdir. Artıq beynəlxalq ekspertlər də bildirir ki, regionun gələcək inkişafı və inteqrasiya layihələrinin icrası üçün unikal kommunikasiya imkanları yaradan bu dəhlizin işə düşməsi ilə Avrasiyanın yeni bir mühüm nəqliyyat marşrutu açılacaq. Bu fonda o da danılmaz həqiqiətdir ki, regional əməkdaşlıq layihələrinə qoşulmaqla bağlı müsbət yanaşma nümayiş etdirərsə, o zaman Ermənistan da bu dəhlizdən yararlana biləcək. Özü də bu məsələ Ermənistan üçün olduqca vacibdir. Ən azı o baxımdan ki, bu gün Ermənistan bütün resurs imkanlarından məhrum olmuş və küncə sıxılmış vəziyyətdədir. Bu dövlətin özünü bərpa etməsi yolu isə Azərbaycan və Türkiyə ilə qarşılıqlı əməkdaşlıqdan keçir. Lakin görünən budur ki, Ermənistanda bəzi qüvvələr bunu başa düşmür. Hər halda, Sünik (Zəngəzur) vilayəti ilə bağlı qalmaqalın Ermənistanda davam etməsi və getdikcə böyüməsi də bunun təsdiqidir.

Maraqlıdır ki, hazırda ermənilərin bir çoxu Azərbaycanın tarixi torpağı olan Zəngəzura iqtisadi yolla qayıdacağını proqnozlaşdırır. Məsələn, erməni şərhçi Ruben Danielyan Azərbaycanın Zəngəzuru güc yolu ilə yox, iqtisadi yolla ələ alacağını bildirir: “Əvvəl nəqliyyat-kommunikasiya əlaqələri qurulacaq, Azərbaycan və Türkiyə avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər. Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar. Siyasətçilər çəkiləcək yolların strateji əhəmiyyətindən bəhs edəcəklər, insanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq. Sonra yolların keçdiyi ərazilərə infrastukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq”. Ermənçi şərhçi hesab edir ki, bölgədə yükboşaltma məntəqələri, mehmanxanalar və ucuz türk mallarının satıldığı topdansatış mərkəzləri açılacaq: “Türkiyədən Azərbaycana gedən mallar çoxaldıqca bölgədə əlavə anbarlar açılacaq. Camaat Türkiyə və Azərbaycanın heç də pis olmadığına alışacaq, bu mərhələ normal həyata keçəcəksə, bölgədə biznesə pul qoymağa başlayacaqlar. Kapital Azərbaycan və Türkiyənin olacaq, onlar sahib, ermənilər xidmət edən olacaq. Ardınca türklərin özü gələcək, tədricən Sünik şəhərlərində azərbaycanlıların sayı artacaq. İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək. Türklərin sayı əhalinin 20-30 faizinə çatanda onların və türk investorların maraqlarını müdafiə edən məmurların administrasiyaya ayaq açması qaçılmaz olacaq. Beləliklə, Sünik Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək”. Elə bunlar fonunda Ermənistanda Zəngəzur məsələsi yenidən müxalif qüvvələr tərəfindən hakimiyyətə qarşı istifadə edilən əsas məqamlardan birinə çevrilib. Məsələ Ermənistan parlamentində yenidən gündəmə gəlib. "Maariflənmiş Ermənistan" fraksiyasının deputatı Taron Simonyan baş nazirin müşaviri Tiqran Avinyana növbəti dəfə Sünik vilayətinin sərhədləri və bəzi ərazilərin Azərbaycanın nəzarətinə keçməsi barədə sual verib. Lakin sonuncu bu məsələyə toxunmağa lüzum görməyib. Avinyan sadəcə bildirib ki, hələ 2020-ci il dekabrın 19-da Ermənistanın Müdafiə Nazirliyi Sünik vilayətinin təhlükəsizliyinin təminatı barədə məlumat yayıb: "Biz daim təkrarlayırıq ki, bu razılaşma hələ 2020-ci ilin dekabrında əldə edilib. Rusiya tərəfi Azərbaycanla razılaşdırıb. Mən də bu tribunadan bu barədə məlumat vermişəm, dekabrın 19-da bəyan olunan məlumatı təsdiqləmişəm. Əlavə izaha ehtiyac yoxdur".

Ermənilərin daha bir narazılığı isə sərhəd zonalarda ölkəmizin mövqelərinin möhkəmlənməsi ilə bağlıdır. Gorusun meri İrina Yolyan “Facebook” səhifəsində yazır ki, Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb: "Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt azərbaycanlılar bu gün Vorotanda (Şahverdilər) mühəndis işlərinə başlayıb. Yəqin az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır". Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susur: "Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Sünikin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı azərbaycanlılar, beləsini heç filmdə də görməzsən". Amma bir daha xatırladaq ki, Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur. Zəngəzur ətrafında yaradılan ajiotaj isə, sadəcə, daha çox siyasi məqsədlərə hesablanıb. Vətən müharibəsinin nəticəsi olaraq isə Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir. Halbuki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində müvafiq addımlar atır.

Təşviş üçün əsas olmasa da, ermənilər ərazini tərk edir...

Hazırda Azərbaycan üçün maraq doğuran məsələlərdən biri Zəngəzurdan Naxçıvana gedəcık dəhlizin işə salınmasından sonra onun təhlükəsiz fəaliyyətidir. Bakı bunun üçün bütün lazımi addımları atmağa hazır olduğunu, hətta bu xüsusda Ermənistana müvafiq köməkliklər edə biləcəyini bildirir. Amma bir müddət əvvəl Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyanən verdiyi açıqlamadan belə bəlli olur ki, İrəvan sözügedən dəhlizlə bağlı Rusiya ilə əməkdaşlıq etmək istəyir. Belə ki, İrəvan və Moskva 102-ci hərbi bazanın müəyyən birləşmələrini Ermənistanın şərqinə dislokasiya etmək imkanlarını nəzərdən keçirir. Erməni nazir bu xüsusda bildirib: “Rusiya hərbi bazasının tərkibindən hansısa birləşmələrin Ermənistanın şərq istiqamətində yerləşdirilməsi imkanları barədə danışmaq düzgün olardı. Və bu kontekstdə məsələnin birgə araşdırılması davam etdirilir”. Arutyunyan qeyd edib ki, Ermənistanın sərhədlərini qoruyan Rusiya sərhədçilərinin üzərinə əlavə funksiyalar qoyulub. Bura Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin də edilməsi daxildir. 

Azərbaycan üçün də əsas məsələ Naxçıvan dəhlizi işə düşdükdən sonra onun təhlükəsiz fəaliyyətidir. Bu mənada, Bakı təhülükəsizliyin Rusiya sərhədçiləri və hərbçiləri tərəfindən təmin edilməsində heç bir problem görmür. Amma bununla belə, ermənilərin Zəngəzuru tərk etməsi də diqqətdən yayınmır. Erməni mediası da etiraf edir ki, Zəngəzurda demoqrafik vəziyyət mənfiyə doğru dəyişir. Təkcə son bir ildə 1300 erməni Süniki tərk edib.
“Joxovurd” qəzeti də yazır ki, son bir ildə Ermənistanın bütün bölgələrində əhalinin sayı azalmaqdadır: “Məsələn, Lori bölgəsində 700, Araratda 100, Şirakda 400 nəfər azalıb. Ən çox azalma isə Sünikdə qeydə alınıb: 1300. Bu, yaxşı gələcək vəd etmir”. Burada bir daha qeyd edək ki, 44 günlük müharibədən sonra Ermənistanın Zəngəzurda qanunsuz irəli çəkdiyi dövlət sərhədi də bərpa olunur. Sərhədin demarkasiyası nəticəsində bölgə üçün əhəmiyyətli əkin və otlaq sahələrinin də Azərbaycanın nəzarətinə keçməsi ermənilərin orada yaşamasını daha da çətinləşdirir. Bu fonda qarşıdakı müddət ərzində  Zəngəzuru tərk edən ermənilərin sayının daha çox olması qaçılmaz sayılır. Halbuki, burada ermənilərin təhlükəsizliyinə hansısa ciddi əndişəyə əsas yoxdur. Lakin iqtisadi və siyasi reallıqlar da öz sözünü deyir. İndilikdə isə, razılığa əsasən, Ermənistanla sərhədin demarkasiyası sovet dövründəki xəritə və BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində GPS sistemindən istifadə edilərək aparılır. Amma görünən odur ki, Ermənistan müxalifəti Zəngəzurun Sisyan, Gorus, Qafan və Mehri rayonlarından keçən sərhədlərin demarkasiya məsələsindən Nikol Paşinyana qarşı hələ də ciddi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. 

Tarixi ədalət bərpa edilir...

O da məlumdur ki, əslində, Zəngəzurda tarixən azərbaycanlılar yaşayıb. Lakin ermənilərin faşizm siyasəti soydaşlarımızın buradan didərgin düşməsi ilə nəticələnib. Gorusda son dövrlərə qədər cəmi 4 kənddə – Şurnuxu, Qurdqalaq, Ağbulaq və Şamsız kəndlərində azərbaycanlılar yaşayıb. Əvvəllər Qubadlının olan sərhəd kəndi Şurnuxunun qonşuluğundakı Eyvazlı kəndi 1989-cu ilin dekabrında ermənilər tərəfindən dağıdılıb. Qubadlı-Gorus istiqamətində sərhədin demarkasiyası zamanı əsas müzakirə mövzusu bu iki kənd olub. Bunun əsas səbəbi İrandan gələn yüklərin də daşındığı strateji Qafan-Gorus M2 yolunun 21 kilometrlik Davit-Bek (Zeyvə)-Vorotan hissəsinin Qubadlı ərazisindən – Eyvazlı kəndi və Şurnuxudan keçməsidir. Digər tərəfdən, Şurnuxu ərazisinin bir hissəsi də Qubadlının hesab edilir. Vətən müharibəsindən sonra ermənilər öz sərhədlərinə çəkilməyə vadar edilib. Bu, tarixi ədalətin qismən də olsa bərpası hesab edilir. Ermənilərin bu xüsusda səs-küy salması isə əhəmiyyətsiz hal kimi qiymətləndirilir.  

Ermənistanı narahat edən məsələlərdən biri də İrana çıxış üçün strateji əhəmiyyətli yolun Azərbaycanın nəzarətinə keçməsidir. Bundan əvvəl erməni İranşünas Vardan Voskanyan belə bir açıqlama ilə çıxış edib ki, Azərbaycan Ermənistan-İran arasında bütün quru yollara nəzarət etmək imkanı əldə edib: “Gorusdan Qafana iki yol uzanır. Bunlardan biri M2 dövlətlərarası magistral yoludur: İrəvan-Yeraks-Gorus-Mehri-İran sərhədi. Azərbaycan magistral yolun Şahverdilər, Şurnuxu kəndləri və Qafan yaxınlığından keçən hissəsinə nəzarət əldə edir. Digər dövlət əhəmiyətli yol H46 yolu (Tatev-Aqani-Qafan) cənubda yenidən M2 magistralına bağlanır və Qafan bölgəsində təhlükə altına düşür”.
Onun sözlərinə görə, yeganə təhlükəsiz yol Qafan-Tatev yoludur: “Laki bu yol qışda keçilməz olur. Başqa sözlə, yollarla bağlı yaranan problem təkcə Ermənistanın daxili kommunikasiya yollarının yox, həm də cənuba çıxışın təhlükə altına düşməsi deməkdir”. Amma Azərbaycanla əməkdaşlıq şəraitində Bakı Ermənistan üçün heç bir təhdidin yaranmayacağını bildirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ