Bazar günü günü, 04 oktyabr 2026
     

Azərbaycan dünya miqyasında Ermənistanın mina cinayətlərinə qarşı etiraz dalğası başladır

Image


“Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib”.

Bu açıqlamanı Prezident İlham Əliyev hələ ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında vermişdi. Elə o vaxtdan dünya miqyasına Ermənistanın bu cinayətinə qarşı yeni etiraz dalğasının başlanması müşahidə edilir.

Dünyada artıq o fikir formalaşır ki, Ermənistanın minalanmış sahələrin xəritələrini Azərbaycana verməməsi dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Bu da insanlıq əleyhinə cinayət hesab edilir. Artıq bəlli olduğu kimi? bu günlərdə İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul olunmuş “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də bu məsələyə xüsusi toxunulub. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizləmə əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəflər konstruktiv fəaliyyət göstərməyə dəvət olunub və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsi istənilib. Qətnamədə Azərbaycan tərəfinin üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirdiyini, müharibədən əvvəl və müharibə zamanı tutulmuş bütün erməni hərbi əsirləri qaytardığını bildirdiyi qeyd olunub. Eləcə də qətnamədə İtaliya hökuməti qarşısında ərazilərin minalardan təmizlənməsi əməliyyatlarını asanlaşdırmaq məqsədilə tərəfləri konstruktiv fəaliyyət göstərməyə dəvət etməsi və bu xüsusda, minalanmış ərazilərin xəritələrinin verilməsini istəməsi vəzifələri qoyulub.

Bundan başqa, qeyd edilən məsələyə indi dünya mediasında da xüsusi diqqət yetrilir. Məsələn, Misirin “Əl Masr Əl Yom” nəşrində “Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək istəmir” sərlövhəli məqalədə bu məsələ ilə bağlı Ermənistan sərt tənqid edilir. Məqalədə Prezident İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında, ötən il noyabrın 10-da hərbi əməliyyatların dayanmasına baxmayaraq, Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməməsi səbəbindən hərbçilərin və mülki şəxslərin həlak olması barədə söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, dövlət başçısı həmin ərazilərin tez bir zamanda minalardan təmizlənməsinin mümkün olmadığını, Azərbaycanın etik standartlara və ümumbəşəri dəyərlərə uyğun olaraq hərbi əsirləri və meyitləri Ermənistana təhvil verdiyini diqqətə çatdırıb. Rusiyalı hərbi icmalçı Aleksandr Artamonov da “Pravda.ru” şəbəkə nəşrinin “YouTube” kanalında bu mövzuya toxunaraq bildirib ki, İlham Əliyevin sözlərinə görə, Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazırdır. O həmçinin xatırladıb ki, Azərbaycanın hərbi yolla özünə qaytardığı Qarabağ ərazisi bütün beynəlxalq qanunlara və BMT-nin qətnamələrinə görə Azərbaycana məxsusdur: “Hazırda evlərinə qayıtmağı gözləyən 750 min insan oraya qayıda bilmir, çünki minalanmış sahələrin xəritəsi Azərbaycan tərəfinə verilmir və ərazi məskunlaşmaya yararlı deyil: infrastruktur yoxdur, orada hərəkət etmək mümkün deyil, demək olar ki, hər yer minalanıb. Bununla belə, Azərbaycan sülh barədə danışır”.

Burada onu da xatırladaq ki, Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Ermənistan ordusu hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Bunda əsas məqsəd, yuxarıda qeyd olunduğu kimi, mümkün qədər çox sayda mülki şəxsin həlak olmasıdır. Hazırda ərazilərin minalardan təmizlənməsi prosesi Ermənistanın müvafiq xəritələri təqdim etməməsi səbəbindən əlavə vaxt tələb edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtinası beynəlxalq humanitar hüququn bu ölkə tərəfindən növbəti dəfə kobud şəkildə pozulmasıdır. Bununla Ermənistan beynəlxalq humanitar hüququn silahlı münaqişələrin və münaqişə sonrası davranışın humanistləşdirilməsi kimi mühüm prinsiplərinə də hörmətsiz yanaşma nümayiş etdirir. Həmçinin, hərbi əməliyyatlarda bilavasitə iştirak etməyən şəxslər, xüsusilə mülki əhali, onların həyatına və fiziki toxunulmazlığına hörmət edilməsi prinsipləri də Ermənistan tərəfindən kobud şəkildə pozulur. Onu da bildirək ki, indiki halda Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Lakin hazırda Ermənistan bu öhdəliyini pozmaqda davam edir.

Ermənistan əraziləri işğal altında saxladığı vaxt bu yerlərdə minalama işləri görərkən beynəlxalq qanunların digər müddəlarını da pozub. Belə ki, həmin ərazilərə qadağan olunmuş minalar da basdırılıb. Amma görünən budur ki, dünyada artıq Ermənistanın bu cinayət əməlinə qarşı etiraz və narazılıqlar da artır.

Nahid SALAYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ