Bazar günü günü, 04 oktyabr 2026
     

Paşinyanın xalqdan üzr istəmə jesti və yeni dövrdə reytinq perspektivi...

Image


Yayılan məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərdən üzr istəyib: “Son 10 ayda hökumətimiz hər cür səhv etdi. Və Ermənistandakı, Qarabağdakı, diaspordakı bütün ermənilərdən üzr istəmək istəyirəm. Səhvlərimə görə məni bağışlayın”.

Pasinyanın bu üzr istəməsi Ermənistanda onun növbəti mərhələlərdə siyasi perspektivinə necə təsir edə bilər?

Bəzi ekspertlər hesab edirlər ki, qarşıdan seçki prosesi gəlir və belə bir vaxtda Paşinyanın bu addımı ölkəsində ona xalqın münasibətini daha da müsbətə doğru dəyişə bilər. Ekspertlərın fikrincə, Paşinyan üzr istəməklə indiyə qədər etdikləri səhvlərə görə xalqdan üzr istəməyən rəqiblərini özündən bir addım arxada qoyub.

  • Rasim Quliyev: “...buna ehtiyac duyan təbəqəsini öz ətrafında toplamaq üçün belə geniş səviyyədə üzr istədi”

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, politoloq Rasim Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, peşəkar siyasətlə məşğul olan bir şəxsin belə geniş miqyasda üzr istəməsi hər halda yolverilməzdir. 

“Biz əvvəlcədən demişdik ki, Ermənistanın müharibədəki məğlubiyyəti həm iqtisadi, həm siyasi, həm də hərbi böhrana çevriləcək, siyasi böhran isə dərinləşib hakimiyyət böhranı yaradacaq və bu, vətəndaş müharibəsinə qədər gedib çıxa bilər. Ermənistanda hazırkı qarşıdurma şəraiti ilə bağlı proqnozlar əvvəlcədən verilmişdi. Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır. Hesab edirəm ki, Paşinyan öz xoşuna hakimiyyəti verməyəcək. Çünki Sarkisyanla mübarizə aparıb küçə qələbəsini hüquqi qələbəyə çevirə bildi. Ancaq hazırda Paşinyan artıq o metodla hakimiyyətdən getməyəcək, yeganə yolu odur ki, hərbi çevriliş nəticəsində devrilsin, amma indiki şəraitdə bu da proqnozlaşdırılmır. Dünyanın bir çox ölkəsi buna münasibət bildirdilər ki, hərbi çevriliş perspektivləri Ermənistanın təcrid olunmasına gətirib çıxara bilər və nəzərə alsaq ki, müharibədən yenicə çıxmış və  uduzmuş bir vəziyyətdə hərbi çevriliş Ermənistanın sosial-iqtisadi vəziyyətini həll edə bilməyəcək. Təcrid isə Ermənistanı məhvə aparan bir yolun başlanğıcı ola bilər”.

R.Quliyevin sözlərinə görə, bu səbəbdən də hərbi çevrilişdən də ehtiyat edirlər. Rusiyanın Ermənistanı əldən buraxmaq istəmədiyini deyən R.Quliyev hesab edir ki, son variant kimi ya hərbi çevriliş, ya da Paşinyana qarşı sui-qəsd ola bilər. “Ancaq normal məntiqlə, normal gedişlə o, Ermənistana heç nə vəd etmir. Bu səbəbdən də Paşinyan siyasi müxalifətin ona qarşı etdiyi təzyiqlərin, müqavimətin qarşısına həm əlində olan hakimiyyət rıçaqları, inzibati qaydalarla və hüquqi metodlarla sərt müqavimət qoydu, dedi ki, mən heç də hakimiyyəti qoyub getmək fikrində deyiləm. İkinci tərəfdən də etirazçılara, revanşistlərə, küçə müxalifətinin qarşısına da öz elektoratını çıxardı. Paşinyanın bu şəkildə üzr istəməyinin səbəbi yalnız və yalnız xalq arasında səmimi obrazını, səmimi imicini daha da möhkəmlətmək idi. Paşinyan Ermənistanın sosial-iqtidadi vəziyyətinin inkişaf etməsində maraqlı olan və buna ehtiyac duyan təbəqəsini öz ətrafında toplamaq üçün belə geniş səviyyədə üzr istədi. Sözsüz ki, o, etdiyi səhvləri də izah edərkən müqayisə edəcək ki, mənim səhvlərim zərurətdən yaranan səhvlər idi.  Paşinyan özünə qədərki hakimiyyətin səhvlərini izah edərkən Köçəryan və Sarkisyanın etdiyi səhvlərin qurbanına çevrildiyini deyəcək. Onun üzr istəməsinin alt mənaları təxminən bu istiqamətdədir” - deyə R.Quliyev qeyd etdi.

  • Məhərrəm Zülfüqarlı: “Həm üzr istəməyinə, həm də hazırda onu hakimiyyətdə əvəz edəcək bir şəxsin olmamasına...”

AVCİYA-nın vitse-prezidenti, politoloq Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Paşinyanın üzr istəməsi müəyyən qədər onun hakimiyyətinin ömrünün uzanmasına gətirib çıxaracaq. “Paşinyanın bəxti onda gətirib ki, erməni xalqı Ermənistan müxalifətinə inanmır. Eyni zamanda, Paşinyana da inananların, onu müdafiə edənlərin sayı həddindən artıq azalıb. Paşinyanın gələcək siyasi perspektivi haqda elə də müsbət fikirlər söyləmək olmaz, bilirsiniz ki, xalq ona inanmır. Ona görə də indiki dövrdə bu, Ermənistana nə vəd edir? Paşinyan geci-tezi hakimiyyətdən gedəcək, amma, sadəcə olaraq, onu əvəzləyəcək şəxsin kimliyi məsələsi Ermənistan əhalisini də düşündürür, ona kənardan dəstək verənləri də düşündürür. Çünki ortada şəxsiyyət yoxdur. Paşinyandan əvvəlkilər də cinayətkardır, o özü də xalqa vəd verməklə cinayətlərin başında durdu. Ermənistanı xilas edəcək, sülhü bərqərar edəcək şəxsin olmaması xalqı çox düşündürür. Erməni xalqının beynini zərərli, düşmənçilik ideologiyası ilə o qədər zəhərləyiblər ki, onlar çıxış yolu tapa bilmirlər. Ona görə də beş-on nəfər bir yerə yığışır. Ermənistan hakimiyyətinin apardığı siyasət artıq Ermənistanı iflas edib.

Paşinyanın xalqdan üzr istəməsi onun hakimiyyətinin ömrünün müəyyən qədər uzanmasına təsir edə bilər. Düzdür, o, üzr istədi, etiraf etdi, amma xalqı nahaq qırğına verən adam üzr istəməklə bağışlanmır. Sadəcə olaraq, Paşinyan özündən əvvəlkilərdən fəqrli olaraq, yol verdiyi səhvləri etiraf edib, özündə güc tapıb üzr istəyib. Ona görə də, ola bilsin, erməni xalqı bu üzürə görə ona müəyyən qədər güzəşt etsin. Həm üzr istəməyinə, həm də hazırda onu hakimiyyətdə əvəz edəcək bir şəxsin olmamasına görə xalq hələ onu hakimiyyətdə saxlayacaq. Ola bilsin bir aya, beş aya, ola bilsin payıza qədər” - deyə M.Zülfüqarlı vurğuladı

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ