Bazar günü günü, 04 oktyabr 2026
     

“Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur…” - Səttar Möhbalıyev

Image


“Biz hamımız 44 günlük Vətən müharibəsi dövründə Ölkə Prezidenti cənab İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına hər gün müsahibələr verdiyinin, Azərbaycanın haqlı mövqeyini dünyaya necə böyük məharətlə qəbul etdirdiyinin şahidi olduq.

Həmin müsahibələrdə Azərbaycan Prezidenti hətta qərəzli, bəzən isə açıq-aşkar düşmən mövqelərdən çıxış edən jurnalistlərə qarşı peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbr, qətiyyət, soyuqqanlılıq nümayiş etdirərək, onlara tarix, beynəlxalq hüquq dərsi keçirdi. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında isə dünya Azərbaycan həqiqətlərini artıq birbaşa qalib ölkənin Birinci şəxsinin dilindən eşitmiş oldu. 4 saat ərzində, 4 xarici dildə təxminən 50 sualı tutarlı dəlillərlə, əsaslı şəkildə cavablandıran Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq aləmdə mövqeylərini daha da gücləndirdi”.

Mətbuata verdiyi açıqlamasında bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Millət vəkili bildirib ki, əslində bu mətbuat konfransı həm də Ermənistanın hələ də revanşist xülyalara dalan bəzi dairələrinə və onların dünyada olan havadarlarına ünvanlanmış ciddi xəbərdarlıq oldu. Digər tərəfdən isə, AHİK sədrinin sözlərinə görə, xarici jurnalistlər tərəfindən verilən sualların həm qoyuluşunda, həm də mahiyyətində artıq dünya ictimaiyyətinin Azərbaycanı bir qalib ölkə və dünya siyasətinə təsir edə biləcək gücə sahib olan bir dövlət kimi qəbul etdiyini təsdiqləyən aşkar notlar yer almışdı: “Prezident İlham Əliyevin keçirdiyi bu mətbuat konfransı da Azərbaycan liderinin jurnalistlərlə keçirdiyi bütün digər görüşləri kimi dolğunluğu, əhatəliliyi və məzmun dərinliyi ilə yadda qaldı. Təbii ki, verilən suallar arasında Qarabağ mövzusu, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf perspektivlərinə dair suallar üstünlük təşkil edirdi. Məlumdur ki, Ermənistan hazırda dərin iqtisadi və siyasi böhran içərisindədir. Bəzi revanşist qüvvələr vəziyyətdən yararlanaraq hakimiyyətə gəlməyə calışırlar. Təbii ki, onların arasında öz məqsədləri naminə erməni xalqınım heysiyyatı ilə oynayaraq Qarabağı yenidən Ermənistana birləşdirmək kimi absurd və gülünc vədlər verənlər də var. Lakin reallıqlara bu baxış prizması, belə yanaşma tərzi erməni xalqına yeni bədbəxtliklərdən başqa heç nə gətirə bilməz. Reallıq isə budur ki, Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü təmin etdi. Bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Hətta bu gün Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanatın icrasında hər hansı əskiklik olarsa, Ermənistan daha da ağır duruma düşəcək. Azərbaycan Prezidenti mətbuat konfransının gedişində ona verilən sualları cavablandırarkən bu məqama tam aydınlıq gətirməklə ölkəmizin mövqeylərini daha da möhkəmləndirmiş və artıq hər kəsin Azərbaycanı qalib ölkə olaraq qəbul etmək məcburiyyətində olduğunu vurğulamışdır. Yeri gəlmişkən, bir çox xarici jurnalistlərin öz suallarını səsləndirməkdən öncə Prezident İlham Əliyevə etdikləri müraciətlərində ifadə olunan fikirlər onların və təmsil etdikləri qurumların Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirdiklərindən və olduğu kimi qəbul etdiklərindən xəbər verirdi”.

Daha sonra Səttar Möhbalıyev keçirilən mətbuat konfransının Azərbaycan həqiqətlərinin və xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladı: “Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi bu mətbuat konfransının məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə baş tutması da təsadüfi deyildi. Giriş sözü ilə iştirakçılara müraciət edən Prezident İlham Əliyev erməni faşizminin bariz təzahürü olan bu qətliam haqqında bir daha ətraflı məlumat verdi. Vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar olunmaması üçün zəruri şərtlərdən biridir. Ölkə Prezidentinin dediyi kimi, bu gün artıq Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır”.

Sonda Səttar Möhbalıyev Rusiyanın “Bolşaya Aziya” mediaholdinqinin təmsilçisi tərəfindən verilən sualı xatırladaraq Azərbaycanın ədalətli mövqeyinin burada da öz yüksək qiymətini aldığını vurğuladı: “Rusiya Silahlı Qüvvələrinin “Zvezda” mediaholdinqini və “Bolşaya Aziya” mediaholdinqini təmsil edən jurnalistin sualı mənim diqqətimi xüsusi olaraq cəlb etdi. O, dedi: “Cənab Prezident, Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi...” Etiraf olunmalıdır ki, Rusiya tarixən Ermənistana dəstək verən, onu himayə edən, hətta daha dəqiq desək bu dövləti vaxtilə quran və bu günədək yaşadan ölkədir. Düşünürəm ki, bütün bu münasibətlərə rəğmən Rusiyalı hərbi jurnalistin Azərbaycan Prezidentinə xitabən ifadə etdiyi sözlər əsil etiraf kimi qəbul edilməlidir. Azərbaycanın təkcə hərbi deyil, həm də mənəvi qələbəsinin etirafı kimi.
Bəli, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son 17 ildə bir deyil, sonsuz sayda presedentlər yaradıb, möhtəşəm ilklərə imza atıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər də bu günədək xalqımızın, dövlətimizin tarixində yer almış ən möhtəşəm qələbə kimi daha bir ilk oldu. Bundan sonra da Azərbaycanın yeni qələbələrinin, tarixi nailiyyətlərinin davamı gələcək və ölkəmiz dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutacaq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ