İranda keçirilən Qarabağ konfransında Azərbaycanın ərazi bütövlüyünə dəstək bəyanatı qəbul edildi - FOTO

img

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və onun işğalı beynəlxalq qaydalara zidd idi. Trend-in məlumatına görə, bu, İranın Qum şəhərində keçirilən “17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı”nda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatda öz əksini tapıb.

Bəyanata əsasən, bu istiqamətdə Azərbaycan xalqı və dövlətinin dəstəklənməsi zəruri idi. Azərbaycan xalqı və dövləti işğal olunmuş ərazilərin azad edilməsində öz qanuni vəzifəsini yerinə yetirib.

Bəyanatda beynəlxalq dairələrdən ixtiyarında olan vasitələrdən istifadə edərək Azərbaycanın hakimiyyət hüququnun qəbul edilməsi ilə əlaqədar addımlar atılması tələb edilir.

Qeyd olunur ki, Azərbaycan və İran dərin tarixi və siyasi ortaqlıqlardan əməkdaşlıqların inkişaf etdirilməsi üçün istifadə edə bilərlər.

Bu gün İranın Qum şəhərində “17 Rəbi-Əvvəl Beynəlxalq Konfransı işə başlayıb. Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçi, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın Ali Liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili, İranın Ali Liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Seyid Məhəmməd Əli Al Haşem, İran və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar.

Son xəbərlər