Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənistanın Qarabağ məsələsində revanşist niyyətlərinə birdəfəlik son qoyulur...

Image


Ermənistanda davam edən siyasi böhranın hansı nəticələrlə yekunlaşacağı bu gün dünya miqyasında da xüsusi diqqətlə izlənilir. Hadisələrin gedişi, əslində mövcud böhranın bu ölkədə asanlıqla sona yetməyəcəyini göstərir. Xüsusən də cəmiyyətin siyasi qüvvələrdən hansısa birinə açıq dəstək ifadə etməməsi fonunda böhranın gözlənildiyindən daha çox çəkməsi istisna olunmur.

Azərbaycan anlaşmaların icrasında israrlıdır

Hazırda Ermənistanda baş verənlərin ölkəmizdə də xüsusi diqqət mərkəzində saxlanılmasının başlıca səbəbi tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi üzrə Bakı və İrəvan arasında imzalanan razılaşmaların icra səviyyəsi ilə bağlıdır. Azərbaycan, Ermənistanda dəyişikliklərdən asılı olmayaraq, məlum razılşmaların icrasını vacib sayır və bunun dövlətlərin üzərinə götürülmüş öhdəlik olduğunu bir daha xatırladır.

Xatırladaq ki, bu məsələ Prezident İlham Əliyevin fevralın 26-da xarici kütləvi informasiya vasitələrinin iştirakı ilə 4 saatdan çox davam edən  geniş mətbuat konfransında da xüsusi diqqət mərkəzində yer aldı. Əslində, bu mətbuat konfransı 44 günlük Vətən müharibəsi bitdikdən sonra ortaya çıxan müəyyən suallara da aydınlıq gətirdi. Eyni zamanda, burada Prezident hazırda Ermənistanın düşdüyü vəziyyətin səbəblərini də izah edərək dünya birliyinin diqqətinə çatdırdı ki, bütün bunlar Köçəryan-Sarkisyan xuntasının, Paşinyan rejiminin siyasətinin nəticəsidir. Elə bundan irəli gəlir ki, bu gün Ermənistanda siyasi vəziyyət, demək olar, dövlət çevrilişi həddinə çatıb. Lakin istənilən halda, dövlət başçısı mətbuat konfransında bir daha qeyd etdi ki, 10 noyabr bəyanatının bütün şərtləri yerinə yetirilməlidir. Bu müstəvidə də işğaldan azad olunmuş torpaqlara azərbaycanlıların qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Bunlarla bağlı Prezident qeyd edib: “Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür. Mən onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdim. Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”.

Ekspertlər də bildirir ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcburdur və bu ölkədə hakimiyyət dəyişikliyi olsa belə, həmin öhdəliklərin icrasından imtina mümkün deyil. Elə Rusiyanın “Kommersant” qəzeti də məsələyə bu prizmadan yanaşır. Qəzet qeyd edir ki, mövcud siyasi ziddiyyət davam edir və bu, Ermənistanı daha zəif duruma salır: “Ermənistan müxalifəti əmindir ki, baş nazir Nikol Paşinyan məğlub olub və istefası qanuni olaraq rəsmiləşdirilməli, daha sonra hakimiyyətin həm hərəkətləri, həm də hərəkətsizliyi araşdırılmalıdır. Ancaq hökumət başçısı fərqli düşünür. Ən sevdiyi küçə döyüşü taktikasından istifadə edərək o, kürsüsünü xilas etməyə çalışır. Əvvəllər bu ona hakimiyyəti ələ keçirməyə kömək edib, indi xalqın dəstəyini nümayiş etdirərək hakimiyyəti əlində saxlamağı ümidlidir. Martın 1-də baş nazirin təşkil etdiyi mitinq bunun daha bir təsdiqidir. Nikol Paşinyanın Ermənistanın baş naziri olaraq nə qədər təsirli və yaxşı olduğu barədə mübahisə etmək olar. Ancaq bir şey dəqiqdir, o, küçə siyasətində güclüdür. 2018-ci ilin yazında onun çağırışı ilə İrəvanın küçə və meydanları dəfələrlə siyasətçinin hər sözünü həvəslə dinləyən və itaətkarlıqla onun ardınca gedən insanlarla ağzına qədər dolub.

3 il əvvəl, may ayında on minlərlə etirazçı o vaxt Paşinyanın tərəfdarlarından yalnız doqquz deputatın oturduğu parlamenti müxalifət liderini baş nazir kimi təsdiqləməyə məcbur edib. Bundan sonra Paşinyan özünü xalqın baş naziri elan edib və o zamandan bəri davamlı olaraq bunu təkrarlayıb, müntəzəm olaraq “küçə”dən öz maraqları naminə faydalanıb. “Küçə”nin köməyi ilə adamının İrəvan bələdiyyə başçısı seçilməsinə və daha sonra “Mənim addımım” bloku tərəfindən asanlıqla qazanılan erkən parlament seçkilərinə nail olib. İndi, Qarabağ uğrunda uduzulan müharibədən sonra populyarlığı çökən Nikol Paşinyan “küçə”nin onun  hakimiyyətini və siyasətdəki ömrünü uzatacağına ümid edir. Bu, baş nazirin müxaliflərin kütlə ilə ona təzyiq göstərə bilməməsi şəraitində işinə yaraya bilər. Müxalifətin mitinqləri hələ də kiçikdir və buna görə də hakimiyyət üçün heç bir təhlükə yaratmır”.

Zəif Ermənistan alternativ yollardan məhrumdur

Hakimiyyət, müxalifətin onun üçün ciddi təhdid yarada bilməməsinə baxmayaraq, ölkədə 4 aydır davam edən etiraz aksiyalarına hələ də son qoya bilmir. Ordunun da prosesə qarıəması isə vəziyyəti daha da ağırlaşdırır. Ekspertlər hesab edir ki, bu vəziyyətdə Ermənistanın daha da zəifləməsi qaçılmaz reallıq olacaq. Elə bu səbəbdən Ermənistan Azərbaycanın istədiyi şərtlər daxilində sülh razılaşmasının şərtlərini də icra etməyə məcburdur.

Ölkə daxilində böhranın getdikcə dərinləşməsi Ermənistanı, təhlilçilərin fikrincə, daha da zəiflədəcək. Eyni zamanda baş verənlər hakimiyyət daxilində parçalanma ilə də müşayiət edilir. Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın imzaladığı Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb. Bundan sonra Paşinyan Onik Qasparyanın istefası ilə bağlı sənədi yenidən prezidentə göndərib. Eyni zamanda, Paşinyan onun istəyini yerə salmış prezidentin impiçmenti ilə bağlı prosedurun başlanması haqda tərəfdarlarına göstəriş verib. Hesab edilir ki, davam edən belə qarşıdurma Ermənistanı bir dövlət olaraq daha da zəiflədəcək. Bu səbəbdən İrəvanın Azərbaycanla imzalanmış sülh razılaşmasının şərtlərinə əməl etməkdən başqa çıxış yolu yoxdur. Elə “Kommersant” qəzeti də eyni mövqedən çıxış edir: “Ölkə prezidenti Armen Sarkisyanla baş nazir arasında qarşıdurma özünü qabarıq göstərir. “Mənim addımım” fraksiyasından olan millət vəkili Vahan Hovakimyan bu xüsusda bildirir: “Prezidentin səlahiyyətlərini aşmasına şahid oluruq”. Millət vəkili əlavə edib ki, Konstitusiyanın 141-ci maddəsinə əsasən, impiçment proseduruna başlamaq üçün açıq əsaslar var. Həmin maddədə deyilir ki, dövlətə xəyanət, digər ağır cinayət və ya Konstitusiyanın kobud şəkildə pozulmasına görə prezident vəzifəsindən kənarlaşdırıla bilər. Doğrudur, “Mənim addımım” fraksiyasının səsləri prezidentin istefası üçün yetərli deyil, fraksiya 83 millət vəkilindən ibarətdir və impiçment üçün 132 millət vəkilindən üçdə ikisinin və ya 88-nin dəstəyi olmalıdır. Bu istiqamətdə də iş gedir”. Qəzet onu da yazır ki, davam edən didişmə Ermənistanın bir dövlət olaraq daha da zəifləməsinə, indiki halda Azərbaycana qarşı ola biləcək bütün müqavimət imkanlarının sıradan çıxmasına səbəb olur. Müxalif “Çiçəklənən Ermənistan”dan olan millət vəkili Arman Abovyan əmindir ki, yaranmış vəziyyətdə Ermənistan ona diqtə edilən bütün şərtləri yerinə yetirməli olacaq.

Qarabağ yaddan çıxıb...

Real vəziyyətin təhlili göstərir ki, yaxın perspektivdə Ermənistanın əsas diqqəti daxili məsələlər üzərində fokuslanacaq. Bu ölkə üçün Qarabağla bağlı hadisələrin sonrakı gedişi qətiyyən maraqlı deyil. Həm də o baxımdan ki, Ermənistan Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanın istəklərinin icra olunduğu reallığı ilə barışır. Erməni politoloq Qrant Mikaelyan da hesab edir ki, Ermənistanda bundan sonra da Qarabağ məsələsinə ciddi diqqət olmayacaq: “Ölkədə siyasi qüvvələri ya hakimiyyətdə qalmaq, ya da hakimiyyətə gəlmək maraqlandırır. Bu halda Paşinyan sosial parçalanma yaratmağa və toplaya biləcəyi cəmiyyət hissəsinə etibar etməyə çalışır. Vəziyyətdən qalib çıxmaq üçün diktatura, müxalifətə qarşı repressiya lazımdır. Ancaq ordunun əleyhdar olduğu şəxs diktator ola bilməz. Paşinyan problemin bir hissəsidir və o getmədən böhran həll edilə bilməz”. Lakin Nikol Paşinyan getsə belə, ekspert deyir, onun komandası hakimiyyətdən yapışmağa davam edəcək.  Ölkənin ilk baş naziri Vazgen Manukyanın rəhbərlik etdiyi “müvəqqəti hökumət”in ölkədəki hakimiyyəti ələ keçirməsini tələb edən müxalifət Nikol Paşinyana sadiq insanları seçki prosesindən çıxarmağa ümid edir. Lakin bu hələ də istənilən səviyyədə alınmır.

Bu fonda erməni politoloq Aleksandr İskandaryan hesab edir ki, Paşinyanın siyasi ömrü üçün bütün imkanları tükənməyib. Mütəxəssis, erkən seçkilər olduğu təqdirdə, siyasətçinin hətta hakimiyyətə qayıda biləcəyini istisna etmir: “Səslərin 30 faizini qazanaraq parlamentdə çoxluq təşkil edə bilər, bu istisna deyil. İştirak az olacaq və böyük ehtimalla, “Mənim addımım” 30% deyil, daha çox səs qazanacaq. Laqeyd və vəziyyətdən çıxış yolu görməyən insanlar seçkilərdə iştirak etməyəcək. Paşinyanın seçiciləri səfərbər ediləcək. İnzibati mənbədən və mediadan da istifadə olunacaq. Müxalifətə verilən səslər parçalanarsa, bu halda, çox güman ki, Paşinyan çoxluq qazanacaq və bürokratik legitimliyini təsdiq edə biləcək”. Lakin müxalifətin buna qarşı etiraz və aksiyaları yenidən Ermənistan daxilində vəziyyəti gərginləşdirəcək. Bu isə Qarabağ məsələsində Ermənistanın bütün müqavimət imkanlarının tükənməsi, Azərbaycanın bu prosesdə istəyinə daha tez çatması deməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ