Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda haqda

img

Bu gün Qarabağ müharibəsi nəticəsində dağıdılmış Ağdam şəhərini ziyarət etdik. Bu, lap Xirosimadır.

Trend-in məlumatına görə, bu barədə Ukraynalı hərbi müxbiri Roman Boçkala öz "Facebook" səhifəsində yazıb.

Hərbi müxbir bildirib ki, hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntıları görməyib:

"Heç bir sağ bina qalmayıb. Cümə məscidinin minarələrinin xilas olması möcüzəsi. Ancaq bunun da bir izahı var. Atəşi tənzimləmək üçün oriyentir olublar".

Son xəbərlər