Bazar günü günü, 04 oktyabr 2026
     

Dünya ölkələrində sayca artan Xocalı abidələri - ən yeni dövlətçilik tariximizin tutarlı faktları...

Image


Azərbaycan tarixinin elə səhifələri var ki, o səhifələr xalqımızın qanı ilə yazılıb. XX əsrin dəhşətli soyqırımlarından biri kimi dünya tarixinə düşən Xocalı genosidi erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilib.

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərək etnik azərbaycanlılara qarşı soyqırım cinayəti törədilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

  • Xocalı qurbanlarına qoyulan abidələr...

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün dövlətimiz, eləcə də ölkəmizdəki ictimai qurumlar, xarici diaspor təşkilatlarımız tərəfindən müxtəlif tədbirlər keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyilə bütün dünyada keçirilən “Xocalıya ədalət” layihəsi Xocalı soyqırımına beynəlxalq aləmin ədalətli mövqe bildirməsinə səbəb olur.  

Qədim Azərbaycan şəhəri Xocalıda dinc azərbaycanlılara qarşı törədilən soyqırım cinayətlərinə beynəlxalq aləmin qiymət verməsi və bu soyqırımın bütün dünya ölkələri tərəfindən rəsmən azərbaycanlıların genosidi olaraq tanınması olduqca vacibdir.  

Bildiyimiz kimi, Xocalı soyqırımının dünyada tanıdılması üçün atılan addımlardan biri dünyanın müxtəlif ölkələrində soyqırım qurbanlarına abidələrin qoyulmasıdır. Bu gün ayrı-ayrı ölkələrdə, şəhərlərdə Xocalı soyqırımı qurbanlarına həsr edilən soyqırım abidələri qoyulub. Bu abidələr azərbaycanlıların soyqırım tarixinin dünyada tanıdılmasına və erməni faşizminin ifşasına səbəb olan amillərdir.

Azərbaycan xalqının uzun illər erməni faşizmindən əziyyət çəkdiyi, azərbaycanlıların erməni faşistlərinin törətdiyi antiinsani cinayətlərin qurbanı olduğu məlumdur. Yalnız 1992-ci ilin 26 fevralında deyil, ondan əvvəlki illərdə də erməni faşistləri azərbaycanlılara qarşı kütləvi qətliamlar törədiblər. 

Soyqırım abidələri xalqımızın soyqırım tarixini simvolizə edən, göstərən faktlardır.

  • Bakıda “Ana harayı” abidəsi...

Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakıda ucaldılan abidə “Ana harayı”, yaxud Xocalı soyqırımı abidəsi adlandırılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, “Şah İsmayıl Xətai” metrostansiyası yaxınlığında ucaldılmış abidənin layihə rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.

  • Avropada və Hollandiyada Xocalı soyqırımına aid ilk abidə...

Xocalı soyqırımına abidə qoyulan ölkələrdən biri Hollandiyadır. Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq ucaldılan abidə 24 fevral 2008-ci ildə qoyulub.

Məlumatlara görə, Azərbaycandan kənarda ucaldılan ilk belə abidənin açılışında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla iş üzrə Dövlət Komitəsi) nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak ediblər.

Bilgilərə görə, “Kamperfoeliestraat” parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq.

Məlumatlara görə, 2020-ci ildə çoxsaylı ziyarətçinin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınaraq, abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.

  • Berlində Xocalı abidəsi...

Məlumatlara görə, Xocalı abidəsi (almanca Chodschali‎) Almaniyanın paytaxtı Berlin şəhərinin Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində ucaldılıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldılmasının təşəbbüskarları Səlhab Məmmədov, Akif Əsgərov və Əli İbadullayevlə yanaşı, onun həmmüəlliflərindən biri, artıq 45 ildir ki, Almaniyada yaşayan Azərbaycan rəssamı və heykəltəraşı İbrahim Əhraridir.

Əldə etdiyimiz məlumatlara görə, 2011-ci ilin may ayının 30-da baş tutan açılış mərasimində Şteqlits-Selendorf dairəsinin özünüidarəetmə təşkilatının başçısı Norbert Kopp, Azərbaycan diasporunun, Almaniya ictimaiyyətinin nümayəndələri, hər iki ölkənin elm və mədəniyyət xadimləri iştirak ediblər.

  • Sarayevoda Xocalı soyqırımı qurbanlarına abidə...

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda da Xocalı soyqırımı qurbanlarına abidə ucaldılıb.

Belə ki, 24 fevral 2012-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan

“Dostluq” parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdu.  

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva iştirak etmişdi. 

Heykəltəraş Natiq Əliyevin müəllifi olduğu abidə iki dərdli ananın - yaşlı və cavan qadının obrazını əks etdirir. “Xocalıya ədalət” kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının maliyyə dəstəyi, Sarayevonun Novi Qrad bələdiyyəsinin və Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin dəstəyilə reallaşan bu layihə Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində faciənin əsl mahiyyəti ilə bağlı həqiqətlərin təbliğinə xidmət edən mühüm hadisə idi.

  • Meksikanın paytaxtında da Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb

Meksikanın Mexiko şəhər sakinləri də Xocalı soyqırımı qurbanlarının xatirəsini anan insanlar sırasındadır. 2012-ci ilin 23 avqust tarixində Mexiko şəhərinin Tarixi Mərkəz rayonu ərazisində Tlakskoake-Xocalı meydanının və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılması bu şəhərin əhalisinə imkan verir ki, onlar azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldığını daha yaxından öyrənib bilsinlər.

Əslində, bu abidələr Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında mühüm rol oynayır.

  • Ankarada “Xocalı şəhidləri” abidəsi...

Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Xocalı şəhidləri” abidəsinin açılışı 28 mart 2014-cü ildə baş tutub, abidənin qoyulması soyqırımın 22-ci ildönümünə təsadüf edirdi.

“Xocalı şəhidləri” Türkiyədə Xocalı soyqırımına aid ilk abidədir və abidə “Xocalı soyqırımı xatirə parkı”nda yerləşir, parkda Xocalı Muzeyi də fəaliyyət göstərir.

  • İzmitdə “Xocalı şəhidləri” abidəsi...          

22 aprel 2015-ci ildə Türkiyənin İzmit şəhərində ucaldılan “Xocalı şəhidləri” abidəsi şəhərin Yenişəhər məhəlləsində qoyulub və abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub.

  • İzmirdə və Sakaryada “Xocalı şəhidləri” abidəsi...

27 fevral 2016-cı ildə Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Xocalı şəhidləri” abidəsi qardaş ölkənin xalqımızın bu böyük acısını öz acısı bilməsinin nümunələrindən biridir. Məlumatlara görə, abidə İzmirin Bornovo Bələdiyyəsinin maliyyə dəstəyi və tanınmış QHT fəalı Mülazim Kardelen Paşanın köməkliyilə hazırlanıb.

2018-ci ildə isə Sakarya şəhərinin Karasu rayonunda Xocalı soyqırımı abidəsi və Qarabağ prospektinin açılışı olub.

Həm Avropa, Latın Amerikası ölkələrində, həm də qardaş Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin qoyulması erməni terrorunun yalnız Azərbaycanda və Anadoluda deyil, bütövlükdə, türk coğrafiyasında saysız-hesabsız genosid aktlarına səbəb olduğunun açıq ifadəsidir. Erməni daşnakları tarixən türk xalqlarına qarşı soyqırım cinayətləri törədiblər və Xocalı soyqırımı da genosidlərin ən dəhşətlisidir. Azərbaycan tarixinin qanayan səhifəsi olan Xocalı soyqırımına beynəlxalq aləmin birləşərək ədalətli qiymət verəcəyi günü gözləyirik.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ