Bazar günü günü, 04 oktyabr 2026
     

“Yamaq” işlər - Yunus Oğuz Yazır

Image


Bir para işlər var ki, nə illah eləsən də, yamaq kimi görünür, elə bil ağ şalvara arxadan qara yamaq vurmusan. Bunu kommunizm üçün dediyinə görə hörmətli aşığımıza yeddi-səkkiz il iş vermişdilər. Şeir belə idi:

Ağ şalvarda qara yamaq

Kommunizmə gedirik biz

Vay-dədə, vay! Bu misraya görə hörmətli aşığımızı Sibirə sürgün elədilər. İndi nə qədər yazırsan yaz. Heç kim səni Sibirə-zada göndərməyəcək. Uzağı şairin cibinə beş-on manat basıb deyəcəklər ki, daha yazma, get özünə, uşaqlarına gün ağla. Bu girişi niyə yazdım. İndi bizim keçmiş və hazırda fəaliyyətdə olan məmurlarımız o qədər yamaq işlər görürlər ki, bitib tükənmək bilmir. Heç "gözün üstə qaşın var" deyən də yoxdur. Soruşanda da niyə "yamaq" iş görürsən, deyir ki, hamı yamayır, mən də geridə qalmamaq üçün yamayıram.

Bax, neçə illərdir Bakı-Quba yolunu gedirəm. Beton yol çəkilib. İki il keçməmiş yolu bütövlükdə yamaqladılar. Soruşan oldumu, a kişi, bu yol niyə belə tez dağıldı? Axı, çəkilişə başlayanda demişdin ki, bunun ən azı iyirmi beş il "sroku" var. İndi özünü "sroka"qoysalar necə olacaq? Məlum oldu ki, bu yolun altına heç dəmir-armatur da atmayıblar, sement sertifikata uyğun gəlmir, hər yerdə azaldıblar. Belə yamaq olar? Sən demə bu yamaqlar sonradan ətə, ayıya, yoncaya, xarici firmalara, çoxmərtəbəli evlərə çevriliblər. Prezident də baxıb ki, bu yolun yamağı çoxdur, alternativ yol çəkdi. Di, get özün yamaqlı yollarda. Hələ bax, müsahibə verir ki, icazə versələr Qarabağda "yamaq"lı yollar çəkərəm. Yox aşna, daha yamaqlı işlərə son deyilib. Sən yoncanı ək, əkə bilsən. Birdən yoncalığın da içindən yamaqlı yol çəkərsən.

Bakının qar-çovğunundan sonra dostum zəng edib soruşur ki, Mirzə, Bakı Yol Polisinin "Maşınlarla küçələrə çıxmayın! Yollar təhlükəlidir!" çağırışına ən çox kimlər əməl edib?

Düşünmədən dedim:

-Xalq belə çağırışlara əməl edən deyil. Buzun üstündə, acındanda ölsə şou göstərmək istəyənlər çox olacaq. Oldu da. İyirmidən çox maşın buzov buz üstə oynayan kimi bir-birinə dəydi, şou belə olar, e. Çıxma deyirlər, çıxma da. Bax, Bakı Nəqliyyat Agentliyinin avtobusları, Şəhər İcra Hakimiyyətinin yol təmizləyən maşınları gördünüz çağırışa neçə əməl etdilər? Əhsən onlara!

Telefonun o biri başından dostumun qəhqəhəsini eşitdim.

-Sənə də əhsən, Mirzə! Gözündən heç nə yayınmır. Bəs deyirdilər, bütün şəraitlərə  hazırıq, nə oldu?- dedi.

"Nə oldu" sualına gülüb cavab verdim.

-"Nə oldu" müharibədə işləyirdi, çünki orda yamaq işlər yox idi, hərçənd orda da buna cəhd etdilər, amma qarşısı dərhal alındı. Ona görə ki, qara maskalılar özləri döyüşürdülər.

Baxdım ki, dostumun "yamaq işlər" sözündən xoşu gəldi. Ürəyini boşaltmaq üçün əlinə fürsət düşmüşdü. Day dərdini kimə deməlidir ki? Əli, dili prezidentə çatmayanda mənim kimi fağırların yaxasından yapışırlar.

Üzüyolalığım axırıma çıxacaq.

Onun isə ürəyi deyəsən açılmışdı.

-Mirzə, bu qaçqınkomda da "yamaq işlər" var. Elə soruşdu ki, elə bil Korrupsiya İdarəsinin rəisi mənəm. Bir anlığa özümü rəis kimi hiss etdim, ötkəm-ötkəm cavab verdim:

-Yox, onda "yamaq işlər" yoxdur. Onun işlərinin hamısı yamaqdır. Bəs eşitmədin, prezident nə dedi? - hiss etdim ki, rəfiqim başını yelləyir, amma danışmadı. - Dedi ki, qaçqınkomun tikdirdiyi evlərin iyirmi faizi qacqın olmayanlara verilib. A kişi, belə də dərd olar? Ölmüş adamları dirildib pullarını mənimsəyiblər. Lap keçən ilki seçkilərə oxşadı, e... Adam gedib deyir ki, gəlmişəm səs verməyə, məntəqədən kişinin üzünə qızıl-qırmızı öldüyünü deyirlər. Bu da ölüləri diri saxlayır.

Baxdım ki, dostum çox diqqətlə qulaq asır, mənim də ürəyim açıldı. Dedim:

-Müəllim, elə bilirsən yamaq işlər təkcə bu sahələrdədir? Yox canım, nə danışırsan? Görürsən ki, adam özü yamaqdır, bir yerə də özünü yamaq etmək istəyir. Hələ o parnik, dibçək uşaqları var ha, özlərini hara gəldi yamayırlar. Vallah, baxanda görürsən ki, əməlli-başlı gənclərdir, bir neçə dil bilirlər. Fəxr edirsən belə gənclərlə, amma elə ki, ağızlarını açırlar, olurlar heç zad. Düzdü, aralarında babat və mərifətliləri var, onlar da özlərini heç hara yamamaq istəmirlər.

Qoy bunu qoyub başqasını deyim. Bu saat Elmlər Akademiyasına o qədər yamaq işlər yapışdırıblar ki, adamın təəccübdən əli üzündə qalır. Bütün strukturları qatıb qatışdırıblar, birini o birisinə yamaq ediblər. Müharibə vaxtı onların başbilənlərindən biri müsahibəsində deyir ki, biz cəbhəyə mazut, nə bilim mələfə ilə köməklik edə bilərik. Elm ocağına gör nələri və kimləri yamaq ediblər e... gör nə ilə məşğuldurlar. Maşallah! İndi də oranı siyasi mərkəz elan ediblər. Bəh gül dərib gülab çəkirlər.

Hələ bu harasıdır, gör nə qədər şalvara yamaq vururlar. Cəmiyyət yamaqla doludur. Adam utanır yamaqsız yaşamağa. Belə sənə bir təhər baxırlar. Ağ qarğa kim gəzirsən. Palaza bürün, ellə sürün! Belə deyib atalatımız, belə deyəcək gələcək nəsillər. Hələ sən AZALın biletlərə qoyduğu yamağa, üzr istəyirəm qiymətlərə bax. Biletlər başdan ayağa yamaqla doludur. Qiymətlər adama yamaqların altından get-get deyir. Yaxın gəlmə, əlini, cibini yandırar. Gül kimi qiymətin üstünə bu qədər yamaq tikmək olar. Hələ dövlətdən də subsidiyada alır. AZAL özünü dövlətə də yamaq edib. A kişi az al da...

Dostum gördü ki, yamaq işlərdən püflüyüb gedirəm, sözümü kəsdi:

-Yaxşı da, sən də o fürsətçilər kimi ücüz alıb ucuzluğa getdin. Sənin də ürəyin dolu imiş. Mirzə bu yamaq işlər nə çoxmuş heç bilmirdim.

Söhbəti yekunlaşdırdım:

-Müəllim, yamaq işlərimiz çoxdur, ancaq keyfiyyətli yamaqlar az olur, tez cırılır. Odur ki, heç vaxt yamaq olma, yamaq işlərlə məşğul olma. Di, sağ ol!




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ