Bazar günü günü, 04 oktyabr 2026
     

İtaliyada Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar videokonfrans və konsert-rekviyem keçirildi - FOTO

Image


Azərbaycanın İtaliyadakı Səfirliyi və İtaliyada Azərbaycan İcması Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqrımının 29-cu ildönümünün anılması ilə əlaqədar videoformatda "Bəşəriyyətin yaddaşına yazılan bir tarix" adlı konfrans və "Simurq quşu - Xocalının qanadları altında" adlı konsert-rekviyemdən ibarət tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin rəsmi Facebook sosial şəbəkə profili üzərindən 26 fevral tarixində səhər saatlarında canlı yayımlanıb.

Konfransda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Stefano Luçidi, İtaliyanın tanınmış tarixçi alimi, professor Franko Kardini, Venesiya Ka Foskari Universitetində müasir Azərbaycan tarixi üzrə tədqiqatçı, professor Karlo Frappi və “Sandro Teti Nəşriyyat Evi”nin rəhbəri, naşir, politoloq Sandro Teti iştirak ediblər. Konfransa İtaliyadakı Azərbaycan İcması Assosiasiyasının sədri Turan Sadiqi moderatorluq edib.   

Konfransın əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir Məmməd Əhmədzadə Xocalı soyqırımı, onun ağır nəticələri barədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü kontekstində danışıb. Xocalı soyqırımının günahkarlarının bu günə kimi davam edən cəzasızlığı səbəbindən Vətən müharibəsi dövründə də Ermənistan silahlı qüvvələrinin döyüş meydanından uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərinə və digər yaşayış məntəqlərinə hücumlarında mülki əhali arasında daha çox tələfata nail olmaq üçün kasetli bomba və raket sistemləri kimi daha ölümcül silahlardan istifadə etdiyini bildirib. 

Diplomat qeyd edib ki,  Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda sülh, dialoq və əməkdaşlıq imkanlarına yol açır. Lakin mülki əhaliyə qarşı cinayət törədənlərin hələ də cəzasız qalması Ermənistanla Azərbaycan arasında davamlı sülh və barışığın əldə olunması prosesinə mane olmaqda davam edir. Buna görə də münaqişə zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı həqiqətlərin ortaya çıxarılması, zərərçəkmiş şəxslərə müvafiq təzminatın ödənilməsi, bu cinayətlərin təkrarlanmaması üçün institusional tədbirlərin görülməsi kimi addımlar iki xalqın sülh içində birgə yaşayışının təmin edilməsi üçün zəruridir.

Səfir bunun üçün Xocalıda baş verənlər barədə beynəlxalq səviyyədə məlumatlandırma tədbirlərinin əhəmiyyətini bildirib, bu xüsusda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət" kompaniyası və onun nəticələri barədə məlumat verib. 

Senator Stefano Luçidi Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Azərbaycan və bütün regionun yeni mərhələyə qədəm qoymasına səbəb olduğunu bildirib, bu səbəbdən də bu il Xocalı faciəsinin əvvəlki illərdən fərqli bir şəraitdə yad edildiyini qeyd edib. Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlərin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin bütün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb. İstər Xocalı soyqırımı, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı beynəlxalq təşkilatların mövqeyi, o cümlədən BMT TŞ-nın qətnamələrindən danışan senator İtaliya parlamentində dəfələrlə bu mövzularda bəyanatla çıxış etdiyini bildirib və Xocalı soyqırımının 29-cu ildönümü günlərində Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib. 

Professor Franko Kardini Qafqaz bölgəsinin tarixinə nəzərə salaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı qətliamının baş verməsi ətrafında gedən geosiyasi prossesləri təhlil edib, bu kimi qətliamlarla bağlı maarifləndirmə və məlumatlandırmanın vacibliyini bildirib.

Professor Karlo Frappi isə Xocalı qətliamının qısa və uzunmüddətli təsirlərindən danışıb, 29 il əvvəlki hadisələri xatırlamağın bu gün baş verənlərin dərk edilməsi üçün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, Xocalı faciəsi törədilən an baş verənlər beynəlxalq ictimaiyyətin diqqətsizliyi və məlumatsızlığı ilə qarşılaşsa da əslində bu hadisə erməni xalqı haqqında dünyada o vaxta qədər mövcud olmuş fikirlərin dəyişməsinə səbəb olmuş, eləcə də istər Azərbaycanın, istərsə də münaqişənin tarixi üçün bir dönüş nöqtəsi olmuşdur.

Sandro Teti isə rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən Əmir Qut və Arye Qutun müəllifi olduqları Xocalı faciəsindən bəhs edən "Ağrı" kitabı da daxil olmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ümumilikdə Azərbaycan haqqında çoxsaylı kitabların nəşr edildiyindən danışıb. O, son illər ərzində Azərbaycan həqiqətləri haqqında həm İtaliyada, həm də ümumilikdə bütün dünyada daha geniş məlumatların çatdırılması istiqamətində aparılan işlərdən bəhs edib. Müstəqilliyinin ilk illərində Ermənistanın işğalı və bir milyondan çox qaçqın və məcburi köçkün problemləri kimi ağır şəraitlə üzləşməsinə baxmayaraq, Azərbaycanın bölgənin lider ölkəsinə çevrildiyini və İtaliyanın strateji tərəfdaşı olduğunu deyib.

Konfrans vaxtı Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlər ilə bağlı video və fotomateriallar, xəritə və plakatlar nümayiş olunub.

Tədbir İtaliyanın "I Bricconcello" kamera ansamblının üzvləri, tanınmış musiqiçilər violançelist Pierluici Ruccero və pianoçu Luçiano Di Candomeniconun ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunan Azərbaycan, italyan və dünya musiqi irsindən olan təsirli parçalardan, o cümlədən "Sarı gəlin", Kəmalə Əli-zadənin "Xocalı üçün vokalis" və Sevda İbrahimovanın əsərlərindən ibarət konsert-rekviyemlə davam edib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ