Bazar günü günü, 04 oktyabr 2026
     

Xocalı qurbanlarının sayı ətrafında düşmən manipulyasiyaları - hədəf konkret həqiqətləri dolaşığa salmaqdır...

Image


Son zamanlar müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə Xocalı soyqırımı qurbanlarının sayı ətrafında müxtəlif şayiələr, uydurmalar dolaşmaqdadır. Hətta bəzi iddialara görə, Xocalıda şəhid edilənlərin sayı 613 deyil, daha çoxdur.

Xocalı soyqırımı qurbanlarının sayı ilə bağlı yayılan şayiələrin haradan qaynaqlandığı aydındır. Bu məsələnin niyə əvvəllər yox, məhz Azərbaycan 44 günlük müharibədə zəfər qazandıqdan sonra meydana atılması da təsadüfi deyil.

Bütün rəsmi sənədlərdə Xocalı qətliamı qurbanlarının sayının 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər olduğu və 1275 nəfərin düşmən tərəfindən əsir götürüldüyü qeyd edilir. Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bütün bunlar rəsmi məlumatlardır.

Ekspertlər deyirlər ki, ortada konkret rəsmi rəqəmələr olduğu halda, başqa rəqəmlər ətrafında müzakirə açmaq gərəkli deyil. Onların sözlərinə görə, ermənilər Azərbaycanın rəsmi rəqəmləri ətrafında ziddiyyətli görüntü yaradıb sonra da dünyaya bunun “uydurma” olduğunu demək istəyirlər. Tarixçilər deyirlər ki, Xocalı soyqırımı zamanı 613 nəfər Xocalı sakininin şəhid edildiyi, 1275 nəfərin isə əsir götürüldüyü məlumdur.

Bu gün Xocalı soyqırımı qurbanlarının sayının təhrif edilməsi, saxtalaşdırılması birbaşa erməni daşnaklarının, ideoloqlarının adı ilə bağlıdır. Erməni ideoloqları bu rəqəmləri mümkün qədər ziddiyyətli formaya salıb təqdim etməklə çalışırlar ki, indiyə qədər dünyaya təqdim edilən rəqəmlər ətrafında manipulyasiya etsinlər. Ekspertlərin sözlərinə görə, erməni ideoloqları bu cür təbliğat aparmaqla istəyirlər ki, ziddiyyətli rəqəmlər ətrafında oyunlar qursunlar. Əvvəlki dövrdə ermənilər Xocalı qətliamının qurbanlarının sayının 613-dən az olduğunu iddia edirdilərsə, indi onların sayının artıq olduğunu iddia edirlər. Erməni ideoloqları bununla tarixi həqiqətləri gizlətmək istəyirlər, bizim üçün də, dünya üçün də mənzərə aydındır, şəhid edilənlərin, yaralananların, əsir götürülənlərin hamısının dəqiq siyahısı Azərbaycan dövləti tərəfindən həm yerli, həm də beynəlxalq aləmə təqdim edilir.

“Erməni ideoloqlarının ortaya atdıqları bu fikirlər ziddiyyətlər yaratmağa xidmət etsə də, bütün hallarda, onların özlərinin əleyhinə işləyir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Xocalı soyqırımı qurbanlarının sayı ətrafında erməni ideoloqlarının manipulyasiya etməsinin müxtəlif səbəbləri ola bilər. F.Ələkbərli hesab edir ki, bu məsələnin məhz 2021-ci ildə meydana çıxarılması səbəbsiz deyil. Onun sözlərinə görə, hazırda Azərbaycan dövləti Ermənistana qarşı beynəlxalq səviyyədə məhkəmə iddiası qaldırmağa hazırlaşır və bu istiqamətdə işlərə başlanıb. “Burada müxtəlif məqsədlər ola bilər. Ola bilsin ki, ermənilər 613 deyil, daha çox sayda insanın Xocalıda şəhid edildiyini iddia etməklə Azərbaycanın Ermənistana qarşı açacağı məhkəmə prosesinin uzadılmasına, yubadılmasına nail olmaq üçün indidən bu cür manipulyasiyalara əl atırlar. Yəni onlar bu məsələni gündəmə gətirməklə həmin məhkəmə prosesində ziddiyyətlərin, fikir müxtəlifliyinin yaradılmasına nail olmaq və prosesi yubatmaq, uzatmaq məqsədi güdə bilərlər. Ancaq, digər tərəfdən, burada başqa amilləri də hiss etməyə bilmirik. Bu, ola bilsin, həm də Azərbaycana qarşı bir psixoloji basqı metodudur. O mənada ki, biz 44 günlük Vətən müharibəsində həm torpaqlarımızı işğaldan azad etdik, həm də düşmən tərəfi bu müharibədə çox böyük insan tələfatı verdi. Azərbaycan tərəf də rəsmi olaraq bildirib ki, düşmənin itkisi bizdən qat-qat çox olub. Erməni ideoloqları indi guya buna cavab kimi “Xocalıda qətlə yetirilənlərin sayı daha çox olub” deyə bildiriblər. Əlbəttə, ermənilər psixoloji anlamda bunu da hesablaya bilərlər. Çünki ermənilər deyirlər ki, Xocalıda şəhid olanların sayı 613 deyil, 2 mindən artıq olub, erməni ideoloqlarının ortaya atdığı bu fikirlər ziddiyyətlər yaratmağa xidmət etsə də, bütün hallarda, onların özlərinin əleyhinə işləyir. Rəsmən deyilir ki, Xocalıda 613 nəfər azərbaycanlı ermənilər tərəfindən şəhid edilib, 1275 nəfər əsir götürülüb”.

F.Ələkbərli qeyd etdi ki, ermənilər əsir götürülən Xocalı sakinlərini də ya həmin dövrdə, ya da ondan sonrakı vaxtlarda qətlə yetiriblər. Onun sözlərinə görə, ermənilər Xocalıda əsir götürdükləri günahsız insanları o səbəbdən daha şox “ölü” kimi qələmə vermək istəyirlər ki, Azərbaycan tərəfi onları ölmüş zənn edib, onların geri qaytarılmasını Ermənistandan tələb etməsin. “Məsələyə birtərəfli yanaşmaq olmaz, onun bütün tərəflərini nəzərə almaq lazımdır. Xüsusən də Xocalı soyqırımının ildönümü ərəfəsində və soyqırımı günü belə informasiyaların yayılmasını da təsadüfi saymaq olmaz. Bütün hallarda, biz düşmənin bir deyil, bir neçə istiqamətdə bizə qarşı təxribat apardığını və məkrli niyyətlərini gerçəkləşdirmək, ortaya qoymaq istədiyini aydın şəkildə görürük. Azərbaycan Xocalı soyqırımı qurbanlarının sayını rəsmən dəqiqləşdirib və beynəlxalq ictimaiyyətə təqdim edir. Bununla yanaşı, dövlətimiz Xocalı soyqırımı zamanı itkin düşənlərin, əsir götürülənlərin taleyi barədə də dəqiqləşdirmələr aparmalıdır. Çünki bunlar bizə məhkəmə prosesində lazım olacaq. Həmin dövrdə itkin düşən, əsir götürülən insanların hazırkı aqibəti məlum deyilsə, onlar öldürülübsə, onda Xocalı soyqırımında qətlə yetirilənlərin sayı 2 mindən artıq olmalıdır.
Əsir və itkin düşənlərlə bağlı bütün məsələlər dövlət tərəfindən araşdırılmalı, dəqiqləşdirilməlidir. Bilirik ki, ermənilər uzun illər o insanların taleyi haqqında bizə hər hansı bir informasiya verməyiblər. Biz cəbhədə qazandığımız qələbəni beynəlxalq məhkəmədə də qazanmalıyıq, döyüş meydanında sözümüzü dediyimiz kimi, məhkəmədə öz sözümüzü deməliyik və ermənilərin hər hansı bir təxribatına uymadan daha obyektiv və inamlı şəkildə Azərbaycan bu məsələləri öz xeyrinə həll etməlidir” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ