Rusiya Qarabağla bağlı üçtərəfli razılaşmaların icrasına hər hansı bir təhdid görmür - Peskov belə deyir

Rusiya hələlik Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli razılaşmaların icrasına hər hansı bir təhdid görmür.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Qarabağla bağlı razılaşmalar icra olunmaqdadır.
D.Peskov əlavə edib ki, Ermənistanda baş verən hadisələrə baxmayaraq, əldə olunan razılaşmalara əməl etmək vacibdir.