Prezident İlham Əliyev: "Biz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq"

img

Xocalı soyqırımını törətməklə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri – hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibələrində bu suala cavab verərkən qürur hissi ilə deyirdilər ki, bəli, bu hərbi cinayət dinc əhaliyə qarşı törədib. Ona görə ki, Azərbaycan xalqı görsün, Ermənistan rəhbərliyi dinc əhaliyə də əl qaldıra bilər.

Baki-xeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söyləyib.

“Biz isə Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldıq. 44 davam edən ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyillər görünməkdədir. Bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli-praktiki addımlar atır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu günlərdə Azərbaycanda keçirilən tədbirləri işıqlandırmaq üçün xaricdən bir çox jurnalistin gəldiyini qeyd edən Prezident onlara təşəkkürünü bildirib.

Son xəbərlər