Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənilərə qoşulub mədəni tarixi irsimizi xaricdə satdıran əcnəbi vətəndaşlar - auksionlarda hansı sərvətlərimiz görünüb...

Image


Azərbaycan əraziləri işğal altında olduğu illərdə Ermənistan tərəfindən Azərbaycana qarşı saysız-hesabsız mədəni irs cinayəti, talançılığı həyata keçirilib ki, onların bu cinayətlərinə dəstək göstərən qüvvələr olub.

Talançıları “ilhamlandıranlar” arasında kifayət qədər xarici mütəxəssis də olub ki, onlar qanunsuz arxeoloji qazıntılarda iştirak etməklə kifayətlənməyiblər, hətta qazıntılar zamanı əldə edilən materiallarla yanaşı, muzeylərdən, evlərdən, qalereyalardan qarət etdikləri eksponatların, sərvətlərin xarici bazarlara daşınaraq satılmasında yaxından iştirak ediblər. Bu insanlar mədəni irs qaçaqmalçılığında yaxından iştirak ediblər, Azərbaycanın maddi irs nümunələrinin beynəlxalq bazarlarda satılmasına vasitəçilik ediblər, bu eksponatlar onlar vasitəsilə xarici auksionlarda  müxtəlif kolleksiyaçılara, muzeylərə satılıb.

Bu gün o insanların müəyyənləşdirilərək üzə çıxarılmasına, beynəlxalq aləm tərəfindən ifşa edilməsinə və onların xarici auksionlarda satışa çıxardıqları Azərbaycanın maddi-mədəni irsinin siyahısını tərtib etmək, onları ölkəmizə qaytarmaq istiqamətində işlər görülməsinə ciddi ehtiyac var.  

  • “Qanunsuz olaraq satışa çıxarılan eksponatlar arasında Laçın rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən oğurlanaraq aparılmış gümüş əl çantası da olub”

Mədəni irs üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər və onların havadarları işğal dövründə Azərbaycan muzeylərindən, qalereyalarından, vətəndaşlarımızın mənzillərindən və sair qarət etdikləri sərvətlərin xeyli hissəsini daşıyaraq xarici bazarlarda satışa çıxarıblar. Bunun böyük cinayət olduğunu və ermənilərə dəstək olan, vasitəçilik edən şəxslərin də bu cinayət məsuliyyətini bölüşdüklərini deyən F.İsmayılovun sözlərinə görə, xaricə daşınan eksponatlarımız, onların satışa çıxarıldığı auksionlar və sair haqqında erməni mediasında kifayət qədər məlumat gedib. “Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərində Ermənistan tərəfindən aparılan qanunsuz qazıntılar, bu qazıntılardan əldə olunan materiallar və sair barədə erməni mediasından kifayət qədər məlumat əldə etmək olar ki, orada hansı ölkələrin mütəxəssisləri gəlib iştirak ediblər. Bu qanunsuz işlərdə ABŞ, İngiltərə, Fransa, Rusiya və digər ölkələrin mütəxəssisləri iştirak ediblər. Onlar barədə 1995-ci ildən 2019-cu ilə qədər erməni mətbuatında geniş məlumat verilib, bu qanunsuz qazıntıların görüntülərini belə şərh ediblər. O ki, qaldı daşınan irs nümunələrimizin ermənilər tərəfindən qarət edilərək aparılmasına, onlar bu cinayəti həyata keçirməyə 1990-cı ildən sonra başlayıblar, bunu əsasən də 1992-ci ildən başlayaraq daha geniş miqyasda ediblər. Ermənilər kütləvi şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix-diyarşünaslıq və xatirə muzeylərini qarət edərək, buradakı bütün qiymətli eksponatları götürüb apardılar. Onlar bununla kifayətlənməyib, öz yurdlarından didərgin düşən azərbaycanlıların evlərində qalan və ata-baba, nənə yadigarı olan qiymətli əşyaları da oğurlayaraq daşıdılar. Bunlar da üst-üstə təxminən 150 min eksponat deməkdir ki, bunları da ermənilər qarət edib apardılar. Bu cinayətlərdə ermənilər tək-tək, yaxud bir təşkilat  olaraq iştirak etməyiblər Azərbaycana aid olan eksponatlar, maddi-mədəni irs nümunələri müxtəlif insanların və təşkilatların əlinə düşmüşdü. Bu eksponatların bir qismi hazırda Ermənistanda saxlanır, qanunsuz olaraq sərgilənir və sair. Ermənistanda saxlanan xalçalarımızın, zinət əşyalarımızın bir qismi xarici ölkə rəhbərlərinə hədiyyə kimi təqdim edilib, bir qismi isə xarici ölkələrin bazarlarında, auksionlarında satılıb. Bizim irs nümunələrimiz İngiltərənin, ABŞ-ın, Fransanın, Almaniyanın, Rusiyanın “qara bazar”larında müxtəlif xarici vasitəçilərin iştirakı ilə “erməni maddi irsinin nümunələri” kimi satışa çıxarılıb, hətta müxtəlif auksionlarda baha qiymətə satılıb. Bu barədə mən dəfələrlə əlimdə olan faktları mediaya təqdim etmişəm və bu barədə yazmışam. Belə qarətçilərdən biri də Hamlet Petrosyandır ki, o, Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun əməkdaşıdır, bizim vaxtilə işğalda olan ərazilərimizdə aparılan bütün qanunsuz qazıntılara bu adam rəhbərlik edib. O, birmənalı olaraq, bu cinayətə xarici ölkə mütəxəssislərini də cəlb edib və əldə edilən zinət əşyaları, məişət əşyaları və sair məmulatların İrəvana, oradan da üçüncü ölkəyə daşınmasında iştirak edib. Yəni Petrosyan cinayətkardır, bizim mədəni irsimizin qarət olunmasında, mədəniyyətimizin soyqırıma uğradılmasında çox böyük “əməyi” olan şəxsdir ki, bu gün o, beynəlxalq məhkəmə qarşısında ittiham edilməli, iştirak etdiyi bütün cinayətlərə görə cavab verməlidir”.

F.İsmayılov onu da əlavə etdi ki, Ermənistanın  Azərbaycan ərazisindən qarət etdiyi, taladığı nümunələrə öz “mülkiyyət hüququ”nu tətbiq etməsinin özü ayrıca bir cinayət faktıdır. İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərindən qarət etdiyi tarixi, mədəni irs nümunələrini Avropa və digər ölkələrdə satışa çıxardığının danılmaz fakt olduğunu deyən F.İsmayılov qeyd etdi ki, bu nümunələr arasında qiymətli eksponatlar kifayət qədər olub: “Ermənilərin oğurlayaraq xarici bazarlarda satdığı eksponatlarımızın sayı çox olub. Qanunsuz olaraq satışa çıxarılan eksponatlar arasında Laçın rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən oğurlanaraq aparılmış gümüş əl çantası da olub. Belə ki, ermənilər tərəfindən 1992-ci ildə Laçın rayonunun Tarix və Diyarşünaslıq Muzeyindən oğurlanan gümüş əl çantasının Londondakı "Sotheby Chr ("39") s" auksionunda 80.000 ABŞ dollarına satıldığı məlumdur. 1992-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi adı altında Azərbaycandan qarət edilib aparılan xalçalar satışa çıxarılmışdı. Bütün bunların hamısı erməniləri və onların havadarlarının ifşa edilməsi üçün kifayət qədər əsas verir. Mən bir neçə faktı söylədim, amma belə faktlar kifayət qədərdir. Xarici auksionlarda, “qara bazar”larda satılan maddi-mədəni irs nümunələrimizi geri qaytarmaq üçün mühüm işlər görməliyik” - deyə F.İsmayılov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ