Bazar günü günü, 04 oktyabr 2026
     

Rusiya ilə “İsgəndər” qalmaqalı yaşayan Ermənistanda “döyüş başlığı olmayan” raket “anekdotları” da artır...

Image


Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raketi ilə bağlı məlum açıqlamasından sonra bu ölkə ilə Rusiya arasında qalmaqallı vəziyyət yaranmaqdadır.

Xatırladaq ki, Paşinyan bu günlərdə “1in.am” portalına müsahibəsində ölkənin keçmiş prezidenti Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin 44 günlük Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verib.

Ötən həftə “ArmNews” televiziya kanalına müsahibəsində Serj Sarkisyan demişdi ki, müharibənin 3-4-cü günü Ermənistanın“İsgəndər” raket kompleksindən nə üçün istifadə etmədiyini anlamır. "1in.am" portalı müxbirinin “Sarkisyanın bu eyhamı baş nazirəmi ünvanlanıb” sualını cavablandıran Paşinyan deyib: "Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş  Serj Sarkisyan gərək bir çox sualların cavabına bələd olsun və cavabı ona bəlli olan sual verməsin. Qoy soruşsun ki, niyə “İsgəndər”dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb?". Bununla Ermənistan baş naziri ilk dəfə olaraq “İsgəndər”in atıldığını etiraf etsə də, onun tam olaraq partlamadığını blidirib. Ermənistanda rusiyameylli media və siyasətçilər Paşinyanın bu sözlərini tənqid edib və baş nazirin “İsgəndər” raketlərinin yararsız olmasına işarə vurmasının Ermənistan-Rusiya münasibətləri üçün faydalı olmadığını bildirib.

Qeyd edək ki, ilk dəfə Qarabağ müharibəsi zamanı “İsgəndər” kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Akobyan danışıb. O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günləri “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi. Lakin bugünədək Ermənistanın siyasi və hərbi rəhbərliyi bu raket kompleksindən istifadə edildiyi haqda məlumatları heç vaxt təsdiqləməmişdi. Lakin Paşinyanın açıqlamaları raketdən istifadə olunduğunu göstərir. Bu isə, qeyd olunduğu kimi, həm Ermənistanda rusiyameyyli çevrə, həm də Rusiyanın özü tərəfindən narazılıqla qarşılanır. Hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiqran Xaçatryan bu xüsusda baş nazirə etiraz etdiyinə görə vəzifəsini itirib. Buna səbəb general-leytenantın Nikol Paşinyanın sözlərini ələ salması olub. Xaçatryan jurnalistin “Paşinyanın iddia etdiyi kimi "İsgəndər" raketlərinin 10%-nin partlaması mümkündürmü” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə mümkün deyil. Necə? "İsgəndər"? Bir atəş? 10%? Bağışlayın, amma bu qeyri-ciddidir". Elə bundan sonra Ermənistan prezidenti Armen Sarkisyan Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.

Yuxarıda qeyd olunduğu kimi, Paşinyanın “İsgəndər” raketlərinin yararsız olduğu və Qarabağ müharibəsi zamanı tətbiq edilsə də partlamadığı, yaxud “10 faiz partladığı” haqda bəyanatı Rusiyada şok effekti yaradıb. Çünki söhbət Rusiyanın “dünyada analoqu olmayan” və həmişə Qərbi qorxutmaq üçün istifadə etdiyi silahlardan birindən gedir. Keçmiş senator və hərbçi Frants Klintseviç bildirib ki, Ermənistanın Azərbaycanla müharibədə məğlub olması heç cür Rusiya raket kompleksləri ilə bağlı deyil: “Çünki bu komplekslər ağıllı əllərdə etibarlı silahdır. İrəvanın o sayda “İsgəndər”ləri və onlara aid döyüş sursatları yoxdur ki, prinsipcə onları hansısa real hərbi vəzifənin istifadəsi üçün istifadə edəsən. Üstəlik, bu kompleksləri düzgün istifadə eləmək lazımdır. Paşinyanın bəhs etdiyi uğursuz raket buraxılışına gəldikdə, araşdırmaq lazımdır ki, nə problem olub. Ola bilsin, problem şəxsi heyətin pis hazırlıq keçməsindədir”. "İsgəndər"in yaradıcılarından biri olan Vladimir Kovalyov da Paşinyanı sərt tənqid edib: “Komplekslərimizin işləmədiyini elan edən Paşinyan bunun  üçün cavab verməlidir. Baş nazirin silahla bağlı bu qədər ciddi iddialar irəli sürməsi və eyni zamanda məsələnin mahiyyətini bilmədiyini açıq şəkildə etiraf etməsi ləyaqətsizlikdir. Baş nazirin savadsızlığını təcili olaraq aradan qaldırması lazımdır, təhsil proqramı lazımdır. Göründüyü kimi, o ya məktəbdə pis şagird olub, ya da ixrac edilən "İsgəndər"in döyüş başlığının tutumunun ruslardakından 10% aşağı olmağını qulağardına vurub. Moskva bunu heç vaxt İrəvandan gizlətməyib. Ancaq Paşinyan hər şeyi qarışdırıb və Ermənistanın raket döyüş başlığının yalnız 10% partladığını söyləyib. Yəni hər şeyi qarışdırıb. Bu cür absurdluq məşhur erməni zarafatlarında belə yoxdur". İstefada olan polkovnik və Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Viktor Baranets isə bildirib ki, həqiqətən erməni hərbçilərinin tətbiq etdiyi  “İsgəndər” raketləri partlamayıb. Çünki həmin raketlərdə döyüş başlıqları yox idi və təlim raketləri idi: “Paşinyan kreslosu bərk laxladığı bir vaxtda birdən oyun oynamağı qərara alır: mən günahkar deyiləm, ruslardan “pis” hərbi texnika almışdıq, onlar işə yaramır və ya ancaq 10 faiz partlayır. Üstəlik, Paşinyandan dərhal soruşublar: bu necə olur ki, döyüş başlığının ancaq 10 faizi partlayır? Cavabında deyib ki, bilmir, yəqin 80-ci illərin silahlarıdır, ona görə”. Baranets əlavə edib ki, “İsgəndər”lərin Rusiya ordusunun silahlanmasına qəbul edilməsi 2019-cu ildə ancaq başa çatdırılıb, 2006-cı ildə isə onun silahlanmaya daxil edilməsi başlamışdı: “Nə 80-ci illər? Paşinyan bivecin biridir. Onun bəyanatı baş nazirin bəyanatı deyil, Kaşenko adına kliniki psixiatrik xəstəxanasının pasiyentinin bəyanatıdır”. Rusiyalı polkovnikin sözlərinə görə, Paşinyan 10 faiz haqda elə-belə danışmayıb. Belə ki, Rusiya Ermənistana “İsgəndər”lərin ixrac variantını verib, bu isə taktiki-texniki göstəriciləri aşağı salınmış texnikadır: “Biz bu haqda həmişə deyirik. Raket kompleksinin döyüş gücü 10 faiz azaldılıb. Ermənilər isə bu haqda texnikanı alanda bilirdilər və ona qarşı heç nə deməmişdilər”. Viktor Baranets daha sonra məsələni Ermənistanda, Gümrüdə xidmət edən rusiyalı raketçilərlə müzakirə etdiyini deyib: “Onlardan biri mənə erməni ordusu haqda lətifəyə oxşayan bir olmuş əhvalat danışdı. Münaqişə başlayanda erməni ordusunda hökm sürən “bardak” şəraitində onlar əsl raket əvəzinə təlim raketini buraxıblar. Onlarda təlim raketləri də olub və yəqin fikirləşiblər ki, heç vaxt “İsgəndər”lərdən atəş açası olmayacaqlar, sənədləri isə itiriblər. Buraxılış qurğusunu görüblər və raketi buraxıblar. Ona görə də raketlər partlamayıb: orada döyüş başlığı olmayıb”. Polkovnik əlavə edib ki, Paşinyanın dediklərini müttəfiq ölkənin başçısı deyə bilməz. Bu, qeyri-dost addımıdır və ona görə cavab verməsi lazım gələcək: “Ermənistanda indi hansısa antirusiya prosesləri baş verir. Ermənistan “İsgəndər”lərə sahib olan yeganə xarici ölkədir. Bir çox ölkələr bu yüksək dəqiqlikli silahı almaq üçün növbəyə düzülüb. İstisna etmirəm ki, amerikalılar “İsgəndər”lərin imicini korlamağın əvəzində Paşinyanın qulağına dəstək haqda nəsə pıçıldayıblar”.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ