"Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir" - Türkiyə parlamentinin sədri

img

Bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırının anım mərasimi keçirilib. Trend-in məlumatına görə, mərasimdə TBMM-in sədri Mustafa Şentop çıxış edərək Xocalı soyqırımının XX əsrin ən ağır cinayəti olduğunu bildirib.

M.Şentop bildirib ki, ermənilər həmin gün günahsız insanları, o cümlədən yaşlıları, qadınları, uşaqları qəddarlıqla öldürməklə öz vəhşiliklərini dünyaya göstərdilər: “Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərinin önündə gəlir”.

M.Şentop vurğulayıb ki, ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur: “İnsanlıq tarixinə ləkə olan bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın yanında olacağıq. Millətimizə yönəlmiş kampaniyalar o qədər artıb ki, haqlı durumda olduğumuz halda haqsız duruma düşmüşük. Ona görə də bu soyqırımı bütün dünyaya tanıtmalıyıq”.

Türkiyənin bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacağını deyən M.Şentop qeyd edib ki, Türkiyə təkcə bir qardaş kimi deyil, eyni zamanda haqlı olduğu üçün Azərbaycanın yanındadır.

M.Şentop 44 günlük Vətən müharubəsi haqqında danışaraq Azərbaycan xalqının böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. O qeyd edib ki, bu Vətən müharibəsində qələbə ermənilərin Azərbaycan xalqına vurduğu yaralara bir qədər də olsa məlhəm sürə bildi.

Son xəbərlər